Modern.az

Bakıdakı məktəbdə zorlama hadisəsi baş verib?  

Bakıdakı məktəbdə zorlama hadisəsi baş verib?   

25 Aprel 2018, 13:43

Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlama hadisəsinin baş verdiyi barədə xəbər yayılıb. Həmin məktəbin valideynləri iddia edirlər ki, məktəbin 1-ci sinif şagirdi 10-cu sinif şagirdinin cinsi təcavüzünə məruz qalıb. 

Bəzi saytlar yazıblar ki, zorlama hadisəsi ilə bağlı bu gün  ibtidai sinif şagirdlərinin valideynləri məktəbin qarşısında aksiya keçirib. Direktorun şikayətlərinə baxmasını və həmin şagirdin dərhal məktəbdən qovularaq cəzalandırılmasını istəyiblər.

Modern.az saytı 263 nömrəli məktəbin rəhbərliyi ilə  əlaqə saxlayıb. Məktəbdən saytımıza məsələ ilə bağlı belə cavab verilib.

“Mətbuatda  yayılan məlumat tamamilə yanlışdır.Heç bir zorlama hadisəsi baş verməyib”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir