Modern.az

Alimlər AXC-ni müzakirə etdilər

Alimlər AXC-ni müzakirə etdilər

25 Aprel 2018, 14:06

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Ana Vətən Partiyası “Azərbaycan Xalq Cümhuriyyəti: Tarixi reallıqlar və müasirlik” mövzusunda  dəyirmi masa keçirib.

 

Modern.az xəbər verir ki, dəyrirmi masada  AVP fəalları, tanınmış ziyalıların istirakı ilə tarixçi alimlər “Azərbaycan Xalq Cumhuriyyəti: Tarixi realliqlar və müasirlik” mövzusunu müzəkirə ediblər.

 

Tədbiri giriş nitqilə Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı, tarix üzrə elmlər doktoru Fəzail Ağamalı açıb.

Daha sonra  Tarix İnstitutunun «Azərbaycan xalqına qarşı soyqırımları tarixi» şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru Vaqif Abışov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Azərbaycanın ağır durumu, azərbaycanlılara qarşı keçirilmiş soyqırım cinayətləri haqqında çıxış edib.

 

Tarix İnstitutunun «Azərbaycan Xalq Cümhuriyyətinin tarixi» şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib.

 

Tarix üzrə fəlsəfə doktoru Tarix İnstitutunun «Azərbaycanın Sovet dövrü tarixi» şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev isə Cümhuriyyətin xarici siyasəti və beynəlxalq vəziyətindən bəhs edib.

 

İnstitutun «Ümumi tarix» şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi Tofiq Mustafazadə  Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda daxili və xarici amilərin oynadığı rola aydınlıq gətirərək, Cümhuriyyətin tarixi əhəmiyyətini, onun dövlətçiliyimizdə yeri və rolunun vacibliyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi