21 avqust 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - “Azərbaycanda innovasiya əsaslı iqtisadi inkişaf: sahibkarlıq, təhsil və elm”
“Azərbaycanda innovasiya əsaslı iqtisadi inkişaf: sahibkarlıq, təhsil və elm”
25.04.2018, 15:26

UNEC-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “İnnovasiya əsaslı iqtisadi inkişaf: sahibkarlıq, təhsil və elm” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.

 

Modern.az xəbər verir ki, biznes və menecment fakültəsinin təşkilatçılığı ilə keçirilən konfransda UNEC-in professor-müəllim heyətilə yanaşı dövlət qurumlarının nümayəndələri, sahibkarlar, iş adamları, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər.

 

Fakültənin dekanı, dosent Mirağa Əhmədov Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin ölkədə iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması prosesini sürətləndirdiyini bilirib. Ölkədə həyata keçirilən islahatların prioritet istiqamətinin rəqabətədavamlı milli innovasiya sisteminin yaradılması olduğunu vurğulayan M.Əhmədov innovasiya siyasətinin yeni bilik və texnologiyaların istehsalı və tətbiq edilməsi ilə yanaşı, elm və təhsilin, elmtutumlu cəmiyyətin davamlı inkişafının bərqərar edilməsinə yönəlməli olduğunu bildirib. Dünya dövlətlərində universitetlərin elm mərkəzləri, sahibkarlıq institutları kimi formalaşdığını və təhsilin elmi innovasiyalar əsasında qurulduğunu vurğulayan dekan UNEC-də son dövrlərdə bu istiqamətdə atılan uğurlu addımları diqqətə çatdırıb. M.Əhmədov müəllim və tələbələri innovativ layihələr hazırlamağa cəlb etmək, onların ideyalarını dəstəkləmək və sahibkar kimi yetişdirmək məqsədilə UNEC-də iqtisadiyyatın müxtəlif sahələri üzrə bir çox tədqiqat mərkəzlərinin, o cümlədən İnnovativ Biznes İnkubatoru (İBİ) və UNEC Biznes Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edib. Fakültə dekanı Azərbaycanda ilk dəfə olaraq həyata keçirilən və ictimaiyyətdə geniş rezonans doğuran “UNEC2B” platformasına da diqqət çəkib. O, UNEC-in iş dünyası ilə strateji əməkdaşlıq platformasının tədrisin əmək bazarının tələblərinə uyğunlaşdırılması, sahibkarlıq universiteti modelinin yaradılması ilə yanaşı, Azərbaycanda öz məzunlarına görə, məsuliyyət daşıyan universitet anlayışını da tamamilə yeniləyir.

 

UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov elm, təhsil və sahibkarlıq universitetlərinin vəzifələrindən söz açıb. İnkişaf etmiş ölkələrin iqtisadiyyatında bu  gün həmin universitetlərin aparıcı mövqeyə malik olduğunu qeyd edən professor bu universitetin gəlirlərinin mühüm hissəsinin məhz innovativ fəaliyyət hesabına formalaşdığını vurğulayıb. UNEC-in məhz bu kontekstdə dünya təhsil xidmətləri bazarında rəqabətqabiliyyətli brend universitet yaratdığını bildirən professor, burada yüksəkixtisaslı iqtisadçı və menecerlərin hazırlandığını, fundamental və tətbiqi elmi tədqiqatların aparıldığını, iş dünyası ilə sıx əməkdaşlığın qurulduğunu qeyd edib. UNEC-də son 4 ildə aparılan elmi fəalityyətə nəzər salan professor, bu müddət ərzində  bu sahədə yüksək nailiyyətlər əldə edildiyini bildirib. O, UNEC alimlərinin nüfuzlu beynəlxalq informasiya agentlikləri tərəfindən indekslənən yüksək impakt faktorlu jurnallarda çap olunan məqalələrinin sayının 4 dəfə artdığını diqqətə çatdırıb.

 

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov ölkə iqtisadiyyatının inkişafı üçün sahibkarlarla ali təhsil müəssisələri arasındakı əlaqələrın daha sıx qurulmasının əhəmiyyətindən bəhs edib. Biznes qurumlarının rəhbərləri ölkədə sahibkarlar üçün yaradılan əlverişli investisiya mühitindən və bu hədəflərə uyğun təhsil sahəsində aparılan islahatların özəl sektorun inkişafına müsbət təsirlərindən danışıb.

 

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev ali təhsildə innovasiya və özəl sektorun inkişafı üçün tələb olunan kadrlarla bağlı vəziyyəti qiymətləndirib, sahibkarlıq və innovasiyaların dəstəklənməsi yolu ilə ali təhsilin ölkənin iqtisadi inkişafındakı rolundan bəhs edib. Bakı Tekstil Fabrikinin Baş direktoru Elçin Babayev ali təhsil müəssisələri ilə iş dünyası arasında əməkdaşlığın tələbələrin gələcəkdə təcrübəli kadr kimi yetişməsində əvəzsiz rol oynadığını qeyd edərək, UNEC-lə əməkdaşlığın hər iki sektor üçün əhəmiyyətli olacağını vurğulayıb.

 

Çıxışlardan sonra konfrans öz işini “Dünyada kiçik və orta sahibkarlığın inkişaf strategiyası və Azərbaycan modeli” və “XXI əsrin çağırışlarına uyğun Azərbaycanda insan kapitalının formalaşması strategiyası” mövzularına həsr olunan bölmə iclaslarında davam etdirib. Sonda konfrans məruzəçilərinə sertifikatlar təqdim olunub.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Cəbrayılın İŞĞALI: “Mafiyanın əli ilə onu ordudan uzaqlaşdırdılar” – Keçmiş döyüşçü DANIŞIR   
21.08.2018, 13:48

Cəbrayılın İŞĞALI: “Mafiyanın əli ilə onu ordudan uzaqlaşdırdılar” – Keçmiş döyüşçü DANIŞIR  

Sarkisyanın qardaşı oğlu beynəlxalq axtarışa verildi
21.08.2018, 13:42

Sarkisyanın qardaşı oğlu beynəlxalq axtarışa verildi

Ağdaş sakini özünü metroda qatarın altına atdı - hərəkət dayandı
21.08.2018, 13:34

Ağdaş sakini özünü metroda qatarın altına atdı - hərəkət dayandı

Nazir mədəniyyət işçilərini təbrik etdi
21.08.2018, 13:21

Nazir mədəniyyət işçilərini təbrik etdi

Sabahın havası - XƏBƏRDARLIQ
21.08.2018, 13:16

Sabahın havası - XƏBƏRDARLIQ

Dünya Robot Olimpiadasının Azərbaycan üzrə növbəti seçim yarışı keçiriləcək
21.08.2018, 13:13

Dünya Robot Olimpiadasının Azərbaycan üzrə növbəti seçim yarışı keçiriləcək

XİN-dən alman deputatın Azərbaycana girişinə qadağa qoyulmasına REAKSİYA
21.08.2018, 12:58

XİN-dən alman deputatın Azərbaycana girişinə qadağa qoyulmasına REAKSİYA

Banka borcu olan İran vətəndaşı Azərbaycandan qaçarkən sərhəddə saxlanıldı - FOTOLAR
21.08.2018, 12:51

Banka borcu olan İran vətəndaşı Azərbaycandan qaçarkən sərhəddə saxlanıldı - FOTOLAR

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir
21.08.2018, 12:49

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir

Nəcməddin Sadıkov Belarusa getdi   
21.08.2018, 12:48

Nəcməddin Sadıkov Belarusa getdi  

“Taliban” 160 girovu azadlığa buraxdı
21.08.2018, 12:37

“Taliban” 160 girovu azadlığa buraxdı

Komitə sədrindən qurbanlıq heyvan kəsənlərə TÖVSİYƏ
21.08.2018, 12:27

Komitə sədrindən qurbanlıq heyvan kəsənlərə TÖVSİYƏ

Siqaretləri gödəkçəsində gizlətsə də, gömrükdən keçirə bilmədi
21.08.2018, 12:12

Siqaretləri gödəkçəsində gizlətsə də, gömrükdən keçirə bilmədi

Bakıda hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir
21.08.2018, 11:45

Bakıda hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir

“Məhərrəmlikdə zəncir vurmaq sonradan uydurulub” – Mübariz Qurbanlı
21.08.2018, 11:42

“Məhərrəmlikdə zəncir vurmaq sonradan uydurulub” – Mübariz Qurbanlı

Bakıda sahibkarlar səkiləri zəbt edib – RƏSMİ
21.08.2018, 11:33

Bakıda sahibkarlar səkiləri zəbt edib – RƏSMİ

Türkiyə və Rusiya dolları S-400 ilə “vurur”
21.08.2018, 11:29

Türkiyə və Rusiya dolları S-400 ilə “vurur”

Salvador Tayvanla diplomatik əlaqələrə son qoydu
21.08.2018, 11:24

Salvador Tayvanla diplomatik əlaqələrə son qoydu

Təhsil Nazirliyi Rumıniyaya 4 tələbə göndərir
21.08.2018, 11:24

Təhsil Nazirliyi Rumıniyaya 4 tələbə göndərir

Baş nazir Azərbaycan xalqını təbrik etdi
21.08.2018, 11:03

Baş nazir Azərbaycan xalqını təbrik etdi

Babək prospektində 20 gün əvvəl təmir olunmuş yol sökülür - SƏBƏB
21.08.2018, 11:03

Babək prospektində 20 gün əvvəl təmir olunmuş yol sökülür - SƏBƏB

Peşə təhsili müəssisələrinə 8800 nəfər qeydiyyatdan keçib
21.08.2018, 10:51

Peşə təhsili müəssisələrinə 8800 nəfər qeydiyyatdan keçib

Bayram günləri “Azərsu” operativ işləyəcək
21.08.2018, 10:47

Bayram günləri “Azərsu” operativ işləyəcək

Zakir Həsənov:
21.08.2018, 10:28

Zakir Həsənov: "Ölkəmizin müdafiə qüdrəti qürurverici səviyyədə artıb"

Həyat etüdləri
21.08.2018, 10:24

Həyat etüdləri

Əfqanıstan prezidenti çıxış edərkən iqamətgahına raket atıldı
21.08.2018, 10:23

Əfqanıstan prezidenti çıxış edərkən iqamətgahına raket atıldı

Azərbaycan almaniyalı deputatın ölkəyə girişinə qadağa qoydu
21.08.2018, 10:13

Azərbaycan almaniyalı deputatın ölkəyə girişinə qadağa qoydu

Cəbhədə şiddətli atışma oldu
21.08.2018, 10:08

Cəbhədə şiddətli atışma oldu

Manata psixoloji təzyiq - Azərbaycanda dollara tələb yüksələcək
21.08.2018, 10:00

Manata psixoloji təzyiq - Azərbaycanda dollara tələb yüksələcək

Diri heyvan satılan yerlərdə dezinfeksiya işləri başa çatıb
21.08.2018, 09:40

Diri heyvan satılan yerlərdə dezinfeksiya işləri başa çatıb

Plastik qabları yandıranlar CƏRİMƏLƏNDİ
21.08.2018, 09:33

Plastik qabları yandıranlar CƏRİMƏLƏNDİ

Polisdən ƏMƏLİYYAT: 97 nəfər tutuldu
21.08.2018, 09:14

Polisdən ƏMƏLİYYAT: 97 nəfər tutuldu

Bakı meriyası paytaxta küçəsüpürən texnika gətirdi
21.08.2018, 08:50

Bakı meriyası paytaxta küçəsüpürən texnika gətirdi

ABŞ-da 2 iranlı casusluqda ittiham olundu
21.08.2018, 08:38

ABŞ-da 2 iranlı casusluqda ittiham olundu

İndoneziyadakı zəlzələlər 506 nəfəri öldürüb
21.08.2018, 08:29

İndoneziyadakı zəlzələlər 506 nəfəri öldürüb

ARXİV