21 avqust 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq - AÇIQLAMA  
Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq - AÇIQLAMA  
25.04.2018, 16:15

Azərbaycan Prezidentinin İkinci Dünya müharibəsi iştirakçılarına və digər müvafiq şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə 20 aprel 2018-ci il tarixli sərəncamı 11 193 nəfərə şamil olunacaq.


Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Elman Babayev məlumat verib.


Onun sözlərinə görə, həmin insanların sosial müdafiəsinə yönələn tədbirlərdən biri kimi, hər il alman faşizmi üzərində Qələbənin ildönümü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Sərəncamlar imzalanır:

"1941-1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 73-cü ildönümü ilə əlaqədar imzalanan 20 aprel 2018-ci il tarixli Sərəncam da bu məqsədə yönəlib. Sərəncam ümumilikdə 11 193 nəfər şəxsə şamil olunacaq. Onlardan 563 nəfəri İkinci Dünya müharibəsi əlilləri və iştirakçılarıdır ki, Sərəncama əsasən, onların hər birinə 1000 (min) manat məbləğində birdəfəlik maddi yardım ödəniləcək. Qalan 10 630 nəfəri isə İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş insanlar, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçıları təşkil edir. Sərəncamla bu insanların da hər birinə 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək. 


Sərəncamın icrası olaraq, qeyd olunan şəxslərə birdəfəlik maddi yardımların ödənilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,9 milyon manat ayrılması və Maliyyə Nazirliyi tərəfindən həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsi nəzərdə tutulub.


E.Babayevin sözlərinə görə, müvafiq Sərəncamlarla İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə verilən birdəfəlik maddi yardımların məbləği də getdikcə artırılır:

"Son illərdə bu maddi yardımların məbləği 25 faiz artırılıb və müvafiq olaraq 800 manatdan 1000 manata və 400 manatdan 500 manata çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın tam və vaxtlı-vaxtında icrası təmin edilməklə, 9 May - Qələbə gününədək müvafiq şəxslərə birdəfəlik maddi yardımların ödənişi tam həyata keçiriləcək.


Birdəfəlik maddi yardımların avtomatlaşdırılmış qaydada həmin insanların bank hesablarına köçürülməsi, beləliklə, tam şəffaf şəraitdə ödənişinin həyata keçirilməsi təmin olunacaq.


İkinci Dünya müharibəsi əlilləri və iştirakçıları əmək pensiyaları ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə də təmin olunurlar. Dövlət başçısının imzaladığı Sərəncamlarla cari ildə də əmək pensiyalarının və təqaüdlərin, o cümlədən İkinci Dünya müharibəsi əlilləri və iştirakçılarına yönələn pensiya və təqaüdlərin də növbəti dəfə artırılması təmin edilib. 
Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyədək 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, bu təbəqədən olan 1117 nəfər şəxs isə minik avtomobili ilə təmin edilib. Onların ehtiyaclarına uyğun olaraq evlərində sosial xidmətlərlə, habelə bərpa-müalicə xidməti, sanator-kurort putyovkaları və s. ilə təminatı sahəsində də məqsədyönlü işlər görülür".

 


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Cəbrayılın İŞĞALI: “Mafiyanın əli ilə onu ordudan uzaqlaşdırdılar” – Keçmiş döyüşçü DANIŞIR   
21.08.2018, 13:48

Cəbrayılın İŞĞALI: “Mafiyanın əli ilə onu ordudan uzaqlaşdırdılar” – Keçmiş döyüşçü DANIŞIR  

Sarkisyanın qardaşı oğlu beynəlxalq axtarışa verildi
21.08.2018, 13:42

Sarkisyanın qardaşı oğlu beynəlxalq axtarışa verildi

Ağdaş sakini özünü metroda qatarın altına atdı - hərəkət dayandı
21.08.2018, 13:34

Ağdaş sakini özünü metroda qatarın altına atdı - hərəkət dayandı

Nazir mədəniyyət işçilərini təbrik etdi
21.08.2018, 13:21

Nazir mədəniyyət işçilərini təbrik etdi

Sabahın havası - XƏBƏRDARLIQ
21.08.2018, 13:16

Sabahın havası - XƏBƏRDARLIQ

Dünya Robot Olimpiadasının Azərbaycan üzrə növbəti seçim yarışı keçiriləcək
21.08.2018, 13:13

Dünya Robot Olimpiadasının Azərbaycan üzrə növbəti seçim yarışı keçiriləcək

XİN-dən alman deputatın Azərbaycana girişinə qadağa qoyulmasına REAKSİYA
21.08.2018, 12:58

XİN-dən alman deputatın Azərbaycana girişinə qadağa qoyulmasına REAKSİYA

Banka borcu olan İran vətəndaşı Azərbaycandan qaçarkən sərhəddə saxlanıldı - FOTOLAR
21.08.2018, 12:51

Banka borcu olan İran vətəndaşı Azərbaycandan qaçarkən sərhəddə saxlanıldı - FOTOLAR

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir
21.08.2018, 12:49

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir

Nəcməddin Sadıkov Belarusa getdi   
21.08.2018, 12:48

Nəcməddin Sadıkov Belarusa getdi  

“Taliban” 160 girovu azadlığa buraxdı
21.08.2018, 12:37

“Taliban” 160 girovu azadlığa buraxdı

Komitə sədrindən qurbanlıq heyvan kəsənlərə TÖVSİYƏ
21.08.2018, 12:27

Komitə sədrindən qurbanlıq heyvan kəsənlərə TÖVSİYƏ

Siqaretləri gödəkçəsində gizlətsə də, gömrükdən keçirə bilmədi
21.08.2018, 12:12

Siqaretləri gödəkçəsində gizlətsə də, gömrükdən keçirə bilmədi

Bakıda hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir
21.08.2018, 11:45

Bakıda hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir

“Məhərrəmlikdə zəncir vurmaq sonradan uydurulub” – Mübariz Qurbanlı
21.08.2018, 11:42

“Məhərrəmlikdə zəncir vurmaq sonradan uydurulub” – Mübariz Qurbanlı

Bakıda sahibkarlar səkiləri zəbt edib – RƏSMİ
21.08.2018, 11:33

Bakıda sahibkarlar səkiləri zəbt edib – RƏSMİ

Türkiyə və Rusiya dolları S-400 ilə “vurur”
21.08.2018, 11:29

Türkiyə və Rusiya dolları S-400 ilə “vurur”

Salvador Tayvanla diplomatik əlaqələrə son qoydu
21.08.2018, 11:24

Salvador Tayvanla diplomatik əlaqələrə son qoydu

Təhsil Nazirliyi Rumıniyaya 4 tələbə göndərir
21.08.2018, 11:24

Təhsil Nazirliyi Rumıniyaya 4 tələbə göndərir

Baş nazir Azərbaycan xalqını təbrik etdi
21.08.2018, 11:03

Baş nazir Azərbaycan xalqını təbrik etdi

Babək prospektində 20 gün əvvəl təmir olunmuş yol sökülür - SƏBƏB
21.08.2018, 11:03

Babək prospektində 20 gün əvvəl təmir olunmuş yol sökülür - SƏBƏB

Peşə təhsili müəssisələrinə 8800 nəfər qeydiyyatdan keçib
21.08.2018, 10:51

Peşə təhsili müəssisələrinə 8800 nəfər qeydiyyatdan keçib

Bayram günləri “Azərsu” operativ işləyəcək
21.08.2018, 10:47

Bayram günləri “Azərsu” operativ işləyəcək

Zakir Həsənov:
21.08.2018, 10:28

Zakir Həsənov: "Ölkəmizin müdafiə qüdrəti qürurverici səviyyədə artıb"

Həyat etüdləri
21.08.2018, 10:24

Həyat etüdləri

Əfqanıstan prezidenti çıxış edərkən iqamətgahına raket atıldı
21.08.2018, 10:23

Əfqanıstan prezidenti çıxış edərkən iqamətgahına raket atıldı

Azərbaycan almaniyalı deputatın ölkəyə girişinə qadağa qoydu
21.08.2018, 10:13

Azərbaycan almaniyalı deputatın ölkəyə girişinə qadağa qoydu

Cəbhədə şiddətli atışma oldu
21.08.2018, 10:08

Cəbhədə şiddətli atışma oldu

Manata psixoloji təzyiq - Azərbaycanda dollara tələb yüksələcək
21.08.2018, 10:00

Manata psixoloji təzyiq - Azərbaycanda dollara tələb yüksələcək

Diri heyvan satılan yerlərdə dezinfeksiya işləri başa çatıb
21.08.2018, 09:40

Diri heyvan satılan yerlərdə dezinfeksiya işləri başa çatıb

Plastik qabları yandıranlar CƏRİMƏLƏNDİ
21.08.2018, 09:33

Plastik qabları yandıranlar CƏRİMƏLƏNDİ

Polisdən ƏMƏLİYYAT: 97 nəfər tutuldu
21.08.2018, 09:14

Polisdən ƏMƏLİYYAT: 97 nəfər tutuldu

Bakı meriyası paytaxta küçəsüpürən texnika gətirdi
21.08.2018, 08:50

Bakı meriyası paytaxta küçəsüpürən texnika gətirdi

ABŞ-da 2 iranlı casusluqda ittiham olundu
21.08.2018, 08:38

ABŞ-da 2 iranlı casusluqda ittiham olundu

İndoneziyadakı zəlzələlər 506 nəfəri öldürüb
21.08.2018, 08:29

İndoneziyadakı zəlzələlər 506 nəfəri öldürüb

ARXİV