24 may 2018, Cümə axşamı
Ana Səhifə - PARLAMENT - “Onlar Prezidentin etimadını doğruldacaqlar”  
“Onlar Prezidentin etimadını doğruldacaqlar”  
25.04.2018, 16:45

Prezident İlham Əliyevin sərəncamları ilə Nazirlər Kabinetinin tərkibi yenilənib. Yeni Baş nazir Novruz Məmmədovun rəhbərlik edəcəyi hökumətdə bəzi gözlənilməz təyinatlar var.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yerinə iqtisadiyyat nazirinin müavini Sahil Babayev təyin edilib.

Kənd təsərrüfatı naziri Heydər Əsədovun yerinə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov təyinat alıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun yerinə Milli Məclisin deputatı Rövşən Rzayev gətirilib. 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovu Milli Məclisin deputatı Fuad Muradov əvəzləyib.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun yerinə Milli Məclisin deputatı Muxtar Babayev təyin edilib.

Təhsil naziri vəzifəsinə Ceyhun  Bayramov təyinat alıb.

Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə deputat Vüsal Hüseynov aparılıb.


Milli Məclisin deputatları bu dəfə Modern.az saytına hökumətin tərkibindəki dəyişikliklərlə  bağlı  danışıblar.

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova Nazirlər Kabinetindəki dəyişikliyi yüksək qiymətləndirib.

“Nazirlər Kabinetinin tərkibinin cavanlaşması, yeni intellektlərin cəlb olunması, dünyanın tanınmış universitetlərini bitirmiş professionalların vəzifəyə təyin olunmasını alqışlayıram. Hesab edirəm ki, onlar cənab Prezidentin etimadını doğruldacaqlar. Mənə elə gəlir ki, prezidentin tapşırdığı bütün məsələlər vaxtında öz həllini tapacaq”.

Deputat bildirib ki, 4 həmkarının yeni hökumətdə təmsil olunması Prezident tərəfindən Milli Məclisə göstərilən etibar və inamdır.

“Mən yeni hökumətdə təmsil olunan deputat həmkarlarımı cənab Prezidentin sərəncamından dərhal sonra telefon vasitəsilə əlaqə yaradaraq, təbrik etmişəm. Hesab edirəm ki, onlar vəzifələrinin öhdəsindən layiqincə gələcəklər”.

 

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Tahir Süleymanov Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatında baş verən yenilikləri yüksək qiymətləndirir:

“Hökumətə yeni başçının gətirilməsi, eyni zamanda, tərkibin yeniləşdirilməsi, Nazirlər Kabinetinə yeni simaların cəlb edilməsi cəmiyyətin siyasi-sosial sifarişi idi. Bu sifariş hər zaman olduğu kimi yenə də ölkə Prezidenti İlham Əliyev tərəfindən nəzərə alındı və reallığa çevrildi. Odur ki, cənab Prezidentin  təyinatları, sərəncamları hər bir kəs tərəfindən təqdir olunur, müsbət qarşılanır və alqışlanır”.

Deputat deyib ki,yeni hökumətin tərkibində həmkarlarının olması onu çox sevindirir:

“Həmkarlarım Rövşən Rzayev, Fuad Muradov, Muxtar Babayev, Vüsal Hüseynov hökumətin digər  üzvləri kimi  təyin olunduqları vəzifələrə tam layiqdirlər.  Hesab edirəm ki, onlar deputatlıq  fəaliyyətlərində  etmadı doğrultduqları kimi, yeni  təyinatlarla bağlı göstərilən növbəti etimadı da layiqincə və uğurla doğruldacaqlar. Onların hər birinin buna potensialı var. Onların uğurlar əldə edəcəyinə, Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətə, islahatlara, ölkəmizin gələcək inkişafına töhfə verəcəklərinə inanıram və hər birinin də uğuruna sevinirəm. Odur ki, onların hər birinə, bütövlükdə yeni hökumətimizə müvəffəqiiyətlər arzulayıram”.
 

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib ki, Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabinetinin yeni formalaşdırılmış tərkibi  onu deməyə əsas verir ki, Azərbaycan yaxın vaxtlarda surətlə inkişaf edəcək:

“Nazirlər Kabinetinə yeni təyin olunan simalar ölkəyə  tamamilə yeni bir ab-havanın gəldiyini göstərir. Həmkarlarımdan 4-nün bundan sonra Azərbaycan hökumətində təmsil olunması bizim üçün böyük bir qürur hissidir. Çünki bu cənab Prezidentin Milli Məclisə, deputatlara göstərdiyi bir etimaddır, inamdır. Bu 4 kadrın hər biri ilə  bir neçə il çiyin-çiyinə işləmişik. Onların potensiallarını, nələrə malik olduqlarını, hansı imkanların sahibi olduqlarını, bacarıqlarını çox gözəl bilirik. İnanıram ki, Nazirlər Kabinetinin tərkibinə yeni təyin olunmuş simaların hər biri cənab Prezidentin etimadını doğruldacaqlar. Azərbaycanın inkişafı, gələcəyimizin işıqlı olması naminə cənab Prezidentin yaxın köməkçiləri olacaqlar. Hökumət üzvlərinin hər birinə şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıram”.


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Pompeo: Rusiyanı yeni sanksiyalar gözləyir
24.05.2018, 00:12

Pompeo: Rusiyanı yeni sanksiyalar gözləyir

Səddamın yaxtası otelə çevrildi – VİDEO
24.05.2018, 00:05

Səddamın yaxtası otelə çevrildi – VİDEO

ABŞ-da məhkəmə Trampa "Twitter"də onu tənqid edənləri bloklamağı qadağan edib
24.05.2018, 00:00

ABŞ-da məhkəmə Trampa "Twitter"də onu tənqid edənləri bloklamağı qadağan edib

Xərçəng epidemiyasının əsas səbəbi açıqlandı
23.05.2018, 23:45

Xərçəng epidemiyasının əsas səbəbi açıqlandı

İki milyarda yaxın insan kökələcək – PROQNOZ
23.05.2018, 23:37

İki milyarda yaxın insan kökələcək – PROQNOZ

Ramazanın 8-ci günü: dua, imsak və iftar vaxtı
23.05.2018, 23:27

Ramazanın 8-ci günü: dua, imsak və iftar vaxtı

Azərbaycan neftinin qiyməti qalxdı - bir barel 81 dollar 
23.05.2018, 23:13

Azərbaycan neftinin qiyməti qalxdı - bir barel 81 dollar 

Spiker institut direktorunu təltif etdi
23.05.2018, 23:00

Spiker institut direktorunu təltif etdi

İrana gedən azərbaycanlıların sayı artıb
23.05.2018, 22:58

İrana gedən azərbaycanlıların sayı artıb

Evin tək oğlu əsgər getməlidir? - Rəsmi 
23.05.2018, 22:46

Evin tək oğlu əsgər getməlidir? - Rəsmi 

İspaniyada partlayış olub, ölənlər və yaralananlar var
23.05.2018, 22:38

İspaniyada partlayış olub, ölənlər və yaralananlar var

Oğuzda Meşə təsərrüfatı idarəsinin ərazisində yanğın olub
23.05.2018, 22:35

Oğuzda Meşə təsərrüfatı idarəsinin ərazisində yanğın olub

Sabah bu ölkədə nüvə poliqonu söküləcək
23.05.2018, 22:28

Sabah bu ölkədə nüvə poliqonu söküləcək

Bərdədə 18 yaşlı qız intihar edib
23.05.2018, 22:25

Bərdədə 18 yaşlı qız intihar edib

Skripal ilk müsahibəsini verdi
23.05.2018, 22:20

Skripal ilk müsahibəsini verdi

Nazir Avropa İttifaqını qarğadı 
23.05.2018, 22:13

Nazir Avropa İttifaqını qarğadı 

Sosial şəbəkələrin  məşhur müəllimi polisə çağırıldı
23.05.2018, 21:58

Sosial şəbəkələrin  məşhur müəllimi polisə çağırıldı

Dünya çempionu həbs oluna bilər
23.05.2018, 21:49

Dünya çempionu həbs oluna bilər

Bakıda intiharın qarşısı alınıb
23.05.2018, 21:39

Bakıda intiharın qarşısı alınıb

Modemləri sıradan çıxaran yeni virus yayılıb
23.05.2018, 21:29

Modemləri sıradan çıxaran yeni virus yayılıb

ABŞ ordusunun təyyarəsi qəzaya uğrayıb
23.05.2018, 21:17

ABŞ ordusunun təyyarəsi qəzaya uğrayıb

Çingiz Qənizadə: “Rüstəm İbrahimbəyov böyük qardaşların yanında yaxşı olmaq üçün öz xalqını aşağılayır”
23.05.2018, 20:51

Çingiz Qənizadə: “Rüstəm İbrahimbəyov böyük qardaşların yanında yaxşı olmaq üçün öz xalqını aşağılayır”

Dövlət Komitəsinin sədri  Türkiyə parlamentinin spikeri  ilə  görüşdü 
23.05.2018, 20:37

Dövlət Komitəsinin sədri  Türkiyə parlamentinin spikeri  ilə  görüşdü 

Akif Çovdarov çıxış üçün məhkəmədən vaxt istəyib​​​
23.05.2018, 20:23

Akif Çovdarov çıxış üçün məhkəmədən vaxt istəyib​​​

İŞİD Suriyada Bəşşar Əsədə bağlı silahlılara hücum edib, 26 hərbçi ölüb
23.05.2018, 20:11

İŞİD Suriyada Bəşşar Əsədə bağlı silahlılara hücum edib, 26 hərbçi ölüb

Rəhmon Azərbaycan xalqını təbrik etdi
23.05.2018, 20:05

Rəhmon Azərbaycan xalqını təbrik etdi

Çində ABŞ diplomatına “akustik hücum”
23.05.2018, 20:02

Çində ABŞ diplomatına “akustik hücum”

Fuad Muradov Dövlət Komitəsinin sədri  kimi  ilk  rəsmi səfərini Türkiyəyə etdi
23.05.2018, 18:58

Fuad Muradov Dövlət Komitəsinin sədri  kimi  ilk  rəsmi səfərini Türkiyəyə etdi

İnam Kərimov Yevlaxda vətəndaşların şikayətlərini dinlədi
23.05.2018, 18:56

İnam Kərimov Yevlaxda vətəndaşların şikayətlərini dinlədi

Sumqayıtda 30-dan çox ev işıqsız qaldı
23.05.2018, 18:49

Sumqayıtda 30-dan çox ev işıqsız qaldı

Şura “Müsəlman Şərqində ilk demokratik respublika” adlı konfrans keçirib
23.05.2018, 18:37

Şura “Müsəlman Şərqində ilk demokratik respublika” adlı konfrans keçirib

Prezident təhsil müəssisələrinə 40 milyon manat ayırdı - SİYAHI
23.05.2018, 18:30

Prezident təhsil müəssisələrinə 40 milyon manat ayırdı - SİYAHI

Azərbaycanın müdafiə naziri Anjey Kaspşiklə görüşüb
23.05.2018, 18:26

Azərbaycanın müdafiə naziri Anjey Kaspşiklə görüşüb

Azərbaycanda 200 manatlıq yeni əsginas dövriyyəyə buraxılacaq - FOTO
23.05.2018, 18:23

Azərbaycanda 200 manatlıq yeni əsginas dövriyyəyə buraxılacaq - FOTO

Əbülfəs Qarayev Misirin Azərbaycandakı səfiri ilə görüşdü
23.05.2018, 18:20

Əbülfəs Qarayev Misirin Azərbaycandakı səfiri ilə görüşdü

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (20.6%)
Meral Akşener (12.2%)
Rəcəb Tayyip Ərdoğan (59.5%)
Selahattin Demirtaş (2.29%)
Temel Karamollaoğlu (0.76%)
Doğu Perinçek (4.58%)