Modern.az

Tümen-Bakı qatarını partlatmaq istəyiblər

Tümen-Bakı qatarını partlatmaq istəyiblər

30 Noyabr 2009, 16:03

Rusiyanın Tümen şəhərindən Bakıya gələn sərnişin qatarını partlatmağa cəhd edilib.

Modern.az xəbər verir ki, Rusiya Dəmiryolları İdarəsinin məlumatına görə, dəmiryolunun Dağıstandan keçən hissəsində bomba qatar keçməzdən əvvəl partlayaraq, relsləri yararsız hala salıb. Lakin qatar aşmayaraq, zədəli relslərin üzərilə 150 metr gedib.

Hadisə zamanı ölən və yaralanan olmayıb.

Rusiya Dəmiryolları İdarəsinin bəyanatında hazırda həmin hissədə nəqliyyatın işinin bərpa olunduğu bildirilir.

Tümen-Bakı qatarı səfərini davam etdirib.

Federal Təhlükəsizlik Xidməti ərazidə istintaq işləri aparır.

Xatırladaq ki, cümə günü Moskva-Peterburq sürət qatarının partladılması nəticəsində 25 nəfər həlak olmuş, 100-dən çox adam xəsarət almışdı.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir