Modern.az

Bakıdakı bu orta məktəbə hər şagirdi götürmürlər

Bakıdakı bu orta məktəbə hər şagirdi götürmürlər

26 Aprel 2018, 10:02

Azərbaycanda qeyri-millətlərdən olanlar üçün bir sıra təhsil ocaqları fəaliyyət göstərir. Belə təhsil müəssisələrindən biri də Bakıda yerləşir. Paytaxtın Xətai rayonunda yəhudilərin ayrıca “Xabad Or-Avner” adlı orta məktəbi fəaliyyət göstərir.

Bəs orada kimlər təhsil ala bilər? Bakıdakı “Xabad-Or-Avner” yəhudi məktəbində tədris hansı dildə keçirilir və orada şagirdlərə hansı fənnlər tədris edilir?


Məsələ ilə bağlı Dağ Yəhudiləri Dini İcmasının sədri Melix Yevdayev Modern.az-a açıqlama verib.

Melix Yevdayev Xətai rayonunda yerləşən “Xabad Or-Avner” adlı orta məktəblə bağlı bildirib ki, orada tədris Azərbaycan Təhsil Nazirliyinin proqramında nəzərdə tutulan qaydada aparılır.

“Amma həmin orta məktəb yəhudi təmayüllüdür. Dərslər isə rus dilində keçirilir. Orada təhsil alan şagirdlərə Tövratı oxumağı, yəhudilərin min illər ərzində qoruyub saxladığı adət-ənənələri öyrədirlər. Həmin məktəbdə ancaq yəhudilər oxuya bilər. Başqa  millətdən olan şəxslər isə həmin məktəbdə təhsil ala bilməzlər”.

Qeyd edək ki, “Xabad-Or-Avner” yəhudi orta məktəbi 2010-cu ildə Heydər Əliyev Fondu və “Or-Avner” Fondu tərəfindən inşa edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir