Modern.az

Dünya Meteorologiya Təşkilatının baş katibi Qərbi Kaspi Universitetində

Dünya Meteorologiya Təşkilatının baş katibi Qərbi Kaspi Universitetində

26 Aprel 2018, 10:56

Dünya Meteorologiya Təşkilatının baş katibi Petteri Taalas Qərbi Kaspi Universitetində olub, tələbələr qarşısında mühazirə ilə çıxış edib.

 

Modern.az xəbər verir ki, universitetin fəxri professoru Fikrət Sadıxov qonağa ali təhsil ocağı barədə məlumat verərək bildirib ki, Qərbi Kaspi Universitetində son illərdə tədrisin keyfiyyətinin artırılmasına yönəlmiş proqramlar və infrastruktur layihələri həyata keçirilib. Bu tədris ilindən etibarən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparan universitetdə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də tələbələrin praktik layihələr üzərində işləməsi üçün Texnopark qurulub. Universitet eyni zamanda ekologiya sahəsi üzrə peşəkar kadr hazırlığı aparır.

 

Dünya Meteorologiya Təşkilatının baş katibi Petteri Taalas Azərbaycanın inkişafı və nailiyyətləri barədə müxtəlif informasiya mənbələrindən məlumatlar aldığını, bu səfəri zamanı isə bu inkişafa şahid olduğunu bildirib.

 

Baş katib rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətləri barədə məlumat verib, “İqlim, fəlakətlər və onların təsirləri” mövzusunda mühazirə ilə çıxış edib, daha sonra tələbələri maraqlandıran sualları cavablandırıb. Petteri Taalas tələbələrin mövzuya yanaşmalarını, məlumatlılıq səviyyələrini və təhlil qabiliyyətlərini yüksək qiymətləndirib, onlarla fikir mübadiləsindən məmnunluğunu dilə gətirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir