Modern.az

“Samur” sərhəd-keçid məntəqəsində İran vətəndaşı piyadanı vurub öldürdü

“Samur” sərhəd-keçid məntəqəsində İran vətəndaşı piyadanı vurub öldürdü

Aktual

26 Aprel 2018, 11:40

Qusar rayonunun “Samur” sərhəd-keçid məntəqəsində İran İslam Respublikası vətəndaşının idarə etdiyi yük avtomobili ilə rayon sakini G.Saruxanova vurulub.

DİN-dən Modern.az-a verilən məlumata görə, hadisə aprelin 25-də saat 6 radələrində Qusar rayonunun “Samur” sərhəd-keçid məntəqəsində baş verib.

Belə ki, İran İslam Respublikası vətəndaşı Qulamirzə Fərəczadə “Volvo” markalı yük avtomobilini arxaya verərkən Samur qəsəbə sakini Gülarə Saruxanovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar