Modern.az

Küveytlilər Azərbaycan mətbəxinə heyran qaldılar  

Küveytlilər Azərbaycan mətbəxinə heyran qaldılar   

Aktual

26 Aprel 2018, 12:26

Küveyt Dövlət Universitetində 10 dünya ölkələrinin milli-mədəni adət ənənələrinə aid sərgi keçirilib. Bu barədə məlumatı Modern.az-a Vətənsevər Azərbaycan-Küveyt Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə bildirib.

“Sərgidə 10 ölkə iştirak edirdi. Gözəl vətənimiz Azərbaycana da xüsusi yer verilmişdir. Sərginin keçirilməsində Azərbaycanın Küveytdəki səfirliyi başda çox hörmətli konsulumuz Mirdavud Sultanov və xanımı, Vətənsevər Azərbaycan-Küveyt Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycanın milli mətbəxi,adət ənənəsi, milli geyimi, Bakıdan gətirilən kitablar, broşürlər, şəkillər, meyvə şirələri, Azərbaycan çayı, təbii bulaq suyumuz olan- Sirab suyu, öz əllərimizlə hazırladığımız milli mətbəximizdən olan-dolma, qutab, şəkərbura, paxlava sərgi iştirakçılarına təqdim edildi. Sərgini Küveyt Dövlət Universitetinin rektoru və müəllim tələbə heyəti, Küveyt ictimaiyyəti çox böyük maraq və diqqətlə möhtəşəm bir açılışı olundu. Sərgidə gələn qonaqlara Azərbaycana daha çox maraq və diqqət göstərildi. Bizdə öz növbəmizdə Azərbaycanın yaxın və keçmiş tarixi,adət ənənəsi,milli mətbəxi, turuzimi haqqında, əsrlərdir üzdəniraq qonşumuz ermənilərin başımıza açdıqları min bir faciələri, Ermənistanın işğalçılıq siyasəti nəticəsində işğal altında saxladıqları torpaqlarımız, o cümlədən Xocalı soyqırımı haqqında məlumat verdik”.


Elnur Eltürk

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı