Modern.az

Saakaşvili: “Paşinyanın artıq Moskva ilə problemləri var”

Saakaşvili: “Paşinyanın artıq Moskva ilə problemləri var”

26 Aprel 2018, 12:31

“Qızılgül inqilabı” nəticəsində Gürcüstanın prezidenti olmuş və korrupsiya qarşı barışmazlığı ilə tanınan Mixail Saakaşvilli Ermənistanda “Məxməri inqilab” etmək istəyən Nikol Paşinyana məsləhətlər verib.

 

Modern.az xəbər verir ki, bu barədə o, “Nastayaşye Vremya” kanalına aprelin 25-də verdiyi müsahibəsində danışıb.

Gürcüstanın eks prezidenti Paşinyana inqilaba gedən yolun Rusiya ilə münasibətlərin pozulmasından keçdiyini bildirib.

 

“Paşinyanın artıq Moskva ilə problemləri var. Erməni elitası artıq onu bir kənara çəkməyə və inqilabın meyvələrindən bəhrələnməyə çalışır. Ukraynada bu proses bir neçə ildə, ermənistanda isə artıq başqa bir gündə baş verir” – söyləyən Saakaşvilli Paşinyanın  Moskva ilə münasibətləri pozmadan inqilabı reallaşdıra bilməyəcəyini vurğulayıb.

 

Onun sözlərinə görə bu xarici orientasiya məsələsi deyil bu həyat tərzidir.

"Rusiya ilə sərhəddəki ölkələrdə bütün elita rus həyat tərzini, korrupsiyanı mənimsəyir. Buna görə də birinci növbədə Rusiya ilə münasibətləri pozmaq bu elitanı mülkiyyətindən məhrum etmək və sonra artıq ölkədə qayda qanun yaratmaq lazımdır".

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı