Modern.az

800 metr plastik boru oğurladı, tutuldu

800 metr plastik boru oğurladı, tutuldu

26 Aprel 2018, 12:54

Aprelin 24-də Qusar Rayon Polis Şöbəsinin Samur Polis Bölməsinə ərizə ilə müraciət edən Düztahir kənd sakini Şaiq Həbibov, gecə saatlarında ona məxsuz torpaq sahəsindən 800 metr plastik borunun oğurlandığını bildirib.

Bu haqda Modern.az-a DİN mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumatda bildirilib.

Samur PB-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğruluğu törətməkdə şübhəli bilinən Yasab-oba kənd sakini Tofiq Aslanov saxlanılaraq bölməyə gətirilib. Dindirilmə zamanı o törətdiyi oğruluq hadisəsini etiraf edib. 

Faktlarla bağlı araşdırmalar aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir