21 avqust 2018, Çərşənbə
Ana Səhifə - ÖLKƏ - Baş nazir müavinlərinin vəzifə bölgüsü - Kim hansı sahəni kurasiya edəcək...
Baş nazir müavinlərinin vəzifə bölgüsü - Kim hansı sahəni kurasiya edəcək...
26.04.2018, 13:17

Prezident İlham Əliyev aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib.

Hazırda hökumətə rəhbərlik edən Baş nazir Novruz Məmmədovun üç müavini var: Baş nazirin birinci müavini Yaqub Eyyubov; baş nazirin müavinləri Əli Əhmədov, Əli Həsənov, Hacıbala Abutalıbov.

Yeri gəlmişkən, hökumətin əvvəlki tərkibində Baş nazirin 6 müavini vardı: birinci müavin Yaqub Eyyubov, müavinlər Əli Əhmədov, Əli Həsənov, İsmət Abasov, Abid Şərifov, Elçin Əfəndiyev.

İndi isə yenilənmiş tərkibdə 4 müavin qalıb. Bəzi məlumatlara görə, baş nazirin müavinləri ixtisar olunub, digər xəbərlərə görə isə əksinə, iki yeni təyinat da gerşəkləşə bilər.


Maraqlıdır, baş nazirin müavinləri arasında hansı sahələrə nəzarət necə bölüşdürülüb? Məsələn, Bakının keçmiş meri Hacıbala Abutalıbovun bundan sonra baş nazirin müavini kimi hansı sahəyə rəhbərlik edəcəyi dəqiq bilinmir.


Bəs baş nazirin müavinlərinin vəzifə bölgüsü daxili nizamnamədə necə aparılır?


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlamasında bu məsələdən danışıb. Tahir Kərimlinin sözlərinə görə,  Nazirlər Kabinetində bununla bağlı rəsmi bölgü yoxdur.

 
“Bu, daxili qərarla qəbul olunur”

“Rəsmi şəkildə prezident Nazirlər Kabinetinin tərkibini dəyişən zaman müvafiq qanunvericiliyə əsasən, təsnifat bu cür olur: baş nazirin birinci müavini və baş nazirin müavinləri. Onların adları hansısa sahəyə nəzarət etmələri üzrə göstərilmir. Çünki Nazirlər Kabinetində  rəsmi bölgü olmadığından bu, daxili qərarla qəbul olunur. Bildiyimə görə, baş nazirin birinci müavini lazım gəldikdə baş naziri əvəz edir, diplomatik münasibətlərə baxır, xarici qonaqları prosedura uyğun olaraq qəbul edir”.

Bəs Hacıbala Abutalıbov?


Milli Məclisin üzvü Bakının sabiq meri haqqında da danışıb:

“Baş nazirin sabiq müavini Abid Şərifov o zamanlar fövqəladə hallar məsələlərinə, tikinti işlərinə nəzarət edirdi. İsmət Abasov kənd təsərrüfatını kurasiya edirdi. Kənd Təsərrüfatı Nazirliyindən gəlmişdi.
Əli Əhmədov ən çox sosial sferanı kurasiya edir. Nazirlər Kabinetində bölgü bu formada olur.

Bakı Şəhərinin sabiq meri Hacıbala Abutalıbova gəlincə, o, güman ki, Abid Şərifovun missiyasını həyata keçiriəcək, fövqəladə hallara, tikinti işlərinə baxacaq”.

Onda Elçin Əfəndiyevlə İsmət Abasovun kurasiyasındakı sahələr necə olacaq? Tahir Kərimlinin fikrincə, həmin sahələr Əli Əhmədovla Əli Həsənov arasında bölüşdürülə bilər.

“Baş nazirin müavinləri ixtisar edilə bilər”

Tahir Kərimli baş nazirin müavinlərinin ixtisara düşdüyünü də söyləyib:

“Məndə belə bir məlumat da var. Ola bilsin ki, baş nazirin 6 deyil, elə 4 müavini qalsın. Düşünürəm ki, bu,  ixtisardır. Çünki bu məsələni biz də bir neçə dəfə qaldırmışıq. Hər halda, prosesləri izləməliyik”.


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Manata psixoloji təzyiq - Azərbaycanda dollara yüksələcək
21.08.2018, 10:00

Manata psixoloji təzyiq - Azərbaycanda dollara yüksələcək

Diri heyvan satılan yerlərdə dezinfeksiya işləri başa çatıb
21.08.2018, 09:40

Diri heyvan satılan yerlərdə dezinfeksiya işləri başa çatıb

Plastik qabları yandıranlar CƏRİMƏLƏNDİ
21.08.2018, 09:33

Plastik qabları yandıranlar CƏRİMƏLƏNDİ

Polisdən ƏMƏLİYYAT: 97 nəfər tutuldu
21.08.2018, 09:14

Polisdən ƏMƏLİYYAT: 97 nəfər tutuldu

Bakı meriyası paytaxta küçəsüpürən texnika gətirdi
21.08.2018, 08:50

Bakı meriyası paytaxta küçəsüpürən texnika gətirdi

ABŞ-da 2 iranlı casusluqda ittiham olundu
21.08.2018, 08:38

ABŞ-da 2 iranlı casusluqda ittiham olundu

İndoneziyadakı zəlzələlər 506 nəfəri öldürüb
21.08.2018, 08:29

İndoneziyadakı zəlzələlər 506 nəfəri öldürüb

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
21.08.2018, 08:25

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Qızlar komandamızın baş məşqçisi ailə həyatı qurur
21.08.2018, 08:23

Qızlar komandamızın baş məşqçisi ailə həyatı qurur

“Taliban” Moskva görüşündə iştiraka razılıq verib
21.08.2018, 01:02

“Taliban” Moskva görüşündə iştiraka razılıq verib

Piyada yol qəzasında öldü
21.08.2018, 00:47

Piyada yol qəzasında öldü

Dənizə düşən qadın 10 saat sağ qaldı
21.08.2018, 00:33

Dənizə düşən qadın 10 saat sağ qaldı

Bitkoin 6.4 min dollaradək bahalaşıb
21.08.2018, 00:20

Bitkoin 6.4 min dollaradək bahalaşıb

Əməkdar artist 77 yaşında vəfat etdi
21.08.2018, 00:06

Əməkdar artist 77 yaşında vəfat etdi

Kvars qol saatlarının yaradıcısı öldü
20.08.2018, 23:53

Kvars qol saatlarının yaradıcısı öldü

Yanğın bir ailəni evsiz qoydu
20.08.2018, 23:36

Yanğın bir ailəni evsiz qoydu

Türkiyə  ABŞ-a qarşı mövqe tutur
20.08.2018, 23:18

Türkiyə  ABŞ-a qarşı mövqe tutur

Dolları lirəyə çevirib ev alana MAŞIN hədiyyə edildi
20.08.2018, 23:04

Dolları lirəyə çevirib ev alana MAŞIN hədiyyə edildi

Okeanda təhlükəli virus
20.08.2018, 22:51

Okeanda təhlükəli virus

Zəlzələdə ölənlərin sayı 506 nəfərə çatdı
20.08.2018, 22:37

Zəlzələdə ölənlərin sayı 506 nəfərə çatdı

Avropa Azərbaycanlıları Konqresi aydınlıq gətirdi
20.08.2018, 22:24

Avropa Azərbaycanlıları Konqresi aydınlıq gətirdi

Türkiyədə ABŞ səfirliyinə atəş açan daha bir nəfər  tutuldu
20.08.2018, 22:13

Türkiyədə ABŞ səfirliyinə atəş açan daha bir nəfər  tutuldu

Sələmə pul götürüb evini itirir - VİDEO
20.08.2018, 21:49

Sələmə pul götürüb evini itirir - VİDEO

“Kalaşnikov” yeni avtomat istehsal edəcək
20.08.2018, 21:34

“Kalaşnikov” yeni avtomat istehsal edəcək

Belarusda qeyri-adi təbiət hadisəsi - VİDEO
20.08.2018, 21:20

Belarusda qeyri-adi təbiət hadisəsi - VİDEO

İki milyard insan aclıqdan əziyyət çəkir
20.08.2018, 21:06

İki milyard insan aclıqdan əziyyət çəkir

İçməli sudan 1000-dən çox insan zəhərləndi
20.08.2018, 20:52

İçməli sudan 1000-dən çox insan zəhərləndi

Yüksək bal toplayan abituriyentlər üçün təlim düşərgəsi
20.08.2018, 20:41

Yüksək bal toplayan abituriyentlər üçün təlim düşərgəsi

Apteklərdən imtina edildi
20.08.2018, 20:26

Apteklərdən imtina edildi

“Neft Daşları”nda müşavirə
20.08.2018, 20:14

“Neft Daşları”nda müşavirə

Türkiyədə diplomatların təhlükəsizlikləri gücləndirilib
20.08.2018, 20:01

Türkiyədə diplomatların təhlükəsizlikləri gücləndirilib

Monteneqroda meşə yanğını başlayıb
20.08.2018, 19:53

Monteneqroda meşə yanğını başlayıb

Bakıda heyvanları daşıyan yük maşını aşdı, 3 baş heyvan öldü - FOTO
20.08.2018, 19:13

Bakıda heyvanları daşıyan yük maşını aşdı, 3 baş heyvan öldü - FOTO

Türkiyədə ABŞ səfirliyinin atəşə tutulması ilə bağlı bir nəfər saxlanıldı
20.08.2018, 19:02

Türkiyədə ABŞ səfirliyinin atəşə tutulması ilə bağlı bir nəfər saxlanıldı

Azərbaycan prezidenti hindistanlı həmkarına başsağlığı verdi
20.08.2018, 18:33

Azərbaycan prezidenti hindistanlı həmkarına başsağlığı verdi

ARXİV