Modern.az

Qəbiristanlıqlar bələdiyyələrə veriləcək  

Qəbiristanlıqlar bələdiyyələrə veriləcək   

26 Aprel 2018, 14:52

Azərbaycanda qəbiristanlıqların yerləşdiyi  torpaqların  statusu müəyyənləşib.

Modern.az-ın məlumatına görə, bununla bağlı Torpaq Məcəlləsinin 47-ci maddəsinə ( Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ) dəyişiklik təklif edilir.

Bələdiyyə mülkiyyətinə aid torpaqlar aşağıdakılardır:

- ümumi istifadədə olan torpaqlar;

 - hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar;

- ehtiyat fondu torpaqlarır.

Dəyişikliyə görə, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aid edilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir