Modern.az

Azərbaycanlı deputat AŞPA-da ETİRAZ ETDİ: “Bizə qarşı biabırçı kampaniya təşkil ediblər

Azərbaycanlı deputat AŞPA-da ETİRAZ ETDİ: “Bizə qarşı biabırçı kampaniya təşkil ediblər”

26 Aprel 2018, 15:46

"Bu gün korrupsiya məsələsi müstəqil şəxslərə və ölkələrə zərər vurmaq üçün siyasi silaha çevrilib".

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin deputatı Elşad Həsənov Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında deyib.

 

O, sessiya iştirakçılarını qərəzsiz fəaliyyət göstərməyə, hər hansı iddialara deyil, konkret faktlara üstünlük verməyə çağırıb.

 

Parlament Assambeleyasında  korrupsiya məlumatlarını araşdırma üzrə müstəqil orqanın qərəzli məruzəsini şərh edən E.Həsənov məruzənin şayiələrə əsaslandığı qənaətinə gəldiyini bildirib:

 

"Hesab edirəm ki, belə sənədlər aydın və dəqiq faktlara əsaslanmalıdır. Mən "orqan yoluna qoya bilməz", "hədiyyə sistematik xarakter daşıyır", "bir çox ölkələr üçün xarakterik", "ola bilsin ki", "ehtimal ki" kimi ifadələr eşidirəm. Sual yaranır: ölkəni belə qeyri-dəqiq və qeyri-müəyyən ifadələrlə necə günahlandırmaq olar? Konkret faktlar olmadan kimisə necə ittiham edə bilərik?".

 

O qeyd edib ki, araşdırmanın müəllifləri öz iddialarına hər hansı sənədlərə əsaslanmış təsdiq ala bilmədiklərini deyirlər:

 

"Məruzədə mütəşəkkil cinayətkarlıq və korrupsiya adlı qondarma layihədən bəhs olunur. Bu layihə çərçivəsində yayılmış informasiyanı əsassız və qeyri-obyektiv hesab edirəm. Anti-Azərbaycan qruplar bu yalan informasiya ilə Azərbaycanın imicini və ölkəmizlə dostluq münasibətlərini saxlayan siyasətçiləri, ictimai xadimləri və jurnalistləri ləkələməyə cəhd edirlər".

 

Deputat bir daha təsdiq edib ki, söhbət ölkənin nüfuzuna və onu dəstəkləyənlərə zərbə vurmağa istiqamətlənmiş açıq-aşkar anti-Azərbaycan kampaniyasından gedir: "Azad sözdən sui-istifadə edən bir sıra şəxslər və qruplar bizə qarşı biabırçı kampaniya təşkil ediblər".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir