Modern.az

Britaniya Azərbaycana ən çox investisiya qoyan ölkədir

Britaniya Azərbaycana ən çox investisiya qoyan ölkədir

26 Aprel 2018, 16:49

"Böyük Britaniya Azərbaycana ən çox investisiya qoyan ölkədir”.

Modern.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin energetika, ticarət və investisiya departamentinin rəhbəri Steven Smit deyib.

O bildirib ki, Böyük Britaniya ilə Azərbaycan arasında neft-qaz sahəsində bir çox əməkdaşlıq mövcuddur.

“2015-ci ilin oktyabr ayından bu günə qədər iki ölkə arasında mövcud olan neft-qaz sahəsindəki əməkdaşlıq proqramları Britaniya şirkətlərinin 1,8 milyard funt sterlinq dəyərində layihə əldə etmək imkanı verib.

 Biz Azərbaycanla neft-qaz sahəsi ilə yanaşı kənd təsərrüfatı, moda sahəsi və digər sahələrdə də əməkdaşlıq etməyin tərəfdarıyıq”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?