Modern.az

Dünyada heyvanlar üçün ucaldılan qeyri-adi ABİDƏLƏR

Dünyada heyvanlar üçün ucaldılan qeyri-adi ABİDƏLƏR

26 Aprel 2018, 16:51

Heykəllər tarxini simaların və hadisələrin ədəbiləşdirilməsi üçün ucaldılır.

 

Dünyada vəfalı heyvanların, ölkənin sevimlisinə çevrilən yaxud tarixi hadisə ilə bağlı ədəbiləşdirilən heyvan heykəllərinə də rast gəlmək mümkündür.

 

Keçmiş Bakı meri Hacıbala Abutalıbov hələ Suraxanı rayonunun icra hakimi olan zaman rayonun Hövsan qəsəbəsininin girişində maral, Yeni Günəşli qəsəbəsində isə qartal və şir abidələri ucaltmışdı.

 

Modern.az dünyanın müxtəlif ölkələrində ucaldılan heyvan heykəllərini təqdim edir.

 

 

Pişik, Barselona, İspaniya

Əfsanələrə görə, bu pişik Barselonanı siçanlardan azad olmağa yardım etmiş pişiklərin ümimiləşdirilmiş obrazıdır.

 

Xatiko, Tokio, Yaponiya

Bir sıra filmlərin qəhrəmanına çevrilən Hatiko 1934-cü ildə Tokionun Sibuya stansiyasının önündə hər gün öz sahibi – professor Hidesaburo Uenonu 8 il gözləyən itin şərəfinə adlandırılıb.

 

At, London, Böyük Britaniya

Londonun məşhur Hayd parkı ilə yanaşı, müharibədə həlak olmuş atlara həsr olunan heykəl ucaldılıb.

 

Ördəklər, Boston ABŞ

Bostonun Çarlz-River küçəsində yerləşnə bu kompozisiya ABŞ-da populyar “Ördəklərə yol verin” uşaq mahnısının motivləri əsasında yaradılıb.

 

Donuz, Romnı, Ukrayna

Rəvayətə görə, XIII əsrin 40-cı illərində Monqol qoşunlarının hücumuna məruz qalan Romnıda yeməyə ərzaq tapılmır. Monqollar donuz ətini yeməkdən imtina etdiyi üçün yerli sakinlər şəhərdəki donuzları yeyərək sağ qalırlar və buna minnətdarlıq əlaməti olaraq həmin heykəli yerləşdirilir.   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür