Modern.az

Ölüm düşərgəsinin gözətçisi məhkəmə qarşısına çıxarılıb

Ölüm düşərgəsinin gözətçisi məhkəmə qarşısına çıxarılıb

30 Noyabr 2009, 16:18

Hitler faşizminin “Sobibor” ölüm düşərgəsində gözətçisi olmaqda şübhəli bilinən 89 yaşlı Con Demyanyuk noyabrın 30-dan etibarən Almaniyanın Münhen şıhırində məhkəmə qarşısına çıxarılır. Onu İkinci Dünya Müharibəsi zamanı  Polşadakı “Sobibor” ölüm düşərgəsində 27 mindən çox yəhudinin qətlinə yardım göstərməkdə ittiham edirlər.

89 yaşlı C.Demyançuk bu ilin əvvəlində Amerikadan Almaniyaya deportasiya edilib. C.Demyançukun özü Polşa ərazisində yerləşən düşərgədə qarovulçu işləməsini inkar edir.

Məhkəmənin gələn ilin mayınadək davam edəcəyi gözlənilir. Təqsiri sübuta yetirilsə, Demyançuka 15 illik həbs cəzası kəsilə bilər.

Məhkəmənin ilk iclası, ona baxmağa gələnlərin sayı çox olduğundan gecikdirilib.

Məhkəməyə çağırılmış şahidlərdən başqa, bura böyük sayda jurnalist və Holokost qurbanlarının qohumları gəliblər.

Lakin ittiham tərəfində Demyançukun günahını sübut etmək asan olmayacaq. Beləki, hətta prokurorlar onun aşağı vəzifəli keşikçi olduğunu deyirlər.

Həm də, ona qarşı şəxsən ifadə verən və düşərgədən sağ çıxan şahid yoxdur. İttihamnamə birləşdirilmiş şikayət ərizələrinə və bilvasitə dəlillərə əsaslanır.

C.Demyançukun səhhətində də böyük problemlər var.

Demyançuk ABŞ-da yaşayarkən, avtomobil zavodunda işləyib. O, nasist ölüm düşərgəsinin işinə kömək etməkdə ittiham olunur. İttiham tərəfi iddia edir ki, düşərgədə keşikçi işləyən Demyançuk minlərlə yəhudi kişi, qadın və uşağı qaz kameralarına doğru itələyib.

Ukraynada doğulmuş Demyançuk, Sovet əsgəri kimi nasistlər tərəfindən əsir götürülüb. Sonradan onun faşistlər tərəfindən “Sobibor”a gözətçi təyin olunduğu bildirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir