Modern.az

Böyük Britaniya səfirliyi Formula 1 ərəfəsində Bakıda tədbirlər keçirəcək

Böyük Britaniya səfirliyi Formula 1 ərəfəsində Bakıda tədbirlər keçirəcək

Aktual

26 Aprel 2018, 17:48

"Böyük Britaniya Formula 1" yarışlarının Azərbaycanda keçirilməsinə böyük diqqət ayırır”.

 

Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin Energetika, ticarət və investisiya şöbəsinin rəhbəri Stiven Smit deyib:

"Bu yarışlara Böyük Britaniyada olan marağı nəzərə alaraq səfirlik "Formula 1"in Bakıda keçirildiyi müddətdə ilk dəfə təbliğat tədbirləri həyata keçirəcək. Formula 1 çərçivəsində bir sıra tədbirlər, o cümlədən moda nümayişləri keçirəcəyik. Belə tədbirlər ölkələrimizin imicinin artmasına səbəb olacaq”.

 

O qeyd edib ki,  aprelin 27-də keçiriləcək "Fashion Show"da 3 Azərbaycan və 3 Böyük Britaniya brendi nümayiş ediləcək. Aprelin 30-da isə ikinci moda nümayişi olacaq.

Xatırladaq ki, Azərbaycan Qran Prisi 27-29 aprel tarixlərində keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər