Modern.az

“Qaçqınkom”un sədri Dünya Bankının nümayəndələrini qəbul edib

“Qaçqınkom”un sədri Dünya Bankının nümayəndələrini qəbul edib

26 Aprel 2018, 18:34

     Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev aprelin 26-da Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvi ilə görüşmüşdür.

      Navid Hasan Naqvi Rövşən Rzayevi yeni təyinatı münasibəti ilə təbrik etdi və ona gələcək işlərində uğurlar arzuladı.

Komitə sədri Rövşən Rzayev təbrikə görə təşəkkür etdi və Azərbaycan Hökuməti ilə Dünya Bankı arasındakı əməkdaşlığı yüksək qiymətləndirdi.

 

Görüşdə Navid Hasan Naqvi məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrin hazırki vəziyyəti ilə bağlı ətraflı məlumat verdi.

 

Rövşən Rzayev bildirdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələr qarşılıqlı əməkdaşlıq şəraitində uğurla davam etdirilib. İstər məcburi köçkünlərin məskunlaşma obyektlərində, istərsə də onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr ölkəmiz üçün mühüm önəm kəsb edir.

 

Komitə sədri məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrin bundan sonar da  uğurla icra olunacağına əminliyini ifadə edib.

Qəbula görə minnətdarlığını bildirən Navid Hasan Naqvi ölkəmizdə həyata keçirilən layihələrə dəstək verdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

 

 

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi