Modern.az

"Beşiktaş" yarım qalan oyuna çıxmaqdan İMTİNA ETDİ

"Beşiktaş" yarım qalan oyuna çıxmaqdan İMTİNA ETDİ

26 Aprel 2018, 22:29

 

“Başiktaş” Türkiyə Kubokunun yarımfinal mərhələsində “Fənərbaxça” ilə yarımçıq qalan oyuna çıxmayacaq. Apasport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytından açıqlama verilib.

 Ötən gün Türkiyə Futbol Federasiyası tərəfindən verilən qərarda azarkeşlərin səbəb olduqları hadisələrdən sonra 57-ci dəqiqədə baş hakim tərəfindən yarımçıq dayandırılan derbi qaldığı yerdən davam etdirilməli idi. Amma “qara qartallar” bu qərara etiraz edərək, mayın 3-də keçirilməsi planlaşdırılan görüşə çıxmayacağını elan edib.

 Qeyd edək ki, klubdan verilən açıqlamada bunu masabaşı oyunlara alət olmamaq üçün etdikləri bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir