Modern.az

Eks-nazirlərin səfir getmək ARZUSU - Bu, mümkün sayıldı...  

Eks-nazirlərin səfir getmək ARZUSU - Bu, mümkün sayıldı...  

Ölkə

27 Aprel 2018, 14:57

Prezident İlham Əliyev aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib və  mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib. Nazirlər Kabinetinin tərkibində dəyişiklik olub.

Yeni hökumətdə bəzi köhnə nazirlər təmsil olunmayıb.

Baş nazir Artur Rasizadə, baş nazirinin müavinləri Abid Şərifov, Elçin Əfəndiyev İsmət Abbasov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, kənd təsərrüfatı naziri Heydər Əsədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, ekologoya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev hökumətin tərkibindən uzaqlaşdırılıblar.


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə ləğv edildiyindən bu qurumun sədri Ramiz Həsənov da kənarda qalıb.

Bundan əvvəl də Azərbaycanda yüksək vəzifədən kənarlaşdırılan xeyli nazirlər və komitə sədrləri olub. Bir zamanlar vəzifədən uzaqlaşdırılan nazirlər xarici ölkələrə səfir kimi göndərilirdi və  ya digər sahələrdə müxtəlif postlara təyin olunurdu. Amma son zamanlar nazir postundan gedənlərlə bağlı belə təyinatlar gerçəkləşmir.

Qeyd edək ki, Artur Rasizadə, Abid Şərifov, Elçin Əfəndiyev, İsmət Abbasovun təqaüd yaşı çoxdan keçdiyindən onların yenidən hansısa posta təyin olunmayacağı yəqindir.

Maraqlıdır, yeni hökumətdə təmsil olunmayan hansısa digər eks-nazirə səfir postu verilə bilərmi?

Nəzərə alsaq ki, eks-məmurlardan Nazim İbrahimov və Ramiz Həsənov əvvəllər səfir işləyiblər, onda sabiqlərdən kiminsə diplomatik xidmətə göndərilə bilcəcəyini ehtimal etmək olar.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Modern.az-a açıqlamasında bu məsələdən danışıb.

Deputat da Azərbaycanda keçmiş nazirlərin səfir kimi göndərilməsi təcrübəsinin olduğunu deyib.

“Müəyyən kadr dəyişiklikləri, ratifikasiyalar ölkə prezidentinin kadr siyasətində bu və ya digər şəkildə ifadə olunub. Belə addımın bundan sonra da atılıb-atılmayacağı ölkə başçısının səlahiyyətlərinə daxildir. Ölkə başçısı hansısa naziri səfri kimi göndərməyi yəqin etsə, bu addımı atacaq. Bu barədə qərarı ancaq ölkə başçısı verə bilər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar