Modern.az

Sabir Rüstəmxanlıdan ETİRAZ: “Hər universitet bir rektorun şəxsi malikanəsi ola bilməz”  

Sabir Rüstəmxanlıdan ETİRAZ: “Hər universitet bir rektorun şəxsi malikanəsi ola bilməz”   

28 Aprel 2018, 10:01

Türkiyə universitetlərində keçirdiyi görüşlərdən danışan Xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlı gileylənib.

Modern.az-ın məlumatına görə, şair  Azərbaycanda belə görüşlər reallaşdıra bilməməsindən təəssüfləndiyini vurğulayıb:

“Türkiyənin Ərzurum, Qars, Van, Elazıq, Malatya, Giresun, Trabzon, Tokat, Samsun, Kayseri, Adana, Qaziantep, İzmir, Kütahye, Sparta, Mersin, Muğla, Kocaeli, Mahnı şəhərlərindəki  universitetlərində və nəhayət Ankara və İstanbulun hər birinin 4-5 universitetində böyük salonlarda görüşlərim olub...
Azərbaycanda isə son 25 ildə universitetlərin tək birində, fakültə səviyyəsində belə, görüşüm olmayıb. Buna cəhd göstərilsə də, izn verilməyib. Buna nə ad vermək olar? Bundan uduzan kimdir? Hər universitet bir rektorun şəxsi malikanəsi ola bilməz. Mənə müraciət edən tələbələrə bu durumu izah edə bilmirəm...”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi