16 noyabr 2018, Cümə
Ana Səhifə - REPORTAJ - Bir şəklin tarixçəsi: Yenə o bağ olaydı… - Eks nazir: “Xeyir işlərdə həmişə deyirəm ki, sağlıq demək məndən, oynamaq səndən” - MARAQLI
Bir şəklin tarixçəsi: Yenə o bağ olaydı… - Eks nazir: “Xeyir işlərdə həmişə deyirəm ki, sağlıq demək məndən, oynamaq səndən” - MARAQLI
28.04.2018, 11:42

Modern.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında növbəti fotoşəkli təqdim edir.

Zaman 2017-ci il… Məkan Milli Məclis… Azərbaycan parlamentində Nazirlər Kabinetinin illik hesabatı verilir. Hesabatın müzakirəsinə nazirlər də gəlib…

Ön sırada əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla kənd təsərrüfatı naziri Heydər Əsədov yanaşı əyləşib… Nə haqda danışırlar, deyə bilmərik. Amma onları birləşdirən şox şey vardı…

Fotoşəklə baxanda mərhum şair Mikayıl Müşfiqin məşhur “Yenə o bağ olaydı” şeiri yada düşür…

Yəqin bir ildən sonar qurulacaq təzə hökumətin tərkibində yer almayacaqlarını ağıllarının ucundan belə keçirmirdilər… Amma sən saydığını say, gör fələk nə sayır…  

Onları birləşdirən xeyli oxşar cəhərlər vardı… Hər ikisi vaxtilə keçmiş Xalq Təsərrüfatı İnstitutunda, sonra indiki İqtisad Universitetində müəllim işləyib… İkisi də eyni vaxtda bu institutda dərs deyiblər…

Hər ikisi nazir postuna 2013-cü ildə yeni hökumət quruland gətirilmişdilər. İkisi də eyni vaxtda – 2018-də yola salındı…

“Bir şəklin tarixçəsi” rubrikasında budəfəki təqdim bir qədər fərqli üslubda alındı. Yəqin ki, yazının ardı oxucularımız üçün də maraqlı olacaq...

Gələcəyin nazirlərinin ilk görüşü...

 

Səlim Müslümovla ilk tanışlığı universitet illərinə təsadüf edən sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov Modern.az-a keçmiş həmkarı ilə bağlı xatirələrini danışıb:

“Səlim müəllimlə ilk tanışlığımız 1987-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etdiyim vaxta təsadüf edir. Səlim müəllim aspirant qrupunun rəhbəri idi. O, həmin ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdı. Deməli, universitetin dəhlizində dayanmışdım, gördüm bir nəfər mənə yaxınlaşdı. Salamlaşdıq. Dedi ki, “mənə verilən məlumata görə, bir azərbaycanlı bizim kafedraya iş verib. O şəxs təsadüfən siz deyilsiniz?”. Dedim ki, mənəm. Universitetdəki proseslər barədə xeyli söhbət elədik. Eyni zamanda, Səlim mənə kömək təklif etdi. Dedim “mən dissertasiyamı özüm yazmışam, narahat olmayın, heç bir problemim yoxdur”. Beləcə, Səlim müəllimlə ilk tanışlığımız başladı”.

 

Növbəti görüş yeri - Maliyyə Nazirliyi

 

Daha sonra gələcəyin nazirləri Heydər Əsədovun dissertasiyasının ilkin müzakirəsi və müdafiəsi zamanı da qarşılaşıblar:


“Səlim Müslümov məndən 2 yaş kiçikdir. Mən dissertasiyamı bir il tez müdafiə edib qayıtdım. Əlaqələrimiz davam etdi. İndiki İqtisad Universitetində müəllim işləyirdim. Səlim müəllim də qayıtdıqdan sonra mənimlə eyni fakültədə çalışmağa başladı. İkimiz də müəllim idik. Mən 1995-ci ildə Prezidentin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edildikdən sonra Səlim Müslümovu da nazirliyə dəvət etdim. Mən Səlim müəllimi professional mütəxəssis kimi tanıyıram. Səlim müəllim işinin bilicisidir. O, iqtisadiyyatın istənilən sahəsində üç ay sonra professionala çevrilir. Çünki baza təhsili, riyazi bilikləri çox yüksəkdir. Hətta özünün mənə nəql etdiyinə görə, Səlim müəllim məktəb yaşlarında respublika olimpiadalarında çempion olub. Mənim anlamımda Səlim müəllim hansı vəzifəyə təyin olunmasından asılı olmayaraq, üç ay sonra həmin sahənin peşəkarına çevrilir. Səlim müəllim Maliyyə Nazirliyində vergi nəzarət sistemində çalışırdı, oradan Sosial Müdafiə Fonduna, daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təyinat aldı. Bütün təyinatlarında da professionallığını qoruyur”.

 


Ailələrin dostluğu...

 

Onlar həm də ailəvi dostluq münasibətlərindədirlər:

“Biz həm də Səlim Müslümovla ailəvi dostuq, çox yaxınıq. Onun üç övladı-iki oğlu, bir qızı var. Oğlanları Avropa təhsillidir, qızı hələ orta məktəbdə oxuyur. Səlim müəllim gözəl ailə başçısıdır. Övladlarını adət-ənənələrimizə, milli ruhumuza uyğun tərbiyə edib. Bizim ailələrimiz arasında da çox ciddi yaxınlıq münasibətləri var. Mən həm işinin professionalı, həm də gözəl dost olması baxımından Səlim müəllimə çox böyük hörmət bəsləyirəm. Bunu Səlim Müslümovun şəninə deyilən tərif kimi qəbul etməyin. Bunlar ürəyimdən gələn sözlərdir. Mən onun qohum-əqrəbalar üçün çox sadə, səmimi, qayğıkeş, problemlərinə öz problemi kimi baxan bir insan kimi xarakterizə edərdim. Biz xeyir işlərə gedəndə, həmişə deyirəm Səlim, sağlıq demək məndən, oynamaq səndən. Ümumiyyətlə, Səlim ev üçün gözəl ailə başçısı, qohum-əqrəba üçün gözəl qohum, dost üçün etibarlıdır, hamıyla dil tapmağı bacaran, işinə professional yanaşan, ailəsini klassik ruhda tərbiyə edən bir adamdır”.

“Bir şəklin tarixçəsi” rubrikasının budəfəki təqdimatında Səlim Müslümovun da fikirləri maraqlı olardı... Amma sabiq nazirlə əlaqə yaratmaq, danışmaq cəhdlərimiz alınmadı...

Prezident İlham Əliyev 2018-ci il aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib və  mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib. Nazirlər Kabinetinin tərkibində dəyişiklik olub.

Yeni hökumətdə bəzi köhnə nazirlər təmsil olunmayıb. Yeni hökumətdə yer almayanlar arasında əmək və əhalinin sosial müdafiəsi naziri postundan uzaqlaşdırılan Səlim Müslümovla kənd təsərrüfatı naziri vəzifəsindən çıxarılan Heydər Əsədov da oldu...


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
7 BMT sülhməramlısı öldürüldü
16.11.2018, 00:46

7 BMT sülhməramlısı öldürüldü

Nazir Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin detallarını açıqlayıb
16.11.2018, 00:28

Nazir Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin detallarını açıqlayıb

Səfir Meksika şəhəri ilə Bərdənin qardaşlaşmasını təklif edir
16.11.2018, 00:09

Səfir Meksika şəhəri ilə Bərdənin qardaşlaşmasını təklif edir

Öldürülən Rusiya səfirinin istintaqı tamamlandı
15.11.2018, 23:56

Öldürülən Rusiya səfirinin istintaqı tamamlandı

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
15.11.2018, 23:38

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Sabahdan avtomobillərdə pərdə və jalüzlər qadağan olunacaq
15.11.2018, 23:24

Sabahdan avtomobillərdə pərdə və jalüzlər qadağan olunacaq

“Nağdsız ödəniş edənlərə vergi güzəştləri nəzərdə tutulur”- Mikayıl Cabbarov
15.11.2018, 23:10

“Nağdsız ödəniş edənlərə vergi güzəştləri nəzərdə tutulur”- Mikayıl Cabbarov

Maştağada qəbirqazan “iş başında” öldü
15.11.2018, 22:58

Maştağada qəbirqazan “iş başında” öldü

Trampdan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün göstəriş
15.11.2018, 22:41

Trampdan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün göstəriş

Azərbaycan komandası məğlub oldu
15.11.2018, 22:27

Azərbaycan komandası məğlub oldu

Sumqayıtda yaşlı kişi intihar edib
15.11.2018, 22:16

Sumqayıtda yaşlı kişi intihar edib

Azərbaycana iş üçün gələn Türkiyə vətəndaşlarının sayı xeyli azalıb
15.11.2018, 22:07

Azərbaycana iş üçün gələn Türkiyə vətəndaşlarının sayı xeyli azalıb

OPEC-in yeni prezidentinin adı açıqlandı
15.11.2018, 21:54

OPEC-in yeni prezidentinin adı açıqlandı

Agentlik Bakıdakı dəhşətli tıxaca görə bu qurumları GÜNAHKAR sayır
15.11.2018, 21:42

Agentlik Bakıdakı dəhşətli tıxaca görə bu qurumları GÜNAHKAR sayır

Yunanıstanda Gürcüstan vətəndaşına 290 il həbs cəzası verildi
15.11.2018, 21:30

Yunanıstanda Gürcüstan vətəndaşına 290 il həbs cəzası verildi

Əhali 10 ayda dərmana təqribən 400 milyon manat xərcləyib
15.11.2018, 21:16

Əhali 10 ayda dərmana təqribən 400 milyon manat xərcləyib

Qaşıqçı cinayətinə görə 17 nəfərə sanksiya tətbiq edildi
15.11.2018, 21:03

Qaşıqçı cinayətinə görə 17 nəfərə sanksiya tətbiq edildi

Avtobus qəzasında xeyli insan yaralandı
15.11.2018, 20:48

Avtobus qəzasında xeyli insan yaralandı

Baş nazir istefaya göndərilir
15.11.2018, 20:37

Baş nazir istefaya göndərilir

“Instagram” Prezidentin səhifəsini yenidən bağladı
15.11.2018, 20:28

“Instagram” Prezidentin səhifəsini yenidən bağladı

Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi ilə bağlı Dövlət Proqramı təsdiqlənib
15.11.2018, 20:15

Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi ilə bağlı Dövlət Proqramı təsdiqlənib

Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir - FOTO
15.11.2018, 20:03

Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir - FOTO

Bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir
15.11.2018, 19:39

Bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir

Universitetdə “Aprel şəhidləri”nin xatirəsi yad olundu - FOTO+VİDEO
15.11.2018, 19:35

Universitetdə “Aprel şəhidləri”nin xatirəsi yad olundu - FOTO+VİDEO

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib
15.11.2018, 19:02

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Sabah Lənkəranda su kəsiləcək
15.11.2018, 18:54

Sabah Lənkəranda su kəsiləcək

Qarabağ İcması Bako Saakyanın Fransaya qanunsuz səfərini pisləyib
15.11.2018, 18:38

Qarabağ İcması Bako Saakyanın Fransaya qanunsuz səfərini pisləyib

UNEC-də Türkiyə Universitetləri ilə əməkdaşlığa həsr olunan konfrans - FOTO
15.11.2018, 18:24

UNEC-də Türkiyə Universitetləri ilə əməkdaşlığa həsr olunan konfrans - FOTO

Peruda məhbuslar qiyam etdi - 4 nəfər girov götürülüb
15.11.2018, 18:19

Peruda məhbuslar qiyam etdi - 4 nəfər girov götürülüb

İlham Əliyev Əvəz Qocayevə fəxri ad verdi
15.11.2018, 17:49

İlham Əliyev Əvəz Qocayevə fəxri ad verdi

Nəsiminin 650 illik yubileyi qeyd ediləcək
15.11.2018, 17:44

Nəsiminin 650 illik yubileyi qeyd ediləcək

Eldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdi
15.11.2018, 17:34

Eldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdi

Şükür Astanova Prezidentin fərdi təqaüdü verilib
15.11.2018, 17:28

Şükür Astanova Prezidentin fərdi təqaüdü verilib

İlham Əliyev onları təltif etdi - SİYAHI
15.11.2018, 17:27

İlham Əliyev onları təltif etdi - SİYAHI

Azərbaycan Hotel Assosiasiyasının I Baş Assambleyası keçiriləcək
15.11.2018, 17:27

Azərbaycan Hotel Assosiasiyasının I Baş Assambleyası keçiriləcək

Dövlət başçısı yol tikintisinə 6,6 milyon ayırdı
15.11.2018, 17:24

Dövlət başçısı yol tikintisinə 6,6 milyon ayırdı

Prezident Əli Həsənova yeni vəzifə tapşırdı
15.11.2018, 17:21

Prezident Əli Həsənova yeni vəzifə tapşırdı

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
15.11.2018, 17:10

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Diplomatlar üçün ixtisasartırma kursları təşkil olundu
15.11.2018, 17:04

Diplomatlar üçün ixtisasartırma kursları təşkil olundu

Daha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRAR
15.11.2018, 16:52

Daha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRAR

Amerika Ordusunun azərbaycanlı polkovnikinə atası Əskər həkim nə demişdi?
15.11.2018, 16:34

Amerika Ordusunun azərbaycanlı polkovnikinə atası Əskər həkim nə demişdi?

Biləsuvarda qanunsuz ov edən 3 nəfər saxlanıldı
15.11.2018, 16:26

Biləsuvarda qanunsuz ov edən 3 nəfər saxlanıldı

QHT Şurası 2019-cu il üçün 1-ci qrant müsabiqəsi elan etdi - ŞƏRTLƏR   
15.11.2018, 16:25

QHT Şurası 2019-cu il üçün 1-ci qrant müsabiqəsi elan etdi - ŞƏRTLƏR  

Abel Məhərrəmov rektor vəzifəsindən AZAD EDİLDİ
15.11.2018, 16:02

Abel Məhərrəmov rektor vəzifəsindən AZAD EDİLDİ

Bakı kəndlərindən gələn avtobusların dayanacaq yeri dəyişdirilir - FOTO
15.11.2018, 15:59

Bakı kəndlərindən gələn avtobusların dayanacaq yeri dəyişdirilir - FOTO

Neftin ölkənin ümumi ixracındakı payı artıb
15.11.2018, 15:50

Neftin ölkənin ümumi ixracındakı payı artıb

Bakıda sərnişin avtobusu yandı
15.11.2018, 15:50

Bakıda sərnişin avtobusu yandı

Birgə Komissiyanın gələn il üzrə iş planı təsdiqləndi
15.11.2018, 15:39

Birgə Komissiyanın gələn il üzrə iş planı təsdiqləndi

Əli Həsənovun köməkçisi açıqlama verdi: “Yalandır”
15.11.2018, 15:38

Əli Həsənovun köməkçisi açıqlama verdi: “Yalandır”

Azərbaycana düz bağırsağında narkotik keçirmək istədi
15.11.2018, 15:22

Azərbaycana düz bağırsağında narkotik keçirmək istədi

ARXİV