Modern.az

281 nömrəli məktəbin direktoru və iki müəllimi işdən çıxarıldı - SƏBƏBFOTO

281 nömrəli məktəbin direktoru və iki müəllimi işdən çıxarıldı - SƏBƏB - FOTO

Təhsil

28 Aprel 2018, 15:24

Bakıdakı 281 nömrəli tam orta məktəblə bağlı aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin 3 nəfər pedaqoji işçisi tutduqları vəzifədən azad edilib. Onlardan biri direktordur.

Bu barədə Modern.az-a Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtdakı 281 nömrəli tam orta məktəblə bağlı aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin 2 nəfər pedaqoji işçisi "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini pozduğuna, məktəbin direktoru pedaqoji kollektivə rəhbərlik və nəzarət işində yol verdiyi nöqsanlara və ümumilikdə, vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə, mövcud qanunvericiliyə uyğun olaraq tutduqları vəzifədən azad olunublar.

İdarədən həmçinin bildirilib ki, bəzən təhsil müəssisələrində olmayan hadisələr barədə ajiotaj yaratmaq cəhdləri təbii ki, ikrahla qarşılanır.

“Bu hal da göstərir ki, nöqsan olan yerdə qəti tədbir görülür. Yəni təhsili idarəetmə qurumları nöqsanı gizlətmir. Əksinə nöqsanların aradan qaldırılmasında ən çox maraqlı tərəf təhsili idarəetmə orqanlarıdır”.

Qeyd edək ki, Hövsan qəsəbəsində yerləşən Vaqif Mirzəliyev adına 281 nömrəli orta məktəbin işdən çıxarılan direktoru Gülşən Əliyevadır.

Modern.az-ın əldə etdiyi məlumata görə, işdən çıxarılmalara səbəb məktəbin iki müəlliminin bir-birlilə yola getməmələri, aralarında insidentin baş verməsidir. Bir -birinə qarşı əxlaqsız davranışlara yol verdiyi deyilən həmin iki qadın müəllimlə bağlı şikayətləri Bakı Baş Polis İdarəsi araşdırıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi