Modern.az

Siyasətin “DÜŞMƏN QARDAŞLARI” - Əlizadələr, Məmmədovlar, İbrahimovlar...

Siyasətin “DÜŞMƏN QARDAŞLARI” - Əlizadələr, Məmmədovlar, İbrahimovlar...

Ölkə

29 Aprel 2018, 12:18

Siyasi gərginliyin, vəzifə tutmağın yaratdığı mühit bəzən eyni ata-ananın övladları arasında fərqli yanaşma ortaya çıxarır. 

Mühafizəkar cəmiyyət hesab olunan Azərbaycanda belə hallar az deyil. Yəni siyasətin “Karamazov qardaşları” Azərbaycanda da yox deyildir.

Modern.az saytı Azərbaycan siyasətində “mehriban düşmən” sayılan qardaşlarla bağlı araşdırma aparıb.


Əlizadə qardaşlarının düşmənçiliyi


Öncəliklə vurğulayaq ki, Azərbaycan toplumu konservativdir. Bu mənada hər hansı qardaş arasında olan fikir ayrılığını, konfliktləri ictimai müzakirəyə çıxarmaqla yersiz qalmaqal yaratmaq niyyətində deyilik. Ancaq həmin “Karamazov qardaşları” öz mövqelərini açıq şəkildə mətbuat səhifələrində  bir-birlərini ittiham etməklə sərgiləyirsə, araşdırmamızın predmeti olduğundan biz də həmin səhifələri vərəqləyə bilərik. 


Azərbaycan siyasi səhnəsində sosial-demokrat qardaşlar arasında yaşanan qalmaqal vaxtaşırı olaraq gündəmə gəlib. Söhbət deputat, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə ilə onun qardaşı və vaxtilə partiya silahdaşı olmuş politoloq Zərdüşt Əlizadədən gedir. Onlar arasındakı nifaq elə zaman-zaman qardaşların öz dili ilə KİV-lərdə səsləndirilir. İki doğma qardaş arasındakı söz-söhbət partiya idarəetməsi ilə bağlı hüquq müdafiəçisi Arzu Abdullayevanın hələ ASDP təmsilçisi olduğu vaxtlarda başlanıb. Belə ki, partiyanın toplantısında Araz Əlizadəyə qarşı çıxan xanım siyasətçini Zərdüşt Əlizadə müdafiə edir və bununla da qardaşlar arasında mübahisə yaşanır. Mübahisə dərinləşir və ardınca partiyadan kütləvi istefalara start verilir. Z.Əlizadə və A.Abdullayeva partiya sıralarını tərk edir. İki qardaş arasından necə deyərlər, qara pişiyin keçməsi ilə onlar arasında sanki əbədi küsülülük başlayır. İki qardaşın bir mübahisəsindən doğan küskünlük bu günə qədər davam edir. Bu inciklik fonunda isə qardaşlar vaxtaşırı bir-birinin ünvanına saytlar, qəzetlər vasitəsilə sətiraltı mesajlar ötürür, qarşılıqlı ittihamlarla çıxış edirdilər.

Qardaşların gələcəkdə bir siyasi çətir altında fəaliyyət göstərərək barışmasını bundan sonra proqnozlaşdırmaq da çətindir. Dediyimiz kimi, Əlizadə qardaşları öz aralarında barışmamaq haqqında “əbədi müqavilə” imzalayıblar. Təfərrüatlara varmaqla yazını uzatmadan digər qardaşlara keçək...

Məmmədov qardaşları dramı


Aralarından “qara pişik” keçən qardaşlar siyahısına ADP sədri Sərdar Cəlaloğlu və tanınmış hüquqşünas Qurban Məmmədov da daxildir. 
2011-ci ildə ADP sədri Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədovun Vətəndaş Hərəkatı Forumunun nümayəndəsi olaraq müxalif partiya liderlərini bir araya gətirmək təşəbbüsünü pisləyən bir bəyanat vermişdi. O, qardaşının dialoq cəhdini tənqid etməklə, onun bu təşəbbüsünü  qeyri-ciddi addım sayırdı.
S.Cəlaloğlu bir müddət öncə Modern.az-a verdiyi açıqlamada demişdi: “Mən Qurbanla bir neçə ildir danışmıram. Bunun siyasətə heç bir aiddiyyəti yoxdur. O səbəbdən ki, bizim dünyagörüşlərimiz arasında kəskin fərq var. Əgər kiminləsə, dünyagörüş ortağısansa, demək həmin adam sənin qardaşındır. Mənim yanaşmam belədir. Hesab edirəm ki, məhz hadisələrə baxışın, dünyagörüşün fərqli olması siyasətdə qardaşları rəqibə çevirir”-deyə S.Cəlaloğlu qeyd edib. 

 

Jurnalist Qənimət Zahidlə qardaşı Mirzə Sakit küsülüdürlər. 


Və nəhayət İbrahimov qardaşları...
 


Son illər mətbuat Diasporla iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovla onun qardaşı - "Avesta” konsernin prezidenti Hacı İbrahim İbrahimov (Nehrəmli) arasındakı münasibətlərə də yer ayırır.

 Qardaşlar arasında münasbətlərin isti olmadığı artıq heç kimə sirr deyil.

Bunu Hacı İbrahim Nehrəmli Modern.az-a açıqlamasında bir daha nümayiş etdirib: 

O, Diasporla iş üzrə Dövlət Komitəsinin sədri postundan çıxarılan qardaşı Nazim İbrahimovla bundan sonra birgə fəaliyyət göstərə bilməsinin mümkün olub-olmadığı barədə suala sərt reaksiya verib:

“Xahiş edirəm, adını çəkdiyiniz şəxs barəsində mənə sual verməyin. Məndən özümə aid nə istəyirsiz soruşun, onun haqqında isə heç nə”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!