Modern.az

Azərbaycanda bir ildə vəfat edən İkinci Dünya müharibəsi əlili və iştirakçılarının SAYI  

Azərbaycanda bir ildə vəfat edən İkinci Dünya müharibəsi əlili və iştirakçılarının SAYI   

Mədəni̇yyət

29 Aprel 2018, 14:52

9 May-faşist Almaniyası üzərində qələbə günüdür.

 

Böyük Vətən Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlara görə 128 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

 

Hazırda Azərbaycanda 563 nəfər İkinci Dünya müharibəsi əlili və iştirakçısı var.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsindən (ƏƏSMN) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Xatırladaq ki, ötən il müharibə iştirakçılarından 431 nəfəri müharibə əlili, 332 nəfəri isə müharibə iştirakçısı kimi Prezidentin aylıq təqaüdü ilə təmin olunub. Ötən il ümumilikdə 763 nəfər təqüdlə təmin edilib ki, bu da builki rəqəmlərlə müqayisədə 200 nəfər çox olub. Rəqəmlərin müqayisəsi zamanı 200 nəfər İkinci Dünya müharibəsi əlili və iştirakçısının vəfat etdiyi bəlli olur.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev İkinci Dünya müharibəsi iştirakçılarına və digər müvafiq şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə bu ilin aprelin 20-də sərəncam imzalayıb. Sərəncam ümumilikdə 11 193 nəfər şəxsə şamil olunacaq.

Onlardan 563 nəfəri İkinci Dünya müharibəsi əlilləri və iştirakçılarıdır.  Sərəncama əsasən, onların hər birinə 1000 (min) manat məbləğində birdəfəlik maddi yardım ödəniləcək.

 

Qalan 10 630 nəfəri isə İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş insanlar, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçıları təşkil edir. Sərəncamla bu insanların da hər birinə 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək. 

 

Sərəncamın icrası olaraq, qeyd olunan şəxslərə birdəfəlik maddi yardımların ödənilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,9 milyon manat ayrılması və Maliyyə Nazirliyi tərəfindən həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsi nəzərdə tutulub.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın tam və vaxtlı-vaxtında icrası təmin edilməklə, 9 May - Qələbə gününədək müvafiq şəxslərə birdəfəlik maddi yardımların ödənişi tam həyata keçiriləcək.
Birdəfəlik maddi yardımların avtomatlaşdırılmış qaydada həmin insanların bank hesablarına köçürülməsi təmin olunacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?