Modern.az

Yunanıstanda yaşayan diaspor sədri: “Buradakı azərbaycanlıların əksəriyyəti vətəndaşlıq alıb” - MÜSAHİBƏ

Yunanıstanda yaşayan diaspor sədri: “Buradakı azərbaycanlıların əksəriyyəti vətəndaşlıq alıb” - MÜSAHİBƏ

Mədəni̇yyət

30 Aprel 2018, 10:38

Modern.az saytı "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovla müsahibəni təqdim edir. O, Yunanıstanda Azərbaycan diasporunun fəaliyyətindən danışıb.

Rəşid bəy, Yunanıstanda nə zamandan məskunlaşmısını? Bu ölkədə təxminən nə qədər azərbaycanlı yaşayır? Onlar arasında əlaqə varmı?

- Artıq 15 ildir ki, ailəmlə birlikdə Yunanıstanın Saloniki şəhərində məskunlaşmışıq. Yunanıstanda təqribən 400-500 nəfər azərbaycanlı yaşayır. Əksəriyyəti uzun illər burada məskunlaşdıqlarına görə artıq Yunanıstan vətəndaşlığı əldə edib. Ona görə də rəsmi qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı nisbətən azdır. Amma heç bir həmvətənimiz öz milliyyətini danmır və Yunanıstan azərbaycanlıları arasında yetərincə milli birlik var.

- Yunanıstan siyasi dairələri ilə əlaqələriniz necədir?

- Yunanıstanda yerli özünüidarəetmə orqanları ictimai işlərdə çox fəaldır və cəmiyyətimiz yerli icra hakimiyyəti və bələdiyyələrlə sıx əməkdaşlıq edir.

- Qarşıda Azərbaycanın tanıdılması ilə bağlı hansı planlarınız var?

- Azərbaycanın Avropada təbliğ-təşfiqi ilə bağlı işlər və planlar çoxdur. Qarşıda layihələr reallaşdıqca, mediaya məlumat verəcəyik. Yaxın gələcəkdə Cümhuriyyət ili və ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

- Yerli media ilə əlaqələriniz varmı?

- Yerli KİV-lə münasibətlərimiz yaxşıdır. Bu yaxınlarda lokal radio proqramlarından birində Azərbaycanla bağlı maraqlı müsahibəmiz oldu. Bir neçə milli mahnımızı səsləndirdik.

- Erməni diasporu fəaliyyətinizə maneə yaradırmı?

- Yunanıstanda erməni diasporu kifayət qədər güclüdür və hərtərəfli maliyyə və mənəvi dəstəyə sahibdirlər. Doğrusu, bu günə kimi erməni diasporu ilə heç bir münaqişəli vəziyyətimiz müşahidə olunmayıb.



Elnur Eltürk

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür