Modern.az

Qurban bayramı günlərində ətin qiymətində artım baş verməyib

Qurban bayramı günlərində ətin qiymətində artım baş verməyib

1 Dekabr 2009, 10:45

Qurban Bayramı ilə əlaqədar əhalinin iri və xırda buynuzlu heyvanlara tələbatının artmasını nəzərə alan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti ət satışı məntəqələrində bayram günləri də daxil olmaqla, gündəlik monitorinqlər keçirib.

Nazirliyin mətbuat xidmətindəın Modern.az-a verilən məlumata görə, paytaxtda, eləcə də respublikanın digər şəhər və rayonlarında aparılmış monitorinqlər zamanı satışda olan ətin qiymətində artım qeydə alınmayıb.
İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti monitorinqlərini davam etdirəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı