Modern.az

Ali məktəblərə və kolleclərə sənəd qəbulu başa çatdı - Ən çox ərizə verilən QRUPLAR

Ali məktəblərə və kolleclərə sənəd qəbulu başa çatdı - Ən çox ərizə verilən QRUPLAR

1 May 2018, 10:33

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün sənəd qəbulu dünən gecə başa çatıb.

Bəs indiyə kimi nə qədər abituriyent Sənəd Qəbulu Komissiyasına ərizə təqdim edib? Modern.az saytı Dövlət İmtahan Mərkəzinə istinadən qruplar üzrə sənəd verənlərin statistikasını təqdim edir.
 

Yaz imtahanına sənəd verənlərin sayı bu qədərdir:

Azərbaycan bölməsi üzrə:

I  qrup - 25824

II qrup - 15595                             

III qrup - 17852

IV qrup - 4513

 

Rus bölməsi üzrə:

I qrup - 2213

II qrup - 1654

III qrup - 1443

IV qrup - 569

 

Bunların cəmi:

I qrup - 28037

II qrup - 17249

III qrup - 19295

IV qrup - 5082

 

Yay imtahanlarına sənəd verənlərin sayı bu qədərdir:

Azərbaycan bölməsi üzrə:

I  qrup - 514

II  qrup - 302

III qrup  - 563

IV  qrup - 152

 

Rus bölməsi üzrə:

I  qrup - 27

II qrup - 50

III  qrup - 38

IV  qrup - 7

 

Bunların cəmi:

I  qrup - 541

II  qrup - 352

III  qrup - 601

IV  qrup - 159


V qrup və tam orta ixtisas təhsili üzrə qeydiyyatdan keçənlərin sayı 87535 nəfərdir. 

 

10 iyun tarixində keçirilən imtahanda iştirak edəcək (aprelin 10-dan sonra ərizələrini təsdiq edən və ya ümumi orta təhsil səviyyəsi üzrə də rus bölməsinə ərizə verib aprelin 22-də bu səviyyə üzrə keçirilən Azərbaycan dili fənni imtahanında iştirak edən) abituriyentlərin sayı  591 nəfərdir

 

2017-cı ildə "Azərbaycan dili" fənni üzrə test imtahanında "məqbul" qiymət alıb, cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı   626 nəfərdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub