23 may 2018, Çərşənbə axşamı
Ana Səhifə - PARLAMENT - Müstəqilliyə imza atanlar və SSRİ-nin qalmasını istəyənlər - Köhnə-təzə deputatların MÖVQEYİ  
Müstəqilliyə imza atanlar və SSRİ-nin qalmasını istəyənlər - Köhnə-təzə deputatların MÖVQEYİ  
03.05.2018, 12:03

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov mayın 1-də keçirilən iclasda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) ilə bağlı yubiley medalının təsis edilməsi məsələsi müzakirə olunarkən “istiqlalıçı deputatlar” barədə danışıb.

“Tez-tez mətbuatda “istiqlalçı deputatlar”dan yazılır. O vaxt parlamentdə 350 deputat var idi. Onlar hamısı müstəqilliyə səs veriblər. Sadəcə istiqlalçı kimi adları çəkilən 43 nəfər SSRİ-nin qorunub saxlanılması barədə referendumun əleyhinə çıxıblar. Kimlərsə o vaxt özünü “Demblok”, “Komblok”a bölmüşdülər. Axı, kimin pasportunda ya da diplomunda bu sözlər yazılmışdı?..  Bütün hallarda bu məsələlərə son qoymaq lazımdır. Azərbaycanın müstəqilliyinin elan olunmasında 350 deputatın hamısı iştirak edib. Burada insanları ayırmaq olmaz. Bəyəm, kommunist istəmirdi ki, Azərbaycan müstəqil olsun? Oqtay Əsədovdan xahiş edirəm ki, tapşırıq versin, o siyahı açıqlasın”-deyə, S. Novruzov bildirib.

 

Deputat Fərəc Quliyev isə S.Novruzovun mövqeyinə etiraz edib. O qeyd edib ki, yalnız “İstiqlalçı deputatlar” SSRİ-nin saxlanmasına etiraz edib, Azərbaycanın dövlət müstəqilliyinə səs veriblər”.

 

Modern.az saytı 1991-ci ildə parlamentin üzvü olmuş köhnə-təzə deputatların mövqiyini oxucuların diqqətinə çatdırır.

1991-ci ildə SSRİ-nin saxlanmasına tərəfdar omuş deputat, hazırda Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, 1991-ci ilin oktyabrın 18-də əldə etdiyimiz müstəqillik formal müstəqillik idi:

“Müstəqilliyin daxilində müstəqilliyə xas olan elementlər yox idi. Misal üçün deyim. Büdcəni qəbul etmək məsələsi kənarda qalmışdı. Azərbaycanın büdcəsi yox idi. Həmin vaxt büdcə qəbul edilmədi. Təsəvvür edin. Dövlət bilmir ki, onun büdcəsi var və o hansı işlərlə məşğul olmalıdır. Hara nə xərclənməlidir. İndi isə bizim büdcəmiz 20 milyard manata çatır. Azərbaycanın büdcəsi sovet dövründə bir çox respublikalardan fərqli olaraq dotasiyalı olmayıb. Büdcəmizi tamamlamaqdan ötrü nəinki kənardan vəsait almamışıq, əksinə, ümumittifaq büdcəsinə vəsait vermişik. Ancaq 1991-ci ildə müstəqilliyimizi əldə edəndə, büdcə formalaşdıra bilmədik. Büdcəni formalaşdıra bilməməyimiz, obyektiv imkanın olmaması ilə bağlı deyildi. Sadəcə, hakimiyyətə gələn insanların bəziləri romantik idi. Onların içində şəxsi maraqlarını güdən insanlar az deyildi. Ən əsası, aralarında professional adam yox idi. Ona görə də büdcəni formalaşdıra bilmədik. Büdcə yoxdursa, dövlət il ərzində nə ilə məşğul olacaq?! Heç kəs heç nə deyə bilməzdi. Sonrakı illərdə Azərbaycan müstəqilliyi real məsələlərlə təmin etdi. 1995-ci ildə Azərbaycanın büdcəsi qəbul edildi. Ordu yaradıldı. Müstəqilliyimizin bərpasının ilk illərində ən faciəli məsələ o idi ki, Azərbaycanda vətəndaş müharibəsi başlayırdı. Onun qarşısı alındı. Qanunsuz silahlı dəstələr zərərsizləşdirildi. Hərc-mərclik baş alıb gedirdi. Siz bu formada küçəyə çıxa bilməzdiniz. Gəlib boynunda, qulağında olan zinət əşyalarını qoparırdılar. Deyirdilər ki, bu,  müdafiə məqsədləri üçün edilir”.


Deputat müstəqilliyi istəməmisnin səbəblərini belə izah edib:


“Əvvəla, Azərbaycanı idarə edə bilən və xalqın etibar edəcəyi bir rəhbər yox idi. Elə bir şəraitdə müstəqillik əldə etmək çox çətin məsələ idi. Hesab edirdim ki, hansısa qrupun onu parlament səviyyəsində həll etməsi düzgün deyil. Referendum keçirilməli idi. Xalqın səsverməsi nəticəsində o məsələ öyrənilməli idi. Məhz, bu səbəbə görə Müstəqillik Aktına imza atmadım”.

 

“İstiqlalçı deputat”  Vahid Əhmədov bildirib ki, 1990-cı il hadisələri, SSRİ daxilində baş verənlər, Azərbaycanda xalq hərakatının başlaması müstəqilliyə gətirib çıxardı. 


“Azərbaycan müstəqillik əldə etmək üçün çox ağır yol keçib. 1991-ci il martın 17-də keçmiş SSRİ-nin saxlanılması ilə bağlı refendum keçirildi. O zaman Azərbaycan Ali Sovetindən 361 deputatdan yalnız 43-ü sovet quruluşunun buraxılmasına səs verdi. Onlardan da biri mərhum prezident Heydər Əliyev idi”.


V.Əhmədov bildirib ki, sonradan ölkə rəhbərliyi tərəfindən sovet quruluşunun buraxılmasına səs verən 43 deputata çoxlu təzyiqlər olub:

“Nəhayət Ali Sovetin deputatları 1991-ci il oktyabrın 18-də Müstəqillik Aktına imza atdılar. Bununla da Azərbaycan müstəqilliyinə qovuşdu. Müstəqillik Aktının qəbulunda da deputatların hamısı iştirak etməyib. İclasda iştirak edənlərdən bəziləri Azərbaycanın müstəqilliyinə səs vermədilər. Onlar Kommunist Partiyasına bağlı insanlar idi. Müstəqillik Aktından sonra üçrəngli bayrağımız Azərbaycanın dövlət müsəssisələrində, təşkilatlarında və s. yerlərdə ucaldıldı. Azərbaycan artıq 27 ildir ki, müstəqil dövlət kimi fəaliyyət göstərir. Bəzi iradlar var ki, Azərbaycan müstəqillik dövründə nələr əldə edib? Mən də deyirəm ki, Azərbaycan bu illər ərzində çox şey əldə edib. Bütün beynəlxalq tədbirlərdə bayrağımız yüksəlir, Azərbaycan nüfuzlu idman  yarışlarına evsahibliyi edir, müstəqil siyasəti, güclü ordusu var. Bizim ən ciddi problemimiz müstəqillik dövründə yaranmış Qarabağ problemidir. Bu problemin də həlli yalnız gücdən keçir”.


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Şəhriyar Məmmədyarov Norveçdə superturnirdə iştirak edəcək
23.05.2018, 00:06

Şəhriyar Məmmədyarov Norveçdə superturnirdə iştirak edəcək

Rusiyada 2300 şəxs korrupsiya ittihamı ilə mühakimə olunub
23.05.2018, 00:03

Rusiyada 2300 şəxs korrupsiya ittihamı ilə mühakimə olunub

Universitetin tikilməsi üçün deputatlarla “döyüşən” ADR-in maarif naziri - AXC - 100
22.05.2018, 23:19

Universitetin tikilməsi üçün deputatlarla “döyüşən” ADR-in maarif naziri - AXC - 100

Nyu-York Fond Birjasına ilk dəfə qadın rəhbərlik edəcək
22.05.2018, 23:06

Nyu-York Fond Birjasına ilk dəfə qadın rəhbərlik edəcək

Tramp-In görüşü ertələnə bilər
22.05.2018, 22:48

Tramp-In görüşü ertələnə bilər

ABŞ-ın Venesueladakı  vəkili arzuolunmaz şəxs elan edilib
22.05.2018, 22:35

ABŞ-ın Venesueladakı  vəkili arzuolunmaz şəxs elan edilib

Pakistanda anormal istidən 65 nəfər ölüb
22.05.2018, 22:24

Pakistanda anormal istidən 65 nəfər ölüb

Ukrayna ABŞ-ın göndərdiyi “Javelin”i sınadı –foto
22.05.2018, 22:15

Ukrayna ABŞ-ın göndərdiyi “Javelin”i sınadı –foto

Cəlilabadda sərxoş piyadanı avtomobil vurub
22.05.2018, 22:05

Cəlilabadda sərxoş piyadanı avtomobil vurub

Beyons tarixi abidəni satın aldı – FOTO
22.05.2018, 21:58

Beyons tarixi abidəni satın aldı – FOTO

Vaksini olmayan ölümcül virus yayılıb
22.05.2018, 21:46

Vaksini olmayan ölümcül virus yayılıb

Artıq marixuana çəkənlər həbs olunmayacaq
22.05.2018, 21:30

Artıq marixuana çəkənlər həbs olunmayacaq

“İnamı doğrulduğuma görə xoşbəxtəm” – 700 bal toplayan şagird
22.05.2018, 21:20

“İnamı doğrulduğuma görə xoşbəxtəm” – 700 bal toplayan şagird

“BP” İrandan çıxır
22.05.2018, 21:10

“BP” İrandan çıxır

Parisdə iğtişaşlar – Foto
22.05.2018, 20:56

Parisdə iğtişaşlar – Foto

Ramazan ayının yeddinci gününün – DUASI VƏ TƏQVİMİ
22.05.2018, 20:40

Ramazan ayının yeddinci gününün – DUASI VƏ TƏQVİMİ

 Vladiqafqaz teatrı Bakıda qastrol səfərdə olub (FOTO)
22.05.2018, 20:30

Vladiqafqaz teatrı Bakıda qastrol səfərdə olub (FOTO)

 Əfqanıstan, İraq, Qətər və daha haralara yumurta satan Azərbaycan niyə toyuq əti ixrac etmir?
22.05.2018, 20:25

Əfqanıstan, İraq, Qətər və daha haralara yumurta satan Azərbaycan niyə toyuq əti ixrac etmir?

28 abituriyentin imtahan nəticəsi ləğv edilib
22.05.2018, 20:16

28 abituriyentin imtahan nəticəsi ləğv edilib

Deputat haqqında yazılanlara cavab VERDİ
22.05.2018, 20:13

Deputat haqqında yazılanlara cavab VERDİ

Nazirliyin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi yaradılır
22.05.2018, 19:04

Nazirliyin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi yaradılır

Avropalı proqram direktoru Mətbuat Şurasında olub
22.05.2018, 19:02

Avropalı proqram direktoru Mətbuat Şurasında olub

Bakıda əl qumbarası tapılıb
22.05.2018, 18:49

Bakıda əl qumbarası tapılıb

Prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərini təltif etdi - SİYAHI
22.05.2018, 18:39

Prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərini təltif etdi - SİYAHI

Cəlal Əliyevin 90 illik yubileyi keçiriləcək
22.05.2018, 18:34

Cəlal Əliyevin 90 illik yubileyi keçiriləcək

Goranboyda xalça istehsalı emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb
22.05.2018, 18:31

Goranboyda xalça istehsalı emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb

Ələtdə “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi” yaradılacaq
22.05.2018, 18:20

Ələtdə “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi” yaradılacaq

Kraliça II Elizabetdən İlham Əliyevə Respublika Günü TƏBRİKİ
22.05.2018, 18:13

Kraliça II Elizabetdən İlham Əliyevə Respublika Günü TƏBRİKİ

İranın birinci vitse-prezidenti Vaşinqtonu hədələdi: Tehranla hörmətlə davran!
22.05.2018, 18:03

İranın birinci vitse-prezidenti Vaşinqtonu hədələdi: Tehranla hörmətlə davran!

“Qorxurdum ki, 690 bal toplayım” – 700 bal toplayan abituriyent
22.05.2018, 17:49

“Qorxurdum ki, 690 bal toplayım” – 700 bal toplayan abituriyent

Kooperasiya Universitetində Elmi Şuranın iclası keçirilib
22.05.2018, 17:46

Kooperasiya Universitetində Elmi Şuranın iclası keçirilib

700 bal toplayan abituriyent: “2-ci kursdan xaricdə təhsil almaq istəyirəm”   
22.05.2018, 17:40

700 bal toplayan abituriyent: “2-ci kursdan xaricdə təhsil almaq istəyirəm”  

Rövşən Rzayev məcburi köçkünlərlə bağlı tapşırıq verdi - FOTO
22.05.2018, 17:29

Rövşən Rzayev məcburi köçkünlərlə bağlı tapşırıq verdi - FOTO

Bakıda 3 nəfəri öldürən partlayışa görə vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ  
22.05.2018, 17:22

Bakıda 3 nəfəri öldürən partlayışa görə vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ  

Pambıq sahələrində sovkalara qarşı mübarizə başlandı
22.05.2018, 17:09

Pambıq sahələrində sovkalara qarşı mübarizə başlandı

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (18.2%)
Meral Akşener (14.4%)
Rəcəb Tayyip Ərdoğan (61.5%)
Selahattin Demirtaş (1.92%)
Temel Karamollaoğlu (0%)
Doğu Perinçek (3.84%)