23 may 2018, Çərşənbə axşamı
Ana Səhifə - REPORTAJ - Ailəsindən 50 il ayrı qalan aktrisa - Oğlunun təkliflərindən imtina edən SƏNƏTKAR - FOTOLAR
Ailəsindən 50 il ayrı qalan aktrisa - Oğlunun təkliflərindən imtina edən SƏNƏTKAR - FOTOLAR +
04.05.2018, 09:01

Milli kinomuzun və teatr sənətimizin inkişafında bir çox sənətkarların müstəsna xidmətləri olub. Onlar ən ağır zamanlarda və ən ağır şərtlərdə belə bu sənətin inkişafı üçün əllərindən gələni əsirgəməyiblər. Bu baxımdan Azərbaycan filmlərində kifayət qədər yaddaqalan obrazlar var.

Modern.az saytında “Azərbaycan filmlərinin ana obrazı” rubrikasına davam edirik. Rubrikada adından bəlli olduğu kimi, yerli filmlərimizin ana obrazlarından yazır, onlar haqqında müasir oxuculara daha dolğun məlumat veririk... Beləliklə...


“Azərbaycan filmlərinin ana obrazı” rubrikasının növbəti qəhrəmanı tanınmış teatr və kino aktrisası, Əməkdar artist  Ətayə Əliyevadır.


Arayış:
 Ətayə Əliyeva 1918-ci ildə Aşqabadda sənətkar ailəsində doğulub, səhnə fəaliyyətinə məktəbli ikən həvəskar kimi başlayıb. Bakı Teatr Texnikumunda ixtisas təhsili alıb. 1934-cü ildə texnikumun birinci kurs tələbəsi olan Ətayə Əliyeva M. Füzuli adına Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilib. 1936-cı il Ətayə xanım teatrın bir qrup aktyoru ilə birlikdə İrəvandakı Azərbaycan teatrına gedir və on il burada işləyir. İrəvan teatrında gənc aktrisa həm milli, həm də çevrim əsərlərin tamaşasında onlarla maraqlı səhnə obrazı yaradır. Bu rollar  Ətayə xanımın hələ cavanlıqdan mürəkkəb xarakterli, müxtəlif yaşlı qadın obrazlarını məharətlə canlandırmaq bacarığını aydın göstərir. 1948-1949-cu illərin teatr mövsümündə artıq kamil artist kimi tanınan Ə.Əliyeva Gəncə Dram Teatrına dəvət edilir. Bu teatrda o, İradə (Göz həkimi), Səadət (Bahar suları), Bənövşə (Nişanlı qız) kimi yaddaqalan obrazlar yaradır. Ətayə xanımın səhnə fəaliyyəti C.Cabbarlı yaradıcılığı ilə sıx əlaqədardır. Sevil və Dilbər, Yaqut və Tanya, Sona və Solmaz (İrəvan teatrında), Almaz, Sara, Gültəkin (Gəncə teatrında) obrazları üzərindəki işi aktrisa üçün böyük bir məktəb olub.

1956-cı ildə Ətayə xanım yenidən M.Füzuli adına Azərbaycan Dövlət Akademik Dram Teatrına qayıdır, klassik və müasir Azərbaycan dramaturqlarının, eləcə də tərcümə əsərlərinin tamaşalarında eyni məharətlə çıxış edir. Pəri (Pəri Cadu), Sona (Hacı Qara), Fatmanisə (Ölülər), Validə (İliç buxtası), Nəzakət (Sən həmişə mənimləsən), Rəfiqə (Yalan), Məlahət (İkinci səs) və onlarla başqa səhnə obrazları aktrisanın son illərdəki yaradıcılıq naliyyətləridir.

Aktrisa  radio və televiziya verilişlərində, kinoda həvəslə çıxış edib. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Onu bağışlamaq olarmı?" (leytenant Qarayeva), "Bizim küçə" (Bəyim xala), "Dağlarda döyüş"(ana), "Telefonçu qız" (Simuzər), "Uşaqlığın son gecəsi" (Mənsurə) və bir çox başqa filmlərin və televiziya tamaşalarının uğurunda Ətayə xanımın da əməyi olub.


“O zaman ərtafdakılardan ruhən incimişdi”


Ətayə Əliyevanın  həyat yoluna aktrisanın oğlu,  xalq artisti rejissor Ramiz Həsənoğlu ilə nəzər salacağıq.  Müsahibimizlə söhbətə Ətayə Əliyevanın yazdığı xatirələrindən başladıq:



“Həmin xatirə kitabı 1997-ci ildə, Ətayə Əliyevanın ölümündən iki  il sonra  dərc olundu. Biz ana-bala sənət adamlarıyıq və  söhbətimiz tez-tez bu barədə olurdu. O, mənə həyatını, necə bir ailə mühitində yaşadığını, sənətə necə gəldiyini və.s danışırdı. Yaşa dolduqca həmin xatirələrin bir balaca söndüyünü gördüm.  Və anamdan xahiş etdim ki, yadında qalanları yazıya köçürsün. Qalın məktəbli dəftəri gətirdim. O zaman artıq teatrda işləmirdi, həm də ərtafdakılardan ruhən incimişdi. Ətayə xanım  xatirələrini dəftərə köçürməyə başladı və  60-cı illərin ortalarında dayandı. Yəni fəaliyyətinin böyük bir hissəsini – 20-30 ilini yazmadı. Lakin onun  tamaşaları, filmləri onsuz da gözümüzün qabağında idi. Yazdığı xatirələrdə sənətə necə gəldiyini, atamla  tanışlığını, bir az da övladları haqqında  məlumat qeyd edib.  Ətayə Əliyevanın bütün həyatı, düşüncəsi sənətlə bağlı idi və onunla əlaqəli nə var idisə, xatirələr kitabına köçürdü. O, dünyasını dəyişəndən sonra düşündüm ki, xatirələrini üzə çıxarmaq lazımdır. Tanınmış jurnalist Rəhilə Soltanqızına yaxınlaşdım və o, məmnuniyyətlə kitabın dərci prosesinə qoşuldu. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində kitab təmənnasız dərc edildi”.


Ramiz Həsənoğlu Ətayə xanımın xatirələrindən birini bizimlə paylaşarkən  bir qədər kövrəldi:

“Məndən anam haqqında tez-tez soruşurlar. Təbii, nə hiss edirəmsə, nə düşünürəmsə, onu da deyirəm. Maraqlıdır ki, hansısa epizodun yanından keçəndə sənə təsir etməyən şeylər vaxt keçdikcə daha da təsirli olur.  Məsələn, bu gün səhər sizinlə görüşə gəldiyimi bilirdim, kitabı açıb bir az göz gəzdirdim. Ümumiyyətlə deyim ki, anam fantastik yaddaşa sahib idi. Oynadığı bütün rolları əzbər bilirdi. Və  anam kitabda belə bir hadisə qeyd edib: “Bir dəfə Bakının Suraxanı kəndində  “Solğun çiçəklər” tamaşasını göstərməliydik. Mustafa Mərdanov Əbdül əmini oynayırdı. Mənə də dedilər ki, Sara rolunu  oynayan aktrisa gəlməyib, sən əvəz edəcəksən. Mən də Gəncə teatrında Saranı oynamışdım axı. Məmnuniyyətlə razılaşdım. Bir də gördüm Mustafa hirslənib: “Hara gedirsən, sən Saranı oynaya bilərsən?  Get, etiraz et!”. Dedim: “Get, özün etiraz et, mən oynayacağam!”. Özümdən arxayın idim də. Nə isə, getdik Suraxanıya. Tamaşanı oynadıq. Demək tamaşada belə bir səhnə var ki, artıq xəstə yatan Sara Əbdül əmiyə “Get, Bəhramı çağır” deyir. Əbdül də “Bəhram yoxdur” deyir. Sara da yalvararaq: “Bilirəm, sən məni aldadırsan” deyib ağlamağa başlayır. Mən bu sözləri deyəndə bir də gördüm ki, Mustafa səhnədə əməlli-başlı ağlayır. Tamaşaçılar da zalda ağlaşırlar. Elə ki, o səhnə bitdi, pərdənin  arxasında Mustafa məni bərk-bərk qucaqlayıb öpdü: “Mən heç bilməzdim ki, sən Saranı bu cür gözəl oynaya bilərsən” dedi”. 

Ətayə Əliyevanın böyüdüyü ailə mühiti...


R.Həsənoğlunun sözlərinə görə, aktrisa  sənətə, şeirə, ədəbiyyata dəyər verən ailədə boya-başa çatıb:

“Anamın atası Ağaqulam İranın Marağa şəhərində tacir ailəsində anadan olub. Anası Humay xanım isə savadlı biri idi və farsca, rusca gözəl danışırdı. O, İranın Təbriz şəhərindən idi.  Anamgil ailədə 6 uşaq olublar, o, ailənin böyük övladı idi. Beş yaşında ikən atası onu teatra aparır. Tamaşanın adı yadında qalmasa da, gördükləri çox xoşuna gəlir. Bəlkə də buna görə məktəblərində dram dərnəyi açılanda o da dərnəyə üzv yazılır. 13 yaşında “Arşın mal alan” operettasında ona Asya rolu tapşırılır. 15 yaşında aktyor və rejissor Rza Təhmasibin rəhbərlik etdiyi teatrda işləməyə başlayır. Ancaq onun fikri Bakıya gəlmək, burada Teatr texnikumunda oxumaq idi. 1934-cü ildə Bakıya gəlib Teatr texnikumuna daxil oldu. Texnikumda təhsil almaqla yanaşı, teatrda da işləyirdi. Burada rejissor Rza Təhmasib gənc aktrisaya “Özgə uşaq” tamaşasında Raya rolunu tapşırır. Bu, böyük səhnədə onun ilk rolu olur.  O vaxt  Ətayə xanımın  16 yaşı var idi”.

“O gündən bu günə Həsənağa ilə can bir qəlbdəydik!"

Ətayə xanım həyat yoldaşı Həsənağa Mirzəyevlə necə tanış olmasını yaddaş  dəftərində belə qələmə alıb:

"Teatr texnikumunda Fatma Qədrinin kursunda Gülxar Həsənova ilə bir partada otururdum. Yataqxanada da Gülxarla bir otaqda qalırdıq. Bir gün Gülxar mənə dedi ki, “gedək Əli Bayramov klubuna, orda məşqim var, sən də məşqə baxarsan”. Getdik. Bizi bir oğlan qarşıladı. Əlində də tar. O, çox yaraşıqlı idi. Gülxar bizi tanış etdi və o, bizi qayıdanda müşayiət etdi. Sonra o məni tamaşalardan yataqxanaya  ötürməyə başladı. Bir gün  mənə evlənmək təklif etdi. Onun iyirmi yaşı var idi. Nəhayət mən razı oldum. Biz ev axtarmağa başladıq. Qoqol küçəsində bir otaqlı mənzil tapdıq. Evləndik. O gündən bu günə Həsənağa ilə can bir qəlbdəydik!".


“Anamı görməkdən ötrü gözümüzün kökü saralırdı”

Aktrisanın 3 övladı olub: Ramiz Həsənoğlu, Rauf Süleyman və Tamilla. Ramiz müəllim deyir ki, Ətayə xanım sənətinə çox bağlı idi və qastrol səfərlərinə, o cümlədən teatra gedəndə övladlarını da özü ilə aparırdı:

“Biz onun övladları idik. Təbii ki, bütün həyatı gözümüzün qabağında yaşanıb. Bilirsiniz, Ətayə xanım, həmçinin atam Həsənağa Mirzəyev işini, ailəsini gözəl idarə edə bilirdi. Mən çox təəccüblənirdim ki, onlar bütün bunların hamısını necə çatdırırlar. Anam həm işləyirdi, həm də bizi böyüdürdü. Onu görməkdən ötrü gözümüzün kökü saralırdı. Səhər yuxudan dururdu, tez yeməyimizi verib bizi məktəbə yola salırdı. Biz məktəbdən qayıdanda anam hələ evdə olmurdu. Axşamlar tamaşası olurdu və onun bitməyini gözləyirdik. Yəni valideynlərim çox gərgin qrafiklə yaşayırdılar, həyatlarında bir an belə boşluq yox idi. Buna baxmayaraq övladlarına verdikləri tərbiyə, savad yüksək səviyyədə idi. Biz anamla tez-tez söhbət edərdik, mənim fikirlərimi öyrənərdi və ya əksinə. Bax, belə bir mühitdə böyümüşük”.

“Rejissorlar onu  ana roluna dəvət edirdilər”

Müsahibimizin sözlərinə görə, Ətayə Əliyevanın sevdiyi, idealı hesab etdiyi aktrisa olub:

“İndiki tamaşaçı Ətayə Əliyevanı məhz ana obrazlarının ifaçısı kimi  yadında saxlayıb. Bəlkə də haqlıdırlar. Təəssüf ki, bundan əvvəlki fəaliyyəti arxa planda qalıb. Anamın idealı aktrisa  Mərziyə Davudova idi. Ola bilsin ki, onun yaratdığı obrazlar bir müddət anamın fəaliyyətinə təsir edib. Sonra yaşa dolduqca, təcrübə topladıqca öz səsini , intanasiyalarını  tapdı və bununla yaddaşlarda qaldı. Ətayə xanımın səsi əvəzolunmaz , təkrarsız idi. Rejissorlar onu istər teatrlarda, istər kinolarda, istərsə də televiziyada ana roluna dəvət edirdilər. “Onu bağışlamaq olarmı” filmi onun ilk filmi idi. Rejissor Rza Təhmasibin 1959-cu ildə ekranlaşdırdığı filmdə Ətayə xanım iki rolda (leytenant Qarayeva və Sara xala) çıxış edib. 
Kinoya ilk dəfə çəkilməyinə baxmayaraq, Ətayə xanım bu rolları böyük həvəslə oynayıb. Cani Tərlanın kimliyini üzə çıxarmaq, onun fikirlərini öyrənmək məqsədilə milis paltarını dəyişib, özünü gənc bəstəkar Sevdanın qohumu Sara xala kimi qələmə verən Qarayeva ona verilən tapşırığın öhdəsindən bacarıqla gəlir. Ətayə xanım iki surəti eyni peşəkarlıqla yaradıb, onun oyunu təbiiliyi və səmimiliyi ilə seçilir. Bu roldan sonra anam daha da məhşurlaşdı. Ümumiyyətlə,  aktyor həyatı çox maraqlıdır. Anam hər zaman mənə  öz aralarındakı ünsiyyəti , iş prosesində olan hadisələrdən danışardı”.



“Mən onu cəmi bir tamaşaya çəkə bildim”

Ramiz Həsənoğlu Ətayə xanıma  bir neçə dəfə rol təklif etsə də, təəssüf ki, iştirakı mümkün olmayıb:

“Anama rol təklif edirdim. Məsələn, “Yollar görüşəndə” tamaşasında  rol verdim, dedi, ver Gülxar oynasın. Onlar rəfiqə idilər, bir yerdə oxumuşdular. Yaxud  “Ötən ilin son gecəsi”ndə ana obrazını Zərnigara verdi. Çünki həmin vaxt atam xəstə idi və anam ona baxırdı. Bircə “Topal Teymur”da çəkildi. Nə yaxşı ki, çəkildi. Bilirsiniz, görünür mənim də günahım böyükdür.  Təkid etmirdim. O da  çox qürurlu qadın idi. Ətayə xanım çalışırdı ki, tərəf müqabili onunla işləyəndə sərbəst olsun. Lazım olanda kömək edirdi, qarşındakının gərgin olmamasına cəhd göstərirdi. İntriqaları sevməzdi.  Ona görə hamının ona münasibəti yaxşı, sevgi dolu olub”.

Aktrisanın  evdəki obrazı...

Rejissor Arif   Babayev Ətayə xanımı “Uşaqlığın son gecəsi” filminə çəkdi. Anamın oynadığı rollar içərisində ona ən yaxın olan həmin filmdəki obrazı idi. O filmə baxanda gözlərim dolur. Eynilə anamın intanasiyası, hərəkətləri... O həyatda necə idisə, “Mənsurə”  obrazında da elə idi. Sanki anam evindən çıxıb filmə getmişdi.  Bacım məndən 8 yaş böyük idi. O anama işlərində kömək edirdi.  Ətayə xanım həm də yaxşı evdar qadın idi. Onun bişirdiyi badımcan dolmasından indiyə kimi heç yerdə yeməmişəm (kövrəlir). Onun bişirdiyi bütün yeməklər gözəl idi. O həmişə deyirdi ki, gərək xörəyin başına fırlanasan, yoxsa dadı qaçar. Hətta məşqə getməli olanda yemək bişririrdi , mənə deyirdi ki, bir replika ver  və  beləcə rolunu yadına salırdı.

Sədi Şirazinin “Gülüstanı Bustanı”nını əlindən düşürməzdi. Eyni zamanda, müasir ədəbiyyata da marağı var idi. Axır vaxtlar gözləri bir balaca yaxşı görmürdü, tez yorulurdu. Buna baxmayaraq kitab mütaliə edirdi. Anam heç zaman səsini qaldırmazdı, hətta biz onun bərkdən danışdığını eşitməmişik. Ancaq səhnədə oynadığı rollarda görərdik.  O həmişə mənə deyərdi ki, heç zaman zəif aktyorla işləmə”.


“Bir dəfə də “of” demədi”

Ətayə Əliyeva 1995-ci ilin aprelin 6-da haqq dünyasına qovuşib:


“Anam uzun müddət ailəsindən uzaq qaldı, əlaqələri yox idi. Düzdür, arada kiminsə vasitəsilə onlardan xəbər tuturdu. 1992-ci ildə ailəsinin izini tapan Ətayə xanım xəstə olmasına baxmayaraq onları görmək üçün yanlarına getdi. Bir dəfə də “of” demədi. Onlar 50 ildən çoxdur ki, görüşməmişdilər.

Valideynlərimin sürdüyü həyat tərzi təbii ki, öz nəticəsini verməli idi. Bəzən rejimsizlik, bəzən gərginlik.  Anamda hipertoniya var idi, bir də öd kisəsi problemli idi”.

Ətayə Əliyevanın haqq dünyasına qovuşmasını jurnalist Rəhilə Sultanqızı belə qeyd edib:

“Qapılar taybatay açıq idi.... İçəri keçdim. İçəridə dəhşətli bir sükut var idi. Otağa sarı addımladım, ilk görüşdüyümüz otağa. O otağa ki, orda Ətayə xanım artıq qibləsinə sarı idi. Heç kim hönkürtü ilə ağlamırdı. Hamı bir kənara çəkilib için-için göz yaşı axırdırdı. Özü necə sakit idisə, yas mərasimi də eləcə sakit keçirdi.... Ömrü  boyu kimsənin qəlbini qırmayan, hirslənəndə belə səsinin tonunu qaldırmayan Ətayə xanıma elə belə matəm yaraşırdı...”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Erməni hərbçi öldü
23.05.2018, 11:04

Erməni hərbçi öldü

Bu rayonlarda məmur-oliqarxların zəbt etdiyi torpaqlar geri alınıb - Komitə SİYAHI açıqladı
23.05.2018, 10:47

Bu rayonlarda məmur-oliqarxların zəbt etdiyi torpaqlar geri alınıb - Komitə SİYAHI açıqladı

Lerikdə ağac kəsənlərin işi Baş Prokurorluğa verilib
23.05.2018, 10:38

Lerikdə ağac kəsənlərin işi Baş Prokurorluğa verilib

Nazirlik may ayının pensiyalarını vaxtında maliyyələşdirib  
23.05.2018, 10:36

Nazirlik may ayının pensiyalarını vaxtında maliyyələşdirib  

Terror qruplaşmaları ayda nə qədər pul qazanır? - AÇIQLAMA
23.05.2018, 10:33

Terror qruplaşmaları ayda nə qədər pul qazanır? - AÇIQLAMA

Las Veqas meri Azərbaycan Xalq Cümhuriyyətilə bağlı bəyannamə imzalayıb   
23.05.2018, 10:04

Las Veqas meri Azərbaycan Xalq Cümhuriyyətilə bağlı bəyannamə imzalayıb  

BANM-da “Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı oldu
23.05.2018, 09:55

BANM-da “Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı oldu

Səhhəti pisləşən Musa Yaqubdan xəbər var
23.05.2018, 09:38

Səhhəti pisləşən Musa Yaqubdan xəbər var

Neftdən büdcəyə gələn əlavə gəlirlər problemli kreditlərin həllinə yönəldilsin - TƏKLİF
23.05.2018, 09:37

Neftdən büdcəyə gələn əlavə gəlirlər problemli kreditlərin həllinə yönəldilsin - TƏKLİF

Mədəniyyətimizin ziyası və ... düşmənləri
23.05.2018, 09:32

Mədəniyyətimizin ziyası və ... düşmənləri

Azərbaycanda şübhəli bilinən daha 36 nəfər saxlanılıb   
23.05.2018, 09:26

Azərbaycanda şübhəli bilinən daha 36 nəfər saxlanılıb  

Cəbhədə şiddətli atışma oldu 
23.05.2018, 09:16

Cəbhədə şiddətli atışma oldu 

OPEC iyunda neft hasilatını artıra bilər
23.05.2018, 09:11

OPEC iyunda neft hasilatını artıra bilər

Qurtuluş Günündə konsert olacaq
23.05.2018, 08:57

Qurtuluş Günündə konsert olacaq

Yeni Azərbaycan Partiyasının köhnə binası kimə veriləcək?   
23.05.2018, 08:57

Yeni Azərbaycan Partiyasının köhnə binası kimə veriləcək?  

İsrail Qəzzanı BOMBALADI 
23.05.2018, 08:53

İsrail Qəzzanı BOMBALADI 

23.05.2018, 08:32

"BakuBus" avtobusu piyadanı vuraraq ağır xəsarət yetirib

Komitə sədri Dilqəmlə Şahbazın məsələsini “Qızıl Xaç” nümayəndəsilə müzakirə etdi
23.05.2018, 08:30

Komitə sədri Dilqəmlə Şahbazın məsələsini “Qızıl Xaç” nümayəndəsilə müzakirə etdi

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
23.05.2018, 08:11

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Şəhriyar Məmmədyarov Norveçdə superturnirdə iştirak edəcək
23.05.2018, 00:06

Şəhriyar Məmmədyarov Norveçdə superturnirdə iştirak edəcək

Rusiyada 2300 şəxs korrupsiya ittihamı ilə mühakimə olunub
23.05.2018, 00:03

Rusiyada 2300 şəxs korrupsiya ittihamı ilə mühakimə olunub

Universitetin tikilməsi üçün deputatlarla “döyüşən” ADR-in maarif naziri - AXC - 100
22.05.2018, 23:19

Universitetin tikilməsi üçün deputatlarla “döyüşən” ADR-in maarif naziri - AXC - 100

Nyu-York Fond Birjasına ilk dəfə qadın rəhbərlik edəcək
22.05.2018, 23:06

Nyu-York Fond Birjasına ilk dəfə qadın rəhbərlik edəcək

Tramp-In görüşü ertələnə bilər
22.05.2018, 22:48

Tramp-In görüşü ertələnə bilər

ABŞ-ın Venesueladakı  vəkili arzuolunmaz şəxs elan edilib
22.05.2018, 22:35

ABŞ-ın Venesueladakı  vəkili arzuolunmaz şəxs elan edilib

Pakistanda anormal istidən 65 nəfər ölüb
22.05.2018, 22:24

Pakistanda anormal istidən 65 nəfər ölüb

Ukrayna ABŞ-ın göndərdiyi “Javelin”i sınadı –foto
22.05.2018, 22:15

Ukrayna ABŞ-ın göndərdiyi “Javelin”i sınadı –foto

Cəlilabadda sərxoş piyadanı avtomobil vurub
22.05.2018, 22:05

Cəlilabadda sərxoş piyadanı avtomobil vurub

Beyons tarixi abidəni satın aldı – FOTO
22.05.2018, 21:58

Beyons tarixi abidəni satın aldı – FOTO

Vaksini olmayan ölümcül virus yayılıb
22.05.2018, 21:46

Vaksini olmayan ölümcül virus yayılıb

Artıq marixuana çəkənlər həbs olunmayacaq
22.05.2018, 21:30

Artıq marixuana çəkənlər həbs olunmayacaq

“İnamı doğrulduğuma görə xoşbəxtəm” – 700 bal toplayan şagird
22.05.2018, 21:20

“İnamı doğrulduğuma görə xoşbəxtəm” – 700 bal toplayan şagird

“BP” İrandan çıxır
22.05.2018, 21:10

“BP” İrandan çıxır

Azay Quliyev seçicilərini qəbul edib
22.05.2018, 21:00

Azay Quliyev seçicilərini qəbul edib

Parisdə iğtişaşlar – Foto
22.05.2018, 20:56

Parisdə iğtişaşlar – Foto

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (17.4%)
Meral Akşener (14.6%)
Rəcəb Tayyip Ərdoğan (60.5%)
Selahattin Demirtaş (1.83%)
Temel Karamollaoğlu (0.91%)
Doğu Perinçek (4.58%)