Modern.az

ABŞ konqresmenləri Bakıya gəldilər – Mikayıl Cabbarovla müzakirə apardılar

ABŞ konqresmenləri Bakıya gəldilər – Mikayıl Cabbarovla müzakirə apardılar

Aktual

4 May 2018, 10:23

Bu həftə ABŞ Konqresinin Hüquq Komitəsinin sədri konqresmen Bob Qudlattenin rəhbərlik etdiyi nümayəndə heyəti Polşa, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycana səfər edib.

 

Bu haqda Modern.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

 

Mayın 3-də Bakıda səfərdə olan nümayəndə heyəti Baş nazir Məmmədov, xarici işlər naziri Məmmədyarov və vergilər naziri Cabbarovla ikitərəfli və qlobal əhəmiyyətli müxtəlif məsələləri, o cümlədən, Azərbaycanın siyasi mühiti və bazar iqtisadiyyatına davamlı keçidlə bağlı məsələləri müzakirə ediblər.

 

Numayəndə heyətinin üzvləri Amerika Ticarət Palatasında təşkil olunmuş  nahar vaxtı biznes liderlərlə də görüşüblər. 

Nümayəndə heyətinə sədr Qudlattedan (Respublikaçı - Virciniya) başqa Keni Marçant (Respublikaçı - Texas), Mayk Bişop (Respublikaçı-Miçigan), Con Körtis (Respublikaçı-Yuta) və Henri Kuelar (Demokrat-Texas) daxildirlər.

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır