Modern.az

Şagirdi döyən müəllim işə qaytarılacaq? - Rəsmi AÇIQLAMA

Şagirdi “döyən” müəllim işə qaytarılacaq? - Rəsmi AÇIQLAMA

4 May 2018, 16:29

Xəbər verdiyimiz kimi, bir neçə gün bundan qabaq 189-190 saylı orta məktəbin 1-ci sinif şagirdinin döyülməsi faktı sosial şəbəkələrdə və mediada geniş müzakirə olunub. Məsələyə təhsil naziri Ceyhun Bayramov da şəxsən qarışıb və məktəbdə araşdırma aparılıb. Daha sonra şagirdi döyməkdə  ittiham olunan müəllim Səyyarə Əliyeva işdən kənarlaşdırılıb.

Lakin qısa zaman kəsiyində şagirdin müəllim tərəfindən deyil, öz valideyni tərəfindən döyülməsini əks etdirən video yayılıb.  Dünən isə ATV-də "Bizimləsən" verilişində məlum olayla bağlı yeni görüntülər məktəbli qızın valideyni tərəfindən dəfələrlə şiddətə məruz qaldığını ortaya çıxarıb. İttiham olunan müəllimə Səyyarə Əliyeva da efirə qoşularaq uşağı döymədiyini vurğulayıb.

Məsələ bundan sonra daha çox müzakirələrə səbəb olub.

Bir çoxları sosial şəbəkədə Təhsil Nazirliyini məsələni qeyri-dəqiq araşdırmaqda ittiham edib, tələsik qərara görə suçlayıb.

Belədə müəllim yenidən işə qaytarıla bilərmi?

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Modern.az-ın sorğusuna belə cavab verib:


“189-190 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səyyarə Əliyevanın işdən azad olunması haqqında verilmiş qərar müvafiq qanunvericiliyin tələbləri çərçivəsindədir.

Müvafiq araşdırma müəllimin iştirakı ilə həyata keçirilib və məktəbin Həmkarlar İttifaqı Komitəsində aparılan müzakirə, eləcə də muəllimin özünün işdən azad olunma barədə ərizəsi nəzərə alınaraq, yekun qərar qəbul edilib”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı