19 iyul 2018, Cümə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - İlkər Başbuğ: “O dövlətlər olmasa, Türkiyə Qarabağ probleminin həllinə birinci başlar” - ÖZƏL SÖHBƏT  
İlkər Başbuğ: “O dövlətlər olmasa, Türkiyə Qarabağ probleminin həllinə birinci başlar” - ÖZƏL SÖHBƏT  
06.05.2018, 11:19

Şəxsiyyət olmaq taleyini Tanrı hər kəsə yazmır. O da Tanrının mindən bir insana düşən naxışıdır. İlker Başbuğ Türk dünyasında  “Tarixi şəxsiyyətlər” tamğasını, simgəsini adına yazdıran türk oğludur.

 

Tanrı onu boy-buxunu, görkəmi, ədaları, şəsti, intizamı, nitqi ilə Ordu generalı, Ordu rəhbəri olmağa uğurlayıb. 2010-cu ildə Türk Ordusundan ayrılsa da, adının üstündə “Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi İlker Başbuğ” tamğası qalıb.

 

Onun adı çəkiləndə hər kəs qamətini düzəldir, onun kimi dik, şax dayanmaq istəyir. Bu türk əsgərinin əyilməzlik simvoludur. Bu duruş türk əsgərinə Mustafa Kamal Atatürkdən əmanət qalıb. 

 

2012-ci il 6 yanvarda Türkiyədə “Ergenekon”, “Balyoz” kimi qurama əməliyyatların sonunda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi İlker Başbuğun həbsi xəbəri yayılanda, bütün türk dünyası bir sarsıntı keçirdi. Bu Türk Ordusuna, Atatürkün  əsgərlərinə qarşı qurulan müdhiş və sonunda qara türbanlar görünən bir oyunun başlanğıcı idi.  Bu Türk mehmetciyinə, türk əsgərinə yaxılan bir böhtan və ləkə idi.  Qara bir əl, şeytan və iblis misallı kimsə Türkiyəni və Türk Ordusunu nüfuzdan salmaq üçün "Ergenekon" adlı tarixi şərəf yerimizi, tariximizi ləkələmək istəmişdi. Bizim babaların azadlığı, quruculuğu, çoxalmağı "Ergenekon" deyilən o cənnət məkandan başlamışdı. İndi o ad qara bir damğa kimi orduya vurulacaqdı...

 

O sarsıntı içərisində səntirləyərək, gəzib düşünənlərdən biri də mən idim. Əllərimi Göy Səmaya açıb, uca Tanrımdan bu iblis oyununun tezliklə  ifşa olunmasını istədim. Və onu da dedim ki, duruşuna baxanda, səsini dinləyəndə böyük ATATÜRKÜ xatırladan, türk ordusunun generalı İlker Başbuğun  zindandakı qapılarını tez açsın... Əhd etdim ki, İlker Başbuğ zindandan çıxan günü qurban kəsərəm! O gün gəldi. Mən 2014-cü il martın 7-də qurban kəsdim. Martın 6-da isə İlker Başbuğu saxlayan dəmir qapılar açılmışdı. Onu qarşılamağa bütün türk xalqı gəlmişdi. Hamı ayaqda idi. Hər kəs generalı salamlamaq, uğurlamaq, gözaydınlığı vermək istəyirdi.

 

Mənim isə könlümdə bir arzum var idi. O BÖYÜKlə görüşmək... Türkiyədə səfərdə olanda görüşmək istədim.  Elə oldu ki, mən İstanbulda olanda o başqa şəhərlərdə görüşmələrdə oldu. Gün bu gün idi... 

 

Onu da xatırlayım ki, həbs evinin qapıları şəhərə və səhərə açılan günü, generalın azadlığına bir şeir yazdım:


Mübarəkdir qədəmlərin,

Paşam xoş gəldin, xoş gəldin!

Nə gözəldir bu dəmlərin,

Paşam xoş gəldin, xoş gəldin.

4 bəndlik bu şeirimi  komutanın şəkli ilə bir çərçivədə bənd edib, axşamdan xeyli keçmiş Türkiyənin Ordu generalının,  Atatürkün əsgərinin ziyarətinə getdim.

 

 

Hilton otelinin foyesində gözlədim...

İlker Başbuğ içəri daxil olanda, qarşısına gedib, “Paşam xoş gəldin!” dedim.


Artıq mənimlə görüşümüz olacağından xəbərdar idi deyə, heç təəccüblənmədi də. Yanında vəkil İlkay Sezer də var idi. Bu o İlkay Sezer idi ki, barəsində  qondarma ittiham irəli sürülən gündən yanında oldu. Və elə İlkayın çalışmaları nəticəsində də qondarma “Ergenekon” işində həbsdən ən tez buraxılan İlkər Başbuğ oldu.

Ona həsr etdiyim şerimi və çərçivəyə saldırdığım şəkli, digər “Atatürkün əsgərləri xəyanətkar ola bilməz!” şeirimi komutana təqdim etdim.  Oturduq. Şeirləri oxumaq istəyəndə, “Paşam, izn verin özüm oxuyum!” dedim. 
“Atatürkün əsgərləri xəyanətkar ola bilməz” şeirim  də onun həbsxana günlərinin cizgisi olduğundan, çox diqqətlə dinlədi...

Komutan İlker Başbuğa olan heyranlığımın Atatürkə olan sevgimdən irəli gəldiyini söylədim! Dedim ki, hər duruşunuzda, hərəkətinizdə, davranışınızda o böyük kişinin məktəbini xatırlatdınız.

 

 

Modern.az söhbəti təqdim edir:

 

- Paşam, elə mən danışıram, Siz Bakını bəyəndinizmi?


Sualıma cavab verməzdən əvvəl dedi ki, müsahibə verməyəcək. Diktafonumu söndürdüm. Biz onunla sadəcə söhbət etdik. İndi isə onunla olan, yadımda ömürlük qalacaq söhbətimizi yazıram. Onun hər sözünü, söhbətini qanıma, iliyimə, ruhuma yazdım.

 

İlker Başbuğ:


- Bakya 2010-cu ildə dövlət rəsmisi olarkən səfər etmişdim. Bakı gündən-günə gözəlləşir. Bir də ki, burada hər addımda Türkiyə sevgisi, insanların Türkiyə üçün narahat olduqlarını hiss etdim. Uşaqların belə dilinin əzbəridir Türkiyə. Orada baş verən bütün olaylardan xəbərdardırlar. Türkiyəni nə qədər sevirlərmiş... Çox böyük eşq və sevgi duymaqdadırlar.

 

- Komutanım, elədir. Türkiyədə bir əsgər şəhid olunca, canımız yanar, Türkiyədə bir yarpaq qırılsa, ürəyimizin telləri qırılar... Biz bir millət, iki dövlətik.  Çünki bilirik ki, düşmənlərin çox olduğu bu qarışıq zamanda Türkiyə hər zaman yanımıızdadır.

 

- Şəhidlər Xiyabanına getdim, Dənizkənarı bulvarda gəzdim. Baxdıqca, gördükcə içimizdə bir sevinc həyəcanı keçiririk. İnsanlarınız da o qədər gözəl, o qədər mehribandırlar ki...

 

- Bildiyim qədər bu gün şəhəri başmaq seyrinə çıxdığınızda bir rusdilli qadın Sizi tanıyıb, yaxınlaşıb şəkil çəkdirmək istəyib.

 

- Oldu belə bir hal... Bir-birimizi anlamasaq da, yanımızda bizi müşayiət edən dedi ki, rus qadını sizi tanıyıb, sizinlə şəkil çəkdirmək istəyir. Çox məmnun görünürdü... Mən də təəccübləndim ki, rus milliyyətindən olan bir vətəndaş da məni tanıdı.

 

- Komutanım, bu sevgini Siz əməlinizlə qazandınız. Sizi həbsə girməzdən əvvəl də, sonra da mətbuatdan addım-addım, sözbəsöz izlədim. Hər qərarınızda, hər sözünüzdə, hər əməlinizdə bir Atatürk yolu gördüm. Sizi sevənlər Atatürkü sevənlərdir. Sizi sevənlər böyük Türkiyəni sevənlərdir. 26 ay həbsdə necə tab gətirə bildiniz, necə dayandınız o ağrılara?!

 

- İki il iki aydan çox həbsdə oldum. Elə insanlarımız vardı ki, onlar 5 ilə qədər həbsdə oldular. Ölənlər oldu, çaşanlar oldu, ancaq insanlara, itirdiklərimizə və ailələrə hayıf oldu. Çox böyük zərbələr aldıq o illərdə. Ailələrin sarsıntılarına çox heyifsilənirəm. Orada necə qalmağımın səbəbi isə Atatürk təhsili, Atatürk dərsi idi. Biz həyatı, yaşamağı ondan öyrəndik. Həbsdə necə qalmağımı isə vəkilim İlkay Sezer daha gözəl danışar.

 

İlkay Sezer təbəssümlə o günlərdən qısa bir məqamı xatırlatdı:

- Komutanımı həbsxanaya aparanda, həbsxananın rəhbəri onu gəlib qapının ağzında özü qarşıladı, ona təzim etdi. Əslində həbsxanada elə bil hər şey dəyişmişdi. O gündən etibarən istintaqçıların, vəkillərin hansının yolu həbsxanaya düşürdüsə, onlar komutanımızla görüşmək şərəfinə nail olmaq istəyirdilər. Xalqın sevgisini heç həbsxanalarda, zindanlarda da həbs etmək olmur. Xalqın verdiyi dəyəri, xalqın etibarını qazanmaq çox böyük şərəfdir. Və mən də sonuna qədər 26 ay onun keşiyində və qulluğunda dayandım.

 

General İlkər Başbuğ: - O gündən sonra İlkay bizim ailənin bir üzvü oldu. İndi onu doğmalarımızdan ayırmırıq.

 

A.E: - Komutanım, bəzən ağır bir hadisənin içərisindən də xeyirli bir iş nəsib olur. Sizi Tanrı elə yaradıb ki, hara getsəniz orada bir xeyirə, savaba risalə olacaqsınız.

 

- Sizinlə tanışlığımdan məmnun oldum. İndi gecdir. Siz də rahatsız oldunuz.

 

- Paşam, ayrılmağımızdan əvvəl bir sualım da var.

 

- Buyurun.

 

- Azərbaycanda hər kəsi narahat edir bu sual. Qarabağ probleminin açarının yerini bilirsinizmi?

 

- Mən bu haqda Xəzər Universitetindəki konfransda da verilən sualları cavablandırarkən dedim ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub. 1915-ci ildə də, 1918-ci ildə də Azərbaycana yardım edib. O zamanlar Rusiya Azərbaycana bu qədər girməmişdi, siyasi mənzərə də belə deyildi. 100 il bundan əvvəl daha tez köməyə gələ bilirdi. İndi isə dünyanın siyasi mənzərəsi dəyişib, ona görə də Qarabağ məsələsi bir düyün olaraq qalır. Arada maraqlı olan dövlətlər var. O dövlətlər olmasa, Türkiyə həmən bu problemin çözülməsində birinci olar. Ancaq çox istəyərdik ki, bu məsələ tez həll olunsun. Mən isə belə tezliklə bu məsələnin həll olunacağını görmürəm.

 

- Zaman-zaman böyük güclərin bizim başımıza gətirdikləri, torpaqlarımıza etdikləri davaları Siz də bilirsiniz.

 

- Doğrudur.

 

- Azərbaycan mehmetciyinə, əsgərinə nə arzulardınız?

 

- Azərbaycan çox böyük sınaqlar qarşısındadır. Həm dava aparmaq, həm dövləti qurmaq çətin məsələdir.  Ordunu ayaqda tutmaq, əsgərin qayğısına qalmaq çöx böyük məsuliyyətdir. Çünki əsgər Vətəni qoruyur. Azərbaycan əsgəri onu düşünsün ki, hər şeyin sonu yaxşı olacaq! O zaman qələbə də uzaqda olmur.

 

- Paşam, mənə vaxt ayrıdığınıza görə, əlinizi sıxmaq şərəfinə nail etdiyinizə görə Sizə çox minnətdaram. Ömrümə gözəl bir tarix yazdım. Bu gün qızımın doğum günü idi, lakin Sizi daha önəmli bilib, görüşünüzə gəldim.

 

- Qızınızı da təbrik edin. Yenidən Azərbaycana gələndə görüşəcəyik.

 

- Cənab general, Bakıya tez-tez gəlin, sizə milyonların sevgisi var.    
           

Və 4 may 2018-ci il gecəsindən Türkiyənin Ordu generalı İlkər Başbuğdan mənə “Osmanlıdan Cümhuriyyətə: Güc odaklarının mücadiləsi”  kitabı hədiyyə qaldı. Kitabı vərəqləyəndə diqqətimi 19-cu və 142-ci səhifələrdəki bu sətirlər cəlb etdi:

 

“Səh.19. “Ordu nədir?” bəhsində  yazır:

"“Ordu” türkcə bir sözdür. Orhun yazılarında “Ordu” sözünə çox rast gəlinir. Türk Ordusunun yaranması isə bizm II minilliyin 209-cu ilinə, Hun imperatorluğunun zamanına təsadüf edir. Qədim türklər Orduya ocaq kimi baxırdılar. Əslində bu çox önəmlidir.  Ocaq dedikdə, isidən, bişirən, odu-atəşi ifadə edir. Ayrıca o atəşin ətrafında toplanmış ortaq bir keçmişi, gələcəyi, yəni gələcəyə hədəfləri olan bir ailə var. Prussiyalılar isə Ordu haqqında belə düşünürdülər. 1808-ci ilin 6 avqustunda Prussiya hökumətinin qərarı ilə zabitlərin hansı keyfiyyətlərə malik olması qərara alınmışdı. Həmin qərarda yazılırdı: “Bir zabitin mövqeyini bildirən tək cəhət sülh zamanında təhsili, biliyini artırması, savaş zamanında isə üstün cəsarət və iti ağıllı olmasıdır. “Bilgi, cəsarət və iti ağıl” – bu üç təməl zabitin əsas göstəricisidir. Bu üç təməl də əsgərdə ləyaqətin nə dərəcədə gərəkli olduğunun göstəricisidir. Zabitlər ləyaqətlərinə uyğun olaraq dəyərləndiriləcəklər!”.

 

Müəllifi İlkər Başbuğ olan kitabdan  bu fikirləri də söz xatirinə köçürmədim. Yazdım ki, Ordudan başı çıxanlar və çıxmayanlar oxusun! Çünki bu  güclü bir dövlətin, şərəfli bir Ordu rəhbərinin kitabından və qələmindən çıxan sözlərdir!

 

Aida Eyvazlı 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Bizi bu qədər düşündürən rəqib olmamışdı” - Qurban Qurbanov
19.07.2018, 00:58

“Bizi bu qədər düşündürən rəqib olmamışdı” - Qurban Qurbanov

“İtaliya Azərbaycanın qətiyyətli və sadiq tərəfdaşı olmağa davam edəcək” - Sercio Mattarella
19.07.2018, 00:51

“İtaliya Azərbaycanın qətiyyətli və sadiq tərəfdaşı olmağa davam edəcək” - Sercio Mattarella

Fədayə Laçının səhhəti pisləşdi
19.07.2018, 00:37

Fədayə Laçının səhhəti pisləşdi

İlham Əliyev: “İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yerdədir”
19.07.2018, 00:25

İlham Əliyev: “İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yerdədir”

Xalq artisti elmi ad aldı - FOTO
19.07.2018, 00:06

Xalq artisti elmi ad aldı - FOTO

“Bizi çətin oyununun gözlədiyini bilirik” - Baş məşqçi
18.07.2018, 23:48

“Bizi çətin oyununun gözlədiyini bilirik” - Baş məşqçi

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.07.2018, 23:34

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Şimali Kipr sahillərində 19 miqrant batdı
18.07.2018, 23:27

Şimali Kipr sahillərində 19 miqrant batdı

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb
18.07.2018, 23:14

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb

“Qarabağ” II təsnifat mərhələsində  – Yenilənib
18.07.2018, 22:56

“Qarabağ” II təsnifat mərhələsində  – Yenilənib

Rusiya dünya çempionatından 11 milyard dollar qazandı
18.07.2018, 22:40

Rusiya dünya çempionatından 11 milyard dollar qazandı

Dənizdə 4 nəfər batmaqdan xilas edilib
18.07.2018, 22:27

Dənizdə 4 nəfər batmaqdan xilas edilib

Kılıçdaroğlunun köməkçisi istefaya getdi
18.07.2018, 22:12

Kılıçdaroğlunun köməkçisi istefaya getdi

İtaliyalı nazir “Dostluq” ordeni ilə təltif olunub
18.07.2018, 22:01

İtaliyalı nazir “Dostluq” ordeni ilə təltif olunub

İtaliya prezidenti “Heydər Əliyev”, qızı isə “Şöhrət” ordeni aldı
18.07.2018, 21:36

İtaliya prezidenti “Heydər Əliyev”, qızı isə “Şöhrət” ordeni aldı

Macarıstan BMT-nin miqrasiya razılaşmasından imtina etdi
18.07.2018, 21:19

Macarıstan BMT-nin miqrasiya razılaşmasından imtina etdi

Azərbaycan hərbçiləri NATO təlimlərinə qatılacaq
18.07.2018, 21:07

Azərbaycan hərbçiləri NATO təlimlərinə qatılacaq

20 ildə 796 923  partlamamış hərbi sursat zərərsizləşdirilib
18.07.2018, 20:50

20 ildə 796 923  partlamamış hərbi sursat zərərsizləşdirilib

İtaliya ilə enerji sahəsində əməkdaşlıq müzakirə olunub
18.07.2018, 20:39

İtaliya ilə enerji sahəsində əməkdaşlıq müzakirə olunub

Şəhərin 90 faizi azad edildi
18.07.2018, 20:29

Şəhərin 90 faizi azad edildi

UNEC-in gənc startapçıları yay düşərgəsində - FOTO
18.07.2018, 20:14

UNEC-in gənc startapçıları yay düşərgəsində - FOTO

“Torpaqlarımız işğaldan azad edildikdə ANAMA-nın üzərinə böyük iş düşəcək” – Fuad Ələsgərov
18.07.2018, 20:02

“Torpaqlarımız işğaldan azad edildikdə ANAMA-nın üzərinə böyük iş düşəcək” – Fuad Ələsgərov

Şimali Kipr sahillərində gəmi-bərə batdı-16 ölü, 30 itkin
18.07.2018, 19:58

Şimali Kipr sahillərində gəmi-bərə batdı-16 ölü, 30 itkin

Zakir Həsənov ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşdü
18.07.2018, 19:48

Zakir Həsənov ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşdü

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb
18.07.2018, 19:38

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb

“Barselona”nın futbolçusu məscid tikdirəcək
18.07.2018, 19:27

“Barselona”nın futbolçusu məscid tikdirəcək

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib
18.07.2018, 19:16

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib

“Avroviziya”ya ilkin razılıq verən ölkələr müəyyənləşdi
18.07.2018, 19:06

“Avroviziya”ya ilkin razılıq verən ölkələr müəyyənləşdi

Trampın istəyi: Daha bir ölkə hərbi xərclərini artırır
18.07.2018, 19:00

Trampın istəyi: Daha bir ölkə hərbi xərclərini artırır

Aleksis Sançes ABŞ-a buraxılmadı
18.07.2018, 18:49

Aleksis Sançes ABŞ-a buraxılmadı

Xəzərdə 58 yaşlı kişi boğulub
18.07.2018, 18:42

Xəzərdə 58 yaşlı kişi boğulub

ANAMA 20 il ərzində 53 min ha ərazini minalardan təmizləyib
18.07.2018, 18:30

ANAMA 20 il ərzində 53 min ha ərazini minalardan təmizləyib

İlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"
18.07.2018, 18:20

İlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"

Məmmədyarov italiyalı həmkarı ilə görüşüb          
18.07.2018, 18:10

Məmmədyarov italiyalı həmkarı ilə görüşüb      

“Asan nömrə”lərin aylıq ödənişi niyə artırıldı? - Azercell AYDINLIQ GƏTİRDİ
18.07.2018, 18:01

“Asan nömrə”lərin aylıq ödənişi niyə artırıldı? - Azercell AYDINLIQ GƏTİRDİ

ARXİV