Modern.az

Bəzi dövlət qurumlarının keçmiş rəhbərliyi əndişədədir - Məsuliyyətə cəlb oluna bilərlər

Bəzi dövlət qurumlarının keçmiş rəhbərliyi əndişədədir - Məsuliyyətə cəlb oluna bilərlər

Hadisə

6 May 2018, 14:34

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 18-də keçirilən andiçmə mərasimində anons etdiyi struktur islahatları və hökumətdəki dəyişiklikləri  gerçəkləşdirdi.

 

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənməsi haqqında imzaladığı son iki sərəncamı ilə iqtidar komandasının bəzi üzvləri kənarda qaldı.

Baş nazir Artur Rasizadə təqaüdə göndərildi, onun yerinə Novruz Məmmədov gətirildi.

Baş nazirin müavinləri Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasov da vəzifələrini itirdilər.

Əvəzində Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov baş nazirin müavini postuna aparıldı.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, kənd təsərrüfatı naziri Heydər Əsədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Dövlət Miqrasiya Xidmətinin rəhbəri Firudin Nəbiyev işdən çıxarıldılar.
 

Hökumətdəki dəyişikliklər bütün diqqəti yeni rəhbər təyinatı gerçəkləşdirilən qurumlara yönəldib.

 

Modern.az-ın məlumatına görə, yeni təyinatların gerçəkləşdiyi dövlət qurumlarında keçmiş rəhbərliyinbaşı dərddədir. Belə ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ciddi araşdırmalar aparılır. Araşdırmaların nəticəsi olaraq artıq məsuliyyət məsələsi gündəmə gəlib. Keçmiş rəhbərliyin bir sıra əməkdaşları məsuliyyətə cəlb oluna bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar