Modern.az

Rusiya bu ilin sonuna qədər Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edə bilər

Rusiya bu ilin sonuna qədər Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edə bilər

6 May 2018, 16:09

Türkiyə bu ilin sonuna qədər Rusiya ilə viza rejiminin ləğv ediləcəyini və ya yüngülləşdiriləcəyini gözləyir.

 

Modern.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Turk" telekanalına danışarkən deyib:

"Mənim fikrimcə Rusiya ilə viza rejimi, qismən olsa belə, ləğv edilə bilər. Ola bilsin ki, ilin sonunadək iki ölkə prezidenti telefon söhbəti zamanı və ya ilk görüşdə vizanın ləğv edilməsi barədə razılığa gəlinəcək". 

 

Qeyd edək ki, Rusiya Türkiyə vətəndaşları üçün viza rejimini 2015-ci ilin noyabrında iki ölkə arasında münasibətlərin soyuması fonunda tətbiq edib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi