13 noyabr 2018, Çərşənbə
Ana Səhifə - - Qarabağ gülməcələri (XVI)
Qarabağ gülməcələri (XVI)
20.08.2011, 12:30

Qarabağ bölgəsinə daxil olan rayonlar ayrı-ayrılıqda zarafatçıl, baməzə adamları ilə, gülməcələri, məzəli söhbətləri ilə məşhurdur. Ömrünün ahıl çağını yaşayan qarabağlı Səfiyar Həsənli real hadisələr əsasında yaranmış gülməcələri toplayaraq, kağıza köçürüb. Modern.az saytı Səfiyar müəllimin qələminin məhsulu olan məzəli söhbətləri silsilə şəklində oxuculara təqdim edir. Müəllif öncə Cəbrayıl rayonu ilə bağlı məzəli əhvalatlarını təqdim edir.

Nə? İlan?!

1951-ci ildən 1961-ci ilə qədər Cəbrayıl rayon partiya komitəsinin birinci katibi gədəbəyli Adil Vəliyev olub. Onun iki xasiyyəti – bir, həddən artıq “qənaətcilliyi” (başqa cür də demək olar, amma qoy ele belə olsun), bir də ilandan bərk qorxması rayonda dillər azbəri idi. 

Hər xasiyyəti ilə bağlı bir əhvalat yazım.

Mahmudlu kəndi Cəbrayilda bütün yolların kəsişdiyi yer olduğundan Adil Vəliyev sahələrə çıxanda həmişə naharını Mahmudludakı yolqırağı çınarlıqda, Nuşirəvanın restoranında eləyirmiş. Düzdü, “raykom” olduğuna görə ondan heç vaxt yediyinin haqqını istəməyə ürək eləyən olmazmış, amma o özü hər dəfə yeyib-içəndən sonra xörəkpaylayanı çağırıb “dəftərə yaz, gələn dəfə verərəm” deyərmiş. Xörəkpaylayan da “baş üstə, yoldaş katib!” deyib haqq-hesabı nisyə dəftərinə qeyd eləyərmiş. Beləcə, Adil Vəliyevin yediyi gəlib indinin pulu ilə 200 manatı aşır.

Bir dəfə o, yenə çınarlıqda nahar eləyib qurtarandan sonra xörəkpaylayanı yanına çağırır. Xörəkpaylayan nisyə dəftərini qapıb tez katibə yaxınlaşır.

- O dəftəri yığışdır! - Adil Vəliyev əlini cibinə salır, - bu gündən nağd verəcəm, - cibindən indiki pulla beş manat çıxardıb xörəkpaylayanın cibinə soxur, - xırdası lazım deyil, - deyib durub çıxır.

Xörəkpaylayan bir cibindəki pula, bir də katibin süfrəsinə baxıb restorandakı müştərilərin sual dolu baxışlarına çiyinlərini çəkməklə cavab verir. Bu vaxt qapıdan çıxmaqda olan katibin səsi eşidilir:

-O verdiyim puldan çayçının cibinə də bir şey qoy!

***

Adil Vəliyevin ilandan qorxması ilə də bağlı da yüngülvarı gülməli bir epizod olub.

“Dostluq” kolxozu Arazqırağı Sarıcallı və Əmirvarlı kəndlərini əhatə eləyirdi.  Kolxozun pambıq sahələrinin bir hissəsi Sovet-İran sərhədi boyunca – Bakı-Naxçıvan dəmiryolu ilə sərhəd dirəklərinin arasında idi. Arazqırağı yerlər həddən artıq qamışlıq olduğundan oralarda ot-alaq əlindən tərpənmək olmurdu. Ona görə də, ordakı sahələrdə pambıq kolları adda-budda bitər, az da məhsul verərdi – bir sözlə, adambiabır eləyən yerlər idi.

“Dostluq” kolxozuna Cəmil Ağakişiyev sədrlik eləyirdi. Ona rayonda “pambığın professoru” deyirdilər, çünki həm savadlı idi, həm də onun pambıq sahələri ideal vəziyyətdə olardı... Sözsüz ki, dediyimiz Arazqırağı ərazilərdən başqa.

Bir gün Adil Vəliyev sahələrə baxmağa gəlir. Cəmil kişinin işindən çox razılıq eləyir.

-Yoldaş Ağakişiyev, sahələrə qulluğu yaxşı təşkil eləmisiniz, - Adil Vəliyev deyir, - çox sağ olun. Gəlin gedək Arazqırağı sahələrə də baxaq, işimizi yekunlaşdıraq.

Cəmil kişi katibi bu fikirdən daşındırmaq üçün bir bəhanə axtarır, amma ağlına karlı bir şey gəlməyib “baş üstə, yoldaş katib” deyib könülsüz razılaşır.

Adil Vəliyevin sürücüsü Qara oğlu Həsən arif adam olub. O, gedəcəkləri sahələrdəki vəziyyətdən xəbərdar imiş. Həm də Cəmil kişinin nigarançılığını duyub katibdən oğrun onu yanlayır:

- Cəmil kişi, katib ilandan bərk qorxur.

Cəmil kişi Qara oğlu Həsənin nə demək istədiyini göydə tutur. Bir neçə addım qabaqda gedən katibə çatır:

- Yoldaş Vəliyev, vallah, getməyinə hara deyirsiz gedək, amma o Arazqırağı yerlər ilan-çayanla doludu.

- Nə?! İlan?!! – Vəliyev “geriyə dön!” komandası almış əsgər kimi cəld fırlanıb geri qayıdır, - Cəmil kişi, yəqin o sahələr də o biriləri kimi səliqəlidi. Day gecdi, lazım deyil, getməyək! – deyib iti addımlarla gedib maşına minir.

Deyilənə görə, Adil Vəliyev o söhbətdən sonra bir də heç vaxt ayağını Arazqırağı ərazilərə basmayıb. 

***

Palan söhbəti

Qaracallı Kazım müəllimlə süleymanlı Firat müəllim bərk dost idilər. Aralarında atkeçməz zarafatları vardı. Zarafatdan pozulmaq söhbətı də olmazmış.

Hər ikisi Arazqırağı Qumlaq kəndində müəllim işləyən vaxt imiş. Yol beyrahat olduğundan onlar məktəbə, dərs deməyə atla gedirmişlər.

Kazım müəllim səliqə-sahmana həddən artıq fikir verən adam idi. Tikişdə-biçişdə də yaxşı əli vardı. Kazım müəllimin hətta atının yəhəri də, yəhərin altından tərlık üçün qoyduğu palan da xüsusi zövqlə tikilmiş olardı. 

Bir dəfə Kazım müəllim atına qəttəzə bərli-bəzəkli, zərli-qotazlı palan tikib qoyubmuş. Firat müəllim Kazım müəllimin atının işləmələrlə bəzənmiş palanına heyranlıqla baxıb ona atmaca atır:

-Bəh-bəh, Kazım müəllim, əla palandı! Sənin yerinə olsam, müəllimliyin daşını atardım. Əlində gül kimi sənətin var, səndən əntiqə palançı çıxar!

Kazım müəllim tez atını Firat müəllimin atına yaxın sürür, heybəsindən bir ip çıxardıb Firat müəllimin enini-boyunu ölçməyə başlayır:

- Ürəyini qısma, qardaş canı, sabah sənə bundan da yaxşısını tikərəm!

Bu söhbətdən sonra Cəbrayılda kim həddən artıq zərli paltar geyərdisə, əlbəəl deyərdilər: “Mübarəkdi! Kazım müəllim tikib?”

***

Uçan QAZ-51

Qarabağın hər yeri gözəldi, bunu demək artıqdı, amma gözəlı gözəl eləyən nəysə xüsusi bir cizgi olur. Görənlər bilir ki, Sirik kəndi də zoğal, qoz, çinar meşələri, sərin bulaqları ilə Cəbrayıla yaraşıq verən belə bir gözəl cizgi idi...

Sirik kəndi Cəbrayılın ən qədim kəndlərindən biridi. Deyirlər, Sirik camaatı oralarda 7-ci əsrdə binə qoyublar.

Tarixçilərin işinə çox qarışmaq istəmirəm, mənimki riyaziyyatdı, amma Siriyin tarixi haqda bir-iki söz desəm, sonradan bu kənddə baş verən məzəli əhvalatların damarını asan tutmuş olarsınız.

Sirik camaatı üç fərqli xüsusiyyətə malikdirlər: birincisi, onlar qarğış eləyəndə “Allah Müaviyyəyə lənət eləsin!” deyirlər. İkincisi, siriklilər bir-birini adları ilə yox, atalarının adı ilə çağırırlar (məsələn, Əlioğlu, Həsənoğlu, Əhmədoğlu). [Qarabağda əsasən adamı ya tayfasına, ya da sənətinə görə çağırırlar, məsələn Məlikli Musa, Bəyişli Çingiz, xarrat Nazım və s.]. Və üçüncüsü, Sirik camaatı, xüsusən də yaşlı adamlar çox fərqli bir intonasiya ilə - bəzi hərfləri uzada-uzada danışırlar. Belə ehtimal eləmək olar ki, siriklilər Müaviyyə dövründə buralara gəliblər. 

 Müaviyyə haqda tarixdən məlum olan bir-iki cümlə:  Müaviyyə - Abu Sufyan ibn Harb-la Hind bint Utba-nın oğlu olmaqla Üməyyad xilafətinin 1-ci xəlifəsi olub. Məkkəni müsəlmanlar tutanda Müaviyyənin ailəsi İslamı qəbul edir. O, Əbu Bəkr və Ömərin xəlifəliyi dövründə Suriyada Bizanslara qarşı vuruşur. Osman ibn Əffan üçüncü xəlifə olanda o, qohumu Müaviyyəni Suriyanın valisi təyin eləyir. Amma Əli ibn Əbi-Talib xəlifə olanda Müaviyyəni vali vəzifəsindən çıxarır. Müaviyyə, Əlinin əmrinə tabe olmur və suriyalıların köməyi ilə Əliyə qarşı üsyan qaldırır.

Əli ibn Əbi-Talib Müaviyyəyə qarşı ordu yeritmək istəyir, amma Mədinədəki siyasi dairələr buna razı olmadığından o, fikrini dəyişır. Nəhayət, 657-ci ildə Əli ibn Əbi-Talib Dəməşqə hücüm etir, Siffin döyüşündə Müaviyyə tərəfdarlarını məğlub edir.

Həsən inb Əli Müaviyyə ilə barışıq sazişi imzalayır və Mədinədə sakit həyat yaşayır. Bundan istifadə eləyən Müaviyyə Üməyyad Xilafətini qurur və xilafəti Mədinədən yox, Dəməşqdən idarə eləyir.

Şiələr bir neçə səbəbə görə Müaviyyəni xoşlamırlar. Birincisi, o, Siffin döyüşündə Əliyə qarşı vuruşub.  İkincisi, Müaviyyə Həsən ibn Əlinin vəfatından sonra onunla bağladığı sülh sazişini pozub və öz oğlu Yəzidi davamçısı təyin eləyib. Üçüncüsü, deyilənə görə, o, Həsən ibn Əlini zövcəsi, fars qızı Cada binte Ashas-ı aldadaraq Həsən ibn Əlini zəhərlədib öldürüb. Və nəhayət dördüncüsü – o, Məhəmməd peyğəmbərin xeyli tərfdaşını öldürtdürüb.

Dediyimiz kimi, Müaviyyə Dəməşqdə hakimiyyətdə olanda Əli tərəfdarlarını Suriyadan başqa yerlərə köçürdürmüş. Ola bilsin ki, siriklilərin ulu babaları da Müaviyyəyə qarşı vuruşduqlarından onlar bu yerlərə köçürülüblər. “Sirik” sözünün “Suriya” sözü ilə səsləşməsi də, güman ki, təsadüfi deyil.

Siriklilərin bir xüsusunu da deyim. Onlar din adamlarını gözləri üstündə saxlayarlar. Hacı Qasım Çələbi kimi hörmətli din alımlərini and yerlərinə çevirirlər.

Bu qısa xulasədən sonra keçək əhvalatlara.

Bir gün Sirik kəndinə təzə QAZ-51 maşın verirlər. Fərrux oğlu Alıkərimin əvvəllər hansı maşını sürdüyünü bilmirəm, amma QAZ-51-i o sürməli olur. Alıkərimin bir xasiyyətini qeyd eləyək, lazım olacaq – o, maşını çox bərk sürürmüş, yəni, indiki dillə desək, köhnənin “avtoşu” imiş.

Bir dəfə Alıkərim həmkəndlisi (adını tapa bilmədim, “Səməd” deyək) Səmədlə Dağ Xələflidən Qərər kəndinə tərəf enirmiş. Maşın təzə, yol yoldaşı da danışqan... Alıkərimin başı söhbətə nə təhər qarışırsa, bir də görür maşın dərə aşağı elə yellənib ki, yığışdırmasa, gedib çaylağa yuvarlanacaq. Sükanı o tərəf, bu tərəfə burub zorla maşını yoldan çıxmağa qoymur və panik halda yalvarmağa başlayır:

-Ya Hacı Qasım Cələbi, dada yet! Ya Hacı Qasım Cələbi, cəddinə qurban, dada yet!!!

- Ayə, rəhmətliyin oğlu, - həmkəndlisi Səməd cəld Alıkərimi dümsükləyib əyləci göstərir, - Hacı Qasım Cələbinin cəddinə qurban, o neyləsin, ortadakın bas e, ortadakın! 

Alıkərim əyləci basıb maşını saxlayır. Qəzanın ötüşdüyünü görüb dərindən nəfəs alır. Qorxudan ağappaq olmuş üzünü Səmədə çevirib deyir:

- Bıy, hə ye ə, bu tamam yadımdan çıxmışdı! 

***

Fərrux oğlu Alıkərimlə bağlı bir qısa əhvalat da var.

Fikrət Vəlixanov Cəbrayıla təzəlikcə birinci katib gələn vaxt imiş. O, həm təzə olduğundan, həm də elə ilk günlərdən söyüşcül adam kimi tanındığından, camaat ondan çəkinirmiş.

Bir dəfə Vəlixanov sürücüsü İsrafil Mirzəyevlə raykomun “Niva”sında Mahmudlu kəndinə gedirmiş. Birdən Alıkərim QAZ51-lə çox sürətlə gəlib onları keçir. QAZ51-in arxasından qalxan toz Vəlixanovun “Niva”sını bürüyür.

- Ə, İsrafil, - Vəlixanov hirslə sürücüsünə deyir, - tez sür ona çat görüm o kopolu kimdi? (Vəlixanov ləzgi olduğundan, “köpək oğlu” ifadəsini “kopolu” deyirdi)

İsrafil sürəti artırıb Alıkərimə çatır, siqnal verib onu saxlatdırır. Vəlixanov “Niva”dan düşüb acıqla Alıkərimin maşınına tərəf gedir. Alıkərim gələn adamın katib olduğunu görüb tez kabinkadan yerə tullanır, Vəlixanova tərəf gedib üzrxahlıqla deyir:

-  Yoldaş Vəlixanov, vallah, Hacı Qaraman haqqı elə bildim İsiqulusan e!

Alıkərimin bu sözündən lap özündən çıxan Vəlixanovun söyüşlərini yazmıram, özünüz təsəvvür eləyə bilərsiniz.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Aliyev Rasim Bbaw
25.08.2011, 18:50

Cox maraqli idi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi biznesmen Ukraynada saxlanılıb
13.11.2018, 11:17

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi biznesmen Ukraynada saxlanılıb

Şükranlıq, yaxud boz küçüyün taleyi  
13.11.2018, 11:01

Şükranlıq, yaxud boz küçüyün taleyi  

“Mədəniyyət.az” jurnalının növbəti sayı çıxdı
13.11.2018, 10:58

“Mədəniyyət.az” jurnalının növbəti sayı çıxdı

Lənkəranda çılpaq ilbizlərlə mübarizə aparılır
13.11.2018, 10:54

Lənkəranda çılpaq ilbizlərlə mübarizə aparılır

Ermənistan büdcəsinin gəlir və xərcləri açıqlandı
13.11.2018, 10:50

Ermənistan büdcəsinin gəlir və xərcləri açıqlandı

“Azərişıq” qış mövsümü ilə bağlı vəd VERDİ
13.11.2018, 10:47

“Azərişıq” qış mövsümü ilə bağlı vəd VERDİ

Gömrükdən gizlədilən 61 telefon aşkarlandı
13.11.2018, 10:42

Gömrükdən gizlədilən 61 telefon aşkarlandı

Ötən gün Azərbaycan yollarında 2 nəfər ölüb
13.11.2018, 10:39

Ötən gün Azərbaycan yollarında 2 nəfər ölüb

Azərbaycan İsveç, Norveç və Finlandiyaya yeni səfir göndərəcək? - XİN-dən yeni AÇIQLAMA
13.11.2018, 10:37

Azərbaycan İsveç, Norveç və Finlandiyaya yeni səfir göndərəcək? - XİN-dən yeni AÇIQLAMA

ATƏT sabah cəbhə xəttinə gedəcək
13.11.2018, 10:34

ATƏT sabah cəbhə xəttinə gedəcək

Məcburi köçkünlərin binasında yanğın - FOTOLAR
13.11.2018, 10:21

Məcburi köçkünlərin binasında yanğın - FOTOLAR

Neft 69 dollardan ucuz satılır
13.11.2018, 10:17

Neft 69 dollardan ucuz satılır

200-dən çox şəxsə mal və materiallar verilib
13.11.2018, 10:09

200-dən çox şəxsə mal və materiallar verilib

BANM-da Avropa İttifaqının yeni layihəsi müzakirə olunub
13.11.2018, 10:09

BANM-da Avropa İttifaqının yeni layihəsi müzakirə olunub

Hökumət kartof istehsalçılarını necə xilas etdi...   
13.11.2018, 10:03

Hökumət kartof istehsalçılarını necə xilas etdi...  

Ağcabədidə  74 yaşlı qadın evində yanaraq öldü
13.11.2018, 09:55

Ağcabədidə  74 yaşlı qadın evində yanaraq öldü

Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
13.11.2018, 09:47

Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır

“Bakcell”in dəstəyilə keçirilmiş M.A.P. Festivalı unudulmaz təəssüratlar bəxş edib
13.11.2018, 09:39

“Bakcell”in dəstəyilə keçirilmiş M.A.P. Festivalı unudulmaz təəssüratlar bəxş edib

Salyanda ağır qəza: Ölən və yaralananlar var
13.11.2018, 09:36

Salyanda ağır qəza: Ölən və yaralananlar var

Ermənilər mövqelərimizə pulemyotlardan atəş açdılar
13.11.2018, 09:29

Ermənilər mövqelərimizə pulemyotlardan atəş açdılar

114 şəhidin vərəsəsinə ödəniş edildi - RƏSMİ
13.11.2018, 09:18

114 şəhidin vərəsəsinə ödəniş edildi - RƏSMİ

Xalq rəssamı Ömər Eldarova ağır itki üz verib   
13.11.2018, 08:58

Xalq rəssamı Ömər Eldarova ağır itki üz verib  

Azərbaycanda bu məhsullar bahalaşıb - SİYAHI   
13.11.2018, 08:46

Azərbaycanda bu məhsullar bahalaşıb - SİYAHI  

Dəhşətli meşə yanğınlarında  44 nəfər ölüb
13.11.2018, 08:31

Dəhşətli meşə yanğınlarında  44 nəfər ölüb

Manat və dollarun bugünkü MƏZƏNNƏSİ
13.11.2018, 08:26

Manat və dollarun bugünkü MƏZƏNNƏSİ

Tramp OPEK-i hasilatı azaltmamağa çağırdı
13.11.2018, 01:11

Tramp OPEK-i hasilatı azaltmamağa çağırdı

Rusiyada terror aktı planlaşdıran İŞİD üzvləri saxlanıldı
13.11.2018, 00:53

Rusiyada terror aktı planlaşdıran İŞİD üzvləri saxlanıldı

Ukrayna ABŞ-la razılıq əldə etdi
13.11.2018, 00:31

Ukrayna ABŞ-la razılıq əldə etdi

Marvelin yaradıcısı öldü
13.11.2018, 00:15

Marvelin yaradıcısı öldü

Goranboyda ağır qəza
12.11.2018, 23:53

Goranboyda ağır qəza

Azərbaycan nefti ucuzlaşdı
12.11.2018, 23:36

Azərbaycan nefti ucuzlaşdı

Vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub
12.11.2018, 23:23

Vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub

İsrail Qəzzaya raket zərbələri endirib
12.11.2018, 23:10

İsrail Qəzzaya raket zərbələri endirib

Ukraynada polis rəisi olan azərbaycanlı xanım - FOTO
12.11.2018, 22:55

Ukraynada polis rəisi olan azərbaycanlı xanım - FOTO

Kəsdiyi ağac Kürdəmir sakinini öldürdü
12.11.2018, 22:41

Kəsdiyi ağac Kürdəmir sakinini öldürdü

Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizəd ola bilər
12.11.2018, 22:26

Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizəd ola bilər

Kaliforniyadakı dəhşətli yanğında 31 nəfər öldü
12.11.2018, 22:10

Kaliforniyadakı dəhşətli yanğında 31 nəfər öldü

İranda bu estetik əməliyyatları edənlər cəzalandırılacaq
12.11.2018, 21:58

İranda bu estetik əməliyyatları edənlər cəzalandırılacaq

Motosikletdən düşən bomba həyacanlı anlar yaşatdı
12.11.2018, 21:43

Motosikletdən düşən bomba həyacanlı anlar yaşatdı

İcra başçısının sabiq müavininin evinə basqın oldu
12.11.2018, 21:30

İcra başçısının sabiq müavininin evinə basqın oldu

 Azərbaycana yeni qaz sayğacları gətirilib
12.11.2018, 21:16

 Azərbaycana yeni qaz sayğacları gətirilib

Bərdədə 2 piyada vuruldu: 1 ölü, 1 yaralı
12.11.2018, 21:02

Bərdədə 2 piyada vuruldu: 1 ölü, 1 yaralı

NATO-dan Türkiyə açıqlaması
12.11.2018, 20:50

NATO-dan Türkiyə açıqlaması

ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində aerodrom inşa edir
12.11.2018, 20:37

ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində aerodrom inşa edir

Cəlilabadda 15 yaşlı yeniyetmə intihar etdi
12.11.2018, 20:26

Cəlilabadda 15 yaşlı yeniyetmə intihar etdi

Ermənistanda xaos dərinləşir
12.11.2018, 20:14

Ermənistanda xaos dərinləşir

Rusiya miqrantlara qarşı siyasəti sərtləşdirir
12.11.2018, 20:01

Rusiya miqrantlara qarşı siyasəti sərtləşdirir

Gəncədə partlamamış hərbi sursat tapıldı
12.11.2018, 20:00

Gəncədə partlamamış hərbi sursat tapıldı

Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açıldı
12.11.2018, 19:55

Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açıldı

Kartof oğrusu tutuldu 
12.11.2018, 19:49

Kartof oğrusu tutuldu 

ARXİV