Modern.az

“Exo”nun baş redaktoru Rauf Talışinski vəfat etdi  

“Exo”nun baş redaktoru Rauf Talışinski vəfat etdi  

8 May 2018, 10:26

Azərbaycanda nəşr olunan rusdilli "Exo" qəzetinin baş redaktoru, "Əməkdar jurnalist" Rauf Talışinski mayın 8-nə keçən gecə 62 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə "Exo" qəzetinin işçiləri bildiriblər. Onun qəfil ürəktutmasından öldüyü bildirilir. 

R.Talışinski Azərbaycan jurnalistikasının tanınmış simalarından biri idi.


Modern.az-ın məlumatına görə, Rauf Talışinski 1956-cı ildə anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmən fakültədə aspirantura təhsili alıb. O, filologiya elmləri üzrə fəlsəfə doktorudur.

R.Talışinski “Molodej Azerbaydjana" (1978-1981), “Vışka” qəzetlərində çalışıb. 1981-1989-cu illərdə “İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri, 1990-cı ildən “Zerkalo” qəzetinin baş redaktoru olub.
2001-ci ildən bu günə kimi isə “Exo” qəzetinin baş redaktoru postunda çalışıb



Allah rəhmət eləsin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır