Modern.az

Avropada ən çox ziyarətçisi olan 10 ən yaxşı qəzet saytları (SİYAHI)

Avropada ən çox ziyarətçisi olan 10 ən yaxşı qəzet saytları (SİYAHI)

21 Avqust 2011, 23:07

Modern.az-ın xəbərinə görə, Türkiyənin “Hürriyət” qəzetinin internet saytı - hurriyet.com.tr – bir ayda 9.5 milyon ziyarətçisiylə Avropada ən çox baxılan 4-cü xəbər portalı oldu.

İnterneti analiz şirkəti “Comscore”nin hesabatına görə, bir ay ərzində ən çox ziyatərtçi sayına görə, 1-ci yeri ingilislərin “Daily Mail” (Mail Online), 2-ci yeri “Guardian” (guardian.co.uk) qəzetlərinin, 3-cü yeri isə Almaniyanın “Bild” qəzetinin (bild.de) saytı tutub. hurriyet.com.tr 4-cü olarkən, Türkiyənin digər qəzeti “Milliyyət”in saytı (milliyet.com.tr) da 5-ci yeri tutub.

milliyyət.com.tr-nin ziyarətçilərinin sayı 8.8 milyon olub.

Bir ay ərzində Avropanın ən çox oxunan qəzetinin – “Daily Mail”in internet saytının ziyarətçi sayı 17.2 milyon olub. “Guardian”ın saytını 13.5, “Bild”in saytını isə 9.9 milyon adam ziyarət edib

Hesabata görə, 6-cı yeri tutan Fransanın “Le Monde” qəzetinin saytının 6.7 milyon ziyarətçisi olub.

Rusiyanın “Pravda” qəzetinin saytını 5.7 milyon ziyarətçi izləyib ki, bu da onun 7-ci yeri tutmasına səbəb olub. 9-cu yerdə Fransanın “Le Figaro” qəzeti (5.5 milyon ziyarətçi), 10-cu yeri Rusiyanın “Ria Novosti” portalı (5.4 ziyarətçi) tutub.

Maraqlıdır ki, bu sıralamada 8-ci yeri ABŞ-ın “Nyu York Times” qəzetinin saytı tutub. Bir ayda bu qəzetin saytına təkcə Avropadan 5.7 milyon ziyarətçi baxıb. Amma ümumilikdə dünya üzrə ziyarətçi sayına görə, 1-ci yeri “Nyu York Times” qəzetinin saytı uzun müddətdir öz əlində saxlayır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu