Modern.az

“Rauf Talışinski təkcə iş yoldaşı deyildi” - Həmkarlarının onunla bağlı XATİRƏLƏRİ

“Rauf Talışinski təkcə iş yoldaşı deyildi” - Həmkarlarının onunla bağlı XATİRƏLƏRİ

8 May 2018, 18:17


Azərbaycanda nəşr olunan rusdilli "Exo" qəzetinin baş redaktoru, "Əməkdar jurnalist" Rauf Talışinski mayın 8-də 62 yaşında ürəktutmasından vəfat edib. R.Talışinski Azərbaycan jurnalistikasının tanınmış simalarından biri idi.

Modern.az saytı vaxtilə Rauf Talışinski ilə bir redaksiyada çalışmış jurnalistlərin mərhum baş redaktorla bağlı xatirələrini təqdim edir.


Vaxtilə Rauf Talışinskinin rəhbərliyi altında "Zerkalo" qəzetində
çalışmış jurnalsit Azər Rəşidoğlu:

“Rauf Talışinski ilə işlədiyim vaxtlar idi. İnternet populyar deyildi. Bu qədər sayt da yox idi. "Zerkalo" o vaxt həftədə bir dəfə 64 səhifə ilə çıxırdı. Siyasət və informasiyaya mən cavabdeh idim. Son məlumatları, təhlil və müsahibəni səhifələrə qoyub, getdim evə. Səhər qəzetlərə baxanda gördüm ki, bir vacib məlumatı verməmişəm. Bütün qəzetlər çap edib. Qorxdum ki, indi şef gəlib danlayacaq. Aradan çıxmaq istəyirdim ki, girdi otağa. Adətən, öz otağına çağırmazdı, özü gələrdi. Qəzetləri bir-bir qarşıma qoydu, mənim vermədiyim məlumatı göstərdi. Heç nə demədi. Başını yellədi, sakit tərzdə - “Starik (mənə belə deyərdi), hamı dərc edib, sən yox”. Əlimi sıxdı, getdi otağına. Heç vaxt qışqırmazdı. Onun bu addımı mənə şapalaq idi. Belə sındırdı məni. Əsl peşəkar idi”.

“Exo” qəzetinin redaktor müavini Dilbər Axundzadə deyir ki, Rauf Talışinski təkcə iş yoldaşı deyildi:

“Rauf Talışinski çox gözəl jurnalist idi. Onunla 30 il bir yerdə çalışmışıq. İstedad ona tanrı tərəfindən hədiyyə verilmişdi. Böyük insani keyfiyyətlərə malik idi. 60 illik təcrübəm var. Deyə bilərəm ki, Rauf müəllim kimi insanlarla ünsiyyət qurmağı bacaran birini tanımıram. O istisna idi.

Həmçinin, o, çox mükəmməl təhsil alıb. Moskva Dövlət Universitetini bitirib. Etibarlı və düzgün məsləhətlər verə bilən insan idi. Sizə səmimi deyəcəm: Bir qız övladım (jurnalist, “Exo”nun şərhçisi Nurani-red.) var. Həmişə əmin idim ki, mən olmasam, Rauf Talışinski qızımın qeydinə qalacaq. Həm iş yoldaşı, həm də dost kimi təkrarolunmazdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir