Modern.az

Gürcüstanda azərbaycanlı ər-arvadın oyununa 1000-dək Tiflis sakini toplaşıb

Gürcüstanda azərbaycanlı ər-arvadın oyununa 1000-dək Tiflis sakini toplaşıb

1 Dekabr 2009, 15:30

st1:*{behavior:url(#ieooui) }

Bizim ər-avad arasında olan klassik söz-söhbətlər indi də Gürcüstanda marağa səbəb olub. Minə yaxın Tiflis sakini yığışıb azərbaycanlı bir ailənin boşanma səhnəsinə tamaşa edib. Hadisə bu cür baş verib:

 

Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi ilə Tiflisdə teatr pərdələri açılır. Azərbaycan  ailəsi Gürcüstanın paytaxtında minə yaxın tamaşaçı önündə dalaşmağa başlayır. Ər bir az qorxaq, evdə sözü keçməyən, arvad isə qışqıran-bağıran biri. Hər söhbətləri arvadın qışqırmağı ilə bitir.

 

Arvadı Minnətin əlindən bezən Mərcan ağa canını ondan qurtarmaq üçün müxtəlif yollara əl atır. Gah tez-tez yatır və ya özünü yatmışlığa qoyur, gah evdən çıxıb gedir və bəzən yazıq halda öz-özünə mahnı da oxuyur.

 

Çıxış yolu kimi həyat yoldaşını öz dostuna sırıyan və üstündə pul da verən Mərcan ağa başqa bir qızla evlənmək istəyir. Sonda bilinir ki, həmin o qız elə Mərcan ağanın öz arvadı imiş.

 

Üzeyir Hacıbəyvun “Ər-Arvad” musiqili kamediyası Tiflisdəki Azərbaycan Dram Teatrı tərəfindən səhnəyə qoyuldu. Tiflisdə primyerası olan tamaşanın rejissoru Turqay Vəlizadə də öz debütünü etdi. Yəni, həm tamaşa ilk dəfə idi ki Gürcüstanda oynanılırdı, həm də bu tamaşa rejissorun ilk işi idi.

 

“Mənim üçün əsas odur ki, Azərbaycan əsərini gürcü və başqa millətlərə göstərə bildim. Buna görə çox sevinirəm”-deyə rejissor Turqay Vəlizadə Modern.az-ın müxbiri ilə söhbətində deyib. 

Üzeyir Hacıbəyovun “Ər-Arvad”ını Tiflisə gətirənlər Gürcüstandakı Azərbaycan Dövlət Dram Teatrının aktyorları Binəli İsmayıloğlu, Şeyla Şamoyeva, Fazil Bayramov, Mənzərə Sadıqova, Aslan Məmmədov və Aidə Tağıyeva oldular. 

 

 

 

 

 

Vüqar Baba Tiflis, Gürcüstan

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir