16 oktyabr 2018, Çərşənbə
Ana Səhifə - TƏHSİL - “O biri dünya ilə yaşayan biri deyiləm” - 700 bal toplayan tələbə - MÜSAHİBƏ
“O biri dünya ilə yaşayan biri deyiləm” - 700 bal toplayan tələbə - MÜSAHİBƏ
10.05.2018, 12:40

Elmir Əhmədov: “Rus bölməsində təhsil alanlar daha dünyagörüşlü olurlar”

 

2017-2018-ci  tədris ilində ali məktəblərə qəbul imtahanında I ixtisas qrupu üzrə 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olunan Elmir Əhmədov AzEdu.az-a müsahibə verib. Modern.az həmin müsahibəni təqdim edir. 

 

- Elmir, proseslərin avtomatlaşdırılması və proqramlaşdırma - bu  iki ixtisas bəzən eyniləşdirilir. Bəs onlar arasındakı əsas fərqlər nələrdir?

 

- Fərq ondandır ki, proseslərin avtomatlaşdırılması daha çox sənaye yönümlü sahədir. Lakin özündə kompüter elmlərinin əsaslarını da əks etdirir. Sadə dildə desək, proseslərin avtomatlaşdırılması kompüter   və sənayə mühəndisliyinin qarışığıdır.

 

- Biliklərinizi təkcə universitet dərsliklərindən əldə edirsiniz, yoxsa əlavə başqa ədəbiyyatlara da baxırsınız?

 

-Hazırkı biliklərimin çoxu universitet sayəsindədir. İndi ixtisasımdan çox, ingilis dilinin dərinliklərini öyrənirik. Əsas fənnlərin tədrisi hələ başlamayıb.

 

- Qəbul imtahanında maksimum nəticə göstərib tələbə oldunuz. Ali məktəb insanın dünyagörüşü və təfəkkürünə, həyat tərzinə də təsir edir. Bu mənada Bakı Ali Neft Məktəbi həyatınızda nələri dəyişdi?

 

- Universitetə daxil olandan sonra tələbə kimi həyatın məsuliyyətlərini daha çox dərk etdim. Daha sərbəst həyat seçmişəm. Ən böyük fərq həyata və dərslərə daha sərbəst yanaşmağımdadır. Məktəb vaxtı müəllimlər bizə daha çox qayğı göstərirdilərsə, universitetdə çalışıram ki, dərslərimi özüm sərbəst oxuyum və yeni biliklər əldə edim.

 

- Məlumdur ki, abituriyentlər qəbul imtahanına hazırlaşarkən  arzu və istəklərinə, həvəslərinə müəyyən məhdudiyyətlər qoyulur. Sizdə isə bunun əksi hiss olunur. Sərbəstlik xarakterinizdə var,  yoxsa, bunu sizə universitet qazandırıb?

 

- Tam  olmasa da, ali məktəb buna çox güclü təkan verdi.

 

- 700  bal toplamaq üçün bütün gün özünü kitaba həsr etmək və gəncliyin bəzi tələblərinə, istəklərinə  vaxt ayırmamaq vacibdirmi?

 

- Bir çox yüksək bal toplayan tələbələr deyir ki, sırf dərsə fokuslanmaq lazımdır. Bu yanaşmanın düzgün olmadığını düşünürəm. Asudə vaxta da diqqət yetirilməlidir. Abituriyent olanda nə telefona, nə də televiziyaya baxmağa məhdudiyyət qoymuşam. Hamısına vaxt ayırırdım. Amma əsas dərslərimə üstünlük verirdim. Məktəbdəki tədbirlərdə fəal iştirak edirdim.

 

- Qızlara da vaxt ayırırdız?..

 

- Düzü,  indi sevdiyim xanım yoxdur. Abituriyent olanda da xüsusi biri olmayıb. Sadəcə, məsələ hər oğlanda olduğu kimi olub.

 

- Elmir, hiss olunur ki, fikirlərinizi ifadə etməkdə çətinlik çəkirsiniz. Hazırlaşdığınız ixtisas qrupunun bunda rolu varmı?

- Bəli, var. Dəqiq elmlərə yönələn tələbələr daha çox danışmağa yox, yazmağa üstünlük verirlər. İxtisas qrupumdan başqa,  burda xarakterimin də rolu var. Çox danışmağı sevən biri deyiləm.

 

- Bu, sizə ictimai yerlərdə və vacib məqamlarda problem yaratmır?

 

- Xeyr, çox vaxt yaratmır. Bu halımdan məmnunam. Danışmaq gümüşdürsə, susmaq qızıldır.

 

- 700 bal toplamış bir gənc olaraq özünü ifadə etməkdə çətinlik çəkməyiniz müəllimlərinin və ya ətrafının hansısa iradına səbəb olubmu?

 

- Xeyr. Hamı bunu normal qarşılayır. Bilirlər ki, rus, Azərbaycan və ingilis bölmələrində oxumuşam. Buna görə də fikirlərimi ifadə etməkdə çətinlik çəkirəm.

 

- Rusca daha yaxşı bilirsiniz, yoxsa ingiliscə?

 

- Hazırda ingilis dilini daha yaxşı bilirəm. Amma rus dilini də ondan pis bildiyimi söyləyə bilmərəm.

 

- İngilis dili demişkən, bir çox insan dil bilgilərini artırmaq üçün müxtəlif üsullardan istifadə etsə də, istəyinə nail ola bilmir. Onlara nə məsləhət görərdiniz? Çox söz əzbərləməklə dil öyrənmək mümkündürmü?

 

- Bir çox insan dil öyrənərkən klassik metodlardan istifadə edir. Çoxlu-çoxlu söz əzbərləməyə istiqamətlənir.  Sırf kitablarla işləməyə üstünlük verənlər də az deyil. Mən deyərdim ki, daha yaxşı və interaktiv üsul ingilis dilində olan filmlərə, müsahibələrə baxmaq, xəbərlərə qulaq asmaq, məqalələr oxumaqdır. Mənim ingilis dilini öyrənməyimdə bu faktorlar çox böyük rol oynayıb.

 

- İngilis dilində təxminən nə qədər söz bilirsiniz?

 

-  Təxminən,  “upper intermediate” səviyyəsində olan insanın bildiyindən bir az çox və ya bir az söz bilirəm.

 

- İxtisasın dəqiq elmlərə daha yaxındır. Buna baxmayaraq, proqramçıların bir çoxu hobbi olaraq başqa sahələrə, xüsusən də ədəbiyyata maraq göstərirlər. Bəs, Elmirin ədəbiyyata marağı necədir?

 

- Ədəbiyyat həvəskarı deyiləm. Amma yayda boş vaxtlarımda bədii kitab oxumağı xoşlayıram.

 

- Əsasən hansı bədii kitabları oxuyursunuz?

 

- Əsasən, detektiv janra üstünlük verirəm. Mənim üçün əsas olan yazıçının kimliyi deyil, kitabın süjeti, məzmunudur. Lakin Aqata Kristi və Çingiz Abdullayevin əsərlərini bəyənirəm.

 

- Azərbaycan tarixinə marağınız necədir?

 

- Məktəbdə təhsil alanda dünya tarixini daha çox sevirdim, nəinki Azərbaycan tarixini. Mənə dünya tarixi daha maraqlı gəlib.

 

- Azərbaycan tarixinin sizin üçün maraqlı olmayan tərəfləri  hansılar idi?

 

- “Maraqlı deyil” deməzdim. Sadəcə, dünya tarixini nisbətən daha çox xoşlayırdım. Hər bir Azərbaycan vətəndaşı öz tarixi ilə tanışdır. Lakin Avropa mədəniyyəti və  onların qədim adət-ənənələrindən bir çoxlarımız xəbərsizik. Ona görə də dünya tarixi həmişə mənə daha maraqlı gəlib.

 

- Hazırlaşdığınız ixtisas qrupunda tarix fənni yoxdur. Bu sizi Azərbaycan tarixinə aid biliklərə yiyələnməkdən uzaqlaşdırıbmı?

 

- Qrupumun tarixə aidiyyəti olmamasına baxmayaraq, orta məktəbdə tarix fənnini yaxşı oxuyurdum. Deyərdim ki, tarix biliklərim kifayət qədər normaldır. Azərbaycan tarixində baş verən bütün əsas hadisələri sadalaya bilərəm.

 

- Elmir, bir zamanlar hüquqşünaslıq ixtisasında təhsil almaq dəbdə idi. Hazırda isə təhsil aldığınız ixtisasa tələbat daha çoxdur. Bu sahəyə istiqamətlənməyində maliyyə faktorunun rolu nə qədərdir?

 

- Mənim dəqiq elmlərə aid sahəni seçməyimdə əsas səbəb dəqiq fənnlərə olan həvəsimdən qaynaqlanıb. Məktəb vaxtı kimya və fizikanı çox sevirdim. Həmçinin uşaqlıqda soruşanda ki, özünü gələcəkdə kim olaraq görürsən, ağlıma mühəndislik sahəsi gəlib.

 

- Suala daha aydın cavab istərdik: Yəni, yüksəkgəlirli sahədə pul qazanmağı qarşınıza məqsəd qoymamısızmı?

 

- Mənim üçün gəlir prioritet deyil. İstənilən sahədə püxtələşmiş kadr kifayət qədər uğurlu ola bilər.

 

- Bir neçə ildən sonra  Bakı Ali Neft Məktəbini bitirəcəksiniz. Dil bilgiləriniz mükəmməldir və kifayət qədər savadlısınız. Fərz edək ki, sizi aylıq 500 manat əməkhaqqı nəzərdə tutulan işə dəvət edirlər. Təklifi qəbul edərdinizmi?

 

-  Əlbəttə ki, xeyr.

 

- Deməli, maliyyə prioritet hesab oluna bilər. Bəs, gələcəkdə minimum nə qədər əməkhaqqı qane edər?

 

- Bakı Ali Neft Məktəbini bitirən tələbələr işə qəbul olunarkən heç bir problemlə qarşılaşmırlar. Onlara azı 1000 manatlıq maaş təklif edilir. Düşünürəm ki, burda da mənim problemim olmayacaq. Bu sadəcə ilkin mərhələdir. Bundan sonrası isə insanın özündən asılıdır.

 

- Hansı xarici şirkətdə işləməyi düşünürsünüz?

 

- BP şirkətində çalışmaq istərdim.

 

- Sizcə, Azərbaycanda işçiyə BP-nin yaratdığı imkanları yarada biləcək hansısa başqa şirkət varmı?

 

- Azərbaycanda bu istiqamətdə ağla gələn birinci şirkət SOCAR-dır. Amma SOCAR nə qədər uğurlu şirkət olsa da, dünya səviyyəsinə çatmağına hələ çox var.

 

- Aşağı siniflərdə Quba Özəl Türk Liseyində təhsil almısınız. Məlum məsələdir ki, yataqxana həyatı məktəbdən bir qədər fərqlənir. Liseydə hansı maraqlı hadisələr baş verib?

 

- Türk liseyi deyəndə bir çox xatirələr yadıma düşür. Yayda getdiyimiz kamplardakı macəralarımız, yataqxanada olarkən uşaqlarla etdiyimiz dəcəlliklər, oyunlar, bir yerdə keçirdiyimiz asudə vaxtları xatırlayıram.

 

- Türk liseylərində şagirdlərə ev tapşırıqlarını yerinə yetirmək üçün etüd saatları ayrılırdı. Səmimi danışaq, bu vaxtı  dərs oxumağa, yoxsa başqa məşğuliyyətlərə sərf edirdiniz?

 

- Etüd saatları formal olaraq ev tapşırıqlarını yerinə yetirmək üçündür. Lakin bu saatlarda ev tapşırığından başqa hər şey edirdik. Baxmayaraq ki, nəzarət ciddi idi. Həm səs salırdıq, həm də oynayırdıq.

 

- Liseydə qızlar təhsil almırdılar. Sizcə, bu yanaşma nə dərəcədə doğrudur? Məgər, qızlar olmasaydı, Elmir 700 bal toplaya bilməyəcəkdi?

 

- Liseydə sadəcə oğlanların təhsil alması bir çox insana qəribə gəlir. Düşünürəm ki, bu, bir növ yaxşı addımdır. Çünki əsgərliyə bənzəyir. Məncə, qızların olub-olmamağının heç bir fərqi yoxdur.  Sinfi güclü edən orda oxuyan savadlı şagirdlər və onların arasında olan rəqabətdir. İstər Quba Özəl Türk Liseyində, istərsə də Bakıdakı  Zərifə Əliyeva  adına liseydə oxuduğum mühitdə həmişə güclü rəqabət olub.

 

- Elmir, türk liseylərində şagirdlərin namaz qılmağa və ya bu kimi digər dini ibadətlərə yönləndirilməsinə dair fikirlər səslənirdi. Təhsil aldığınız müddət ərzində hər hansı təsirə məruz qalmısınızmı?

 

- Xüsusi olaraq heç bir dini dərsdən və ya təbliğatdan söhbət gedə bilməz. Sadəcə, insan və cəmiyyət dərslərində dini dərslər var idi. Müəllim o mövzulara toxunurdu və mövzu ətrafında söhbət edirdik. Liseydə bizi namaz qılmağa yönləndirməyiblər.

 

- Bəs, dinə marağınız necədir?

 

- Dindar insan deyiləm. Allahı sevirəm və onun sevgisi qəlbimdədir. Ancaq o biri dünya ilə yaşayan biri deyiləm.

 

- Səmimi danışaq, liseydə müəllimlərin və ya rəhbərlik  keçmiş  Qafqaz Universitetinə sənəd verməyinizi israr ediblərmi?

 

- Qafqaz Universiteti “Çağ Öğretim”ə daxil olduğu üçün istər-istəməz müəllimlər bu universitetə daha çox rəğbət bəsləyirdilər. Bu səbəbdən, təkliflər ola bilərdi. Amma məcburiyyət yox idi. Reallıq budur ki, türk liseyinin məzunları müxtəlif universitetlərdə təhsil alırlar.

 

- Məktəbdə ən sevmədiyiniz fənn hansı olub?

 

- Nisbətən sevmədiyim fənn Azərbaycan dili idi. İngilis dilini öz doğma dilimizdən çox sevirdim. Bizim dilimiz çox çətin qrammatik struktura malikdir, xırdalıqlar çoxdur. Bəzi qaydalarda uyğunsuzluqlar da var.

 

- Bu saydıqlarınız  ingilis dilinə də xasdır. Üstəlik, Azərbaycan dilində 3 zaman olduğu halda, ingilis dilində səhv etmiriksə, 16 zaman var.

 

- Məncə, Azərbaycan dili daha kompleks və mürəkkəb struktura malikdir.

 

- Rus bölməsində təhsil almaq şəxsi seçiminiz idi, yoxsa ailənizin?

 

- Rus bölməsində təhsil almağımın əsas səbəbi ailəmin rusdilli olmağıdır. Özümün də bu dilə marağım olub. 4 yaşımdan rus və Azərbaycan dillərinin əlifbasını öyrənmişdim. 20 rəqəminə qədər toplama-çıxma, vurma-bölmə bacarırdım.

 

- Cəmiyyətdə belə bir fikir var ki, rus bölməsində təhsil alanların təfəkkürü də rus təfəkkürü olur. Bu fikirlə yəqin ki, razılaşmayacaqsınız. Rus bölməsində oxumaq Azərbaycana, vətənə olan sevgini öldürürmü?

 

- Rus təfəkkürü olmasa da, rus bölməsində oxuyan şagirdlər daha dünyagörüşlü olurlar. Məncə, vətənə sevgi hansı bölmədə oxuduğundan, hansı dili bilməyindən asılı deyil. Nə qədər dil öyrəniriksə öyrənək, əsas vətənə sevgini qoruyub saxlamaqdır.

 

- Qeyd etdiniz ki, rus bölməsində oxuyanlar daha çox dünyagörüşlü olurlar. Buna stimul verən nədir? Həmin dilin açdığı imkamlarmı?

 

- Birincisi, insan nə qədər çox dil bilirsə, həmin dildə olan materiallara dost olur. Həmin dildə ədəbiyyat oxuya, filmlərə baxa bilir. Bu çox böyük təsiredici amildir. İkincisi isə çoxdilli insanların beyinləri digər insanlarla müqayisədə daha çox inkişaf edib. Bacarıqları da daha çoxdur.

 

- O zaman, azərbaycanlı valideynlərə tövsiyə edirsinizmi ki, övladlarını rus bölməsinə qoysunlar?

 

- Hər bir valideyn  düzgün bildiyi kimi edə bilər. Amma düşünürəm ki, valideynlər övladlarını rus bölməsinə qoysalar,  heç nə itirməyəcəklər.

 

- BANM ənənəvi, klassik Azərbaycan universitetlərinin yaratdığı təəssüratdan uzaqdır. Çoxları buranın fərqli olduğu düşüncəsindədir. Lakin, cəmiyyətdə mübahisələr həmişə olur, bu mənada müəllimlərlə hər hansı mübahisəniz olubmu?

 

- Deməzdim ki, mübahisəm olub.  Sadəcə müəllimə xoşuma gəlməyən aspektləri bildirmişəm. Bu da normaldır. Heç kəs mükəmməl deyil.

 

- Rektor Emar Qasımova münasibətiniz necədir? İlkin olaraq sizdə hansı təəssüratları yaradıb?

 

- Elmar Qasımov 700 bal topladığımıza görə bizi Bakı Ali Neft Məktəbinə dəvət etdi. Bu addımı çox bəyəndim və qonaqpərvərlik olaraq qiymətləndirdim. Rektor, bütün tələbələrlə maraqlanır, mütəmadi görüşlər keçirir. Şikayətlərini, təkliflərini, iradlarını dinləyir və kömək etməyə çalışır.

 

- Elmir, üç dil bilirsiniz. Bəs hansı dildə düşünürsünüz – Azərbaycan, rus yoxsa ingilis?

 

- Bəziləri düşünür ki, Azərbaycan dili mənə yaddır. Sırf ətrafdakılar danışır deyə, bu dildə danışdığımı zənn edirlər. Çox vaxt dostlarımla və ya evdə danışanda dilləri bir-birinə qarışdırıram. Bir sözü azərbaycanca, bir sözü ingiliscə deyirəm. Bəzən cümlənin əvvəlini ingilis dilində, yarısını rusca tələffüz edirəm. Bu normaldır. Azərbaycanca, rusca, hətta ingiliscə düşündüyüm də olur.

 

- Hər bir tələbənin gələcək üçün müəyyən hədəfləri olur. Gələcəkdə hansı böyük layihəni gerçəkləşdirmək istəyirsiniz?

 

- Konkret planım olmasa da, öz şirkətimi qurmaq istəyirəm.

 

- Necə bir şirkət?

 

- Texnologiya ilə bağlı bir şey olacağını düşünürəm. Amma fikirlərimi dəyişə və inkişaf etdirə bilərəm.

 

- Ali məktəbi bitirdikdən sonra Azərbaycanda qalmağı düşünürsünüz?

 

- Yalan deməyəcəm ki, Azərbaycanda qalacam. Təhsili başa vurduqdan sonra magistratura pilləsini xaricdə oxumaq fikrim var. Uğurlu iş təklifi gəlsə, orada qalıb işləyəcəm.

 

- Sizcə, hansı ölkədə ideal iş imkanları var?

 

- Kanada və ya Skandinaviya ölkələrində.

 

- Yeni təhsil nazirimizdən gözləntiləriniz nələrdir?

 

- Hazırda şagirdlər kurikulum sistemi əsasında təhsil alırlar. Sistemin bir çox üstünlüyü olsa da, mənfiləri də gözə çarpır. Bu sistemi dərindən bilən mütəxəssislərin sayı artmalıdır. Müəllimlərimiz kurrikulum sisteminə  baxmayaraq, hələ də ənənəvi metodlarla dərslər keçirlər. Onlara bunu öyrətmək lazımdır. Kurrikulum dövrümüzün tələb etdiyi sistemdir. Bəzi ölkələrdə 5-ci sinifə kimi çox fənn keçirilmir. Orada imtahan deyilən anlayış yoxdur. Şagirdləri ev tapşırıqları ilə  yükləmirlər. Bu kimi dəyişikliklər olsa, uşaqlar daha yaxşı nəticələr göstərə bilərlər.

 

- Gələcəkdə Nobel mükafatına namizəd göstəriləcək hansısa yeniliyə imza atmağı düşünürsünüzmü?

 

- Hələ ki alim olmaq kimi fikrim yoxdur. Amma həyatın işini bilmək  olmaz.

 

- Belə fikirlər var ki, çoxları xristian dünyasının alimi olduğu üçün Nobel mükafatına layiq görülürlər. Sizcə, bu mükafata sahib olmaq üçün dinindən imtina etməyə  dəyərmi?

 

- Dəyməz.

 

- Sizcə, o düşüncə düzdür ki, Nobel mükafatını kiməsə xristian olduğuna görə verirlər?

 

- Deməzdim ki, sırf elədir. Sadəcə, açıq-aşkar müsəlmanlara qarşı yönələn qəsdi-qərəzlik var. Tarixdə bir çox ərəb və islam alimləri böyük kəşflər ediblər. Lakin çox vaxt kəşfləri başqa alimlərin adına yazılıb və ya pul verib başqa alimlərə satıblar.

 

Aqşin KƏRİMOV

Nəzrin RÜSTƏMOVA


Aqşin KƏRİMOV
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Turab
11.05.2018, 16:59

cox bal yigan da bele cixir..."en sevmediyim fenn Azerbaycan dili fenni" biabirciliq. kim yetishdirib ,nece yetishdiribse qurur duymaq, fexr etmek istesek bele alinmir . bununla ne deyib fexr edek biz? 700 balini da gotur get qaqash, senin savadini gormushduk, dunya gorushunu de burada gorduk

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ukraynada təyyarə qəzası: 2 əsgər öldü
16.10.2018, 20:27

Ukraynada təyyarə qəzası: 2 əsgər öldü

Əhalinin banklarda əmanəti 8 milyard manatı ötüb
16.10.2018, 20:14

Əhalinin banklarda əmanəti 8 milyard manatı ötüb

Nikol Paşinyan istefa verdi
16.10.2018, 20:09

Nikol Paşinyan istefa verdi

Prezident Xanlar Vəliyevin oğluna yüksək vəzifə verdi - SƏRƏNCAM
16.10.2018, 20:00

Prezident Xanlar Vəliyevin oğluna yüksək vəzifə verdi - SƏRƏNCAM

Üç nəfərə “Əməkdar artist” fəxri adı verildi
16.10.2018, 19:41

Üç nəfərə “Əməkdar artist” fəxri adı verildi

DTX-nın rəsmi “facebook” səhifəsi, “twitter” və “youtube” kanalları fəaliyyətə başlayıb
16.10.2018, 19:32

DTX-nın rəsmi “facebook” səhifəsi, “twitter” və “youtube” kanalları fəaliyyətə başlayıb

Dövlət büdcəsinin gəlir və xərcləri AÇIQLANDI
16.10.2018, 19:23

Dövlət büdcəsinin gəlir və xərcləri AÇIQLANDI

Badamdarda xırda uçqunlar və torpaq qopmaları baş verir - Qərargahdan AÇIQLAMA
16.10.2018, 19:14

Badamdarda xırda uçqunlar və torpaq qopmaları baş verir - Qərargahdan AÇIQLAMA

Nazirlikdən narazı şəhid ailələrinin birdəfəlik ödəmə ilə bağlı iddialarına CAVAB
16.10.2018, 19:05

Nazirlikdən narazı şəhid ailələrinin birdəfəlik ödəmə ilə bağlı iddialarına CAVAB

Mingəçevir Dövlət Dram Teatrının əməkdaşları təltif edilib - ADLAR
16.10.2018, 18:56

Mingəçevir Dövlət Dram Teatrının əməkdaşları təltif edilib - ADLAR

Dövlət başçısı onları mükafatlandırdı - SİYAHI
16.10.2018, 18:46

Dövlət başçısı onları mükafatlandırdı - SİYAHI

Xəzər Gəncəliyə “Əməkdar artist” fəxri adı verildi
16.10.2018, 18:35

Xəzər Gəncəliyə “Əməkdar artist” fəxri adı verildi

Prezident Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarını təltif etdi - SİYAHI 
16.10.2018, 18:31

Prezident Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarını təltif etdi - SİYAHI 

Azərbaycanın Poltava şəhərində fəxri konsulu təyin edildi
16.10.2018, 18:23

Azərbaycanın Poltava şəhərində fəxri konsulu təyin edildi

Azərbaycanın Mərakeşdəki səfiri dəyişdirildi - SƏRƏNCAM
16.10.2018, 18:21

Azərbaycanın Mərakeşdəki səfiri dəyişdirildi - SƏRƏNCAM

Azərbaycanın Avropa Şurası və NATO yanında yeni nümayəndələri təyin edildi - ADLAR   
16.10.2018, 18:16

Azərbaycanın Avropa Şurası və NATO yanında yeni nümayəndələri təyin edildi - ADLAR  

Heydər Əliyev Fondu Sankt-Peterburqdakı Nizami bağında bərpa işləri aparıb - FOTO
16.10.2018, 18:07

Heydər Əliyev Fondu Sankt-Peterburqdakı Nizami bağında bərpa işləri aparıb - FOTO

Prezident büdcədən 15,1 milyon manat ayırdı
16.10.2018, 17:50

Prezident büdcədən 15,1 milyon manat ayırdı

QHT Şurasının 10 illiyi ilə bağlı ictimai müzakirə keçirilib - FOTO
16.10.2018, 17:40

QHT Şurasının 10 illiyi ilə bağlı ictimai müzakirə keçirilib - FOTO

Deputat Adil Əliyev Avropada mükafatlandırıldı   
16.10.2018, 17:34

Deputat Adil Əliyev Avropada mükafatlandırıldı  

Komitə sədrləri Çinə gedirlər
16.10.2018, 17:29

Komitə sədrləri Çinə gedirlər

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək
16.10.2018, 17:27

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

Etimad Əsədov dəfn olundu - FOTOLAR
16.10.2018, 17:20

Etimad Əsədov dəfn olundu - FOTOLAR

ABŞ-ın Yerevandakı səfiri Azərbaycan ərazilərinin işğal oluduğunu ETİRAF ETDİ
16.10.2018, 17:10

ABŞ-ın Yerevandakı səfiri Azərbaycan ərazilərinin işğal oluduğunu ETİRAF ETDİ

Bu günədək 126 min tondan çox pambıq yığılıb
16.10.2018, 17:03

Bu günədək 126 min tondan çox pambıq yığılıb

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
16.10.2018, 17:01

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Bağça müdirinə cinayət işi açıldı - Müavini həbs olundu
16.10.2018, 16:49

Bağça müdirinə cinayət işi açıldı - Müavini həbs olundu

Eldar Əzizovdan Bakı Meriyasının Mətbuat xidmətinə yeni TƏYİNAT    
16.10.2018, 16:43

Eldar Əzizovdan Bakı Meriyasının Mətbuat xidmətinə yeni TƏYİNAT  

169 əcnəbi saxlanıldı 
16.10.2018, 16:40

169 əcnəbi saxlanıldı 

ADU-da konsert keçirilib - FOTO
16.10.2018, 16:34

ADU-da konsert keçirilib - FOTO

Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
16.10.2018, 16:27

Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

“Formula-1”in biletləri satışa çıxarıldı
16.10.2018, 15:55

“Formula-1”in biletləri satışa çıxarıldı

Abel Məhərrəmov “50+50” qrant proqramının qalibləri ilə görüşdü
16.10.2018, 15:49

Abel Məhərrəmov “50+50” qrant proqramının qalibləri ilə görüşdü

Türkiyə telekanalında İlham Əliyevin prezidentliyinin 15 illiyi ilə bağlı süjet - VİDEO
16.10.2018, 15:25

Türkiyə telekanalında İlham Əliyevin prezidentliyinin 15 illiyi ilə bağlı süjet - VİDEO

Dünya pravoslavları parçalandı - Kreml Ukraynadakı sonuncu dayaq nöqtəsini itirdi
16.10.2018, 15:24

Dünya pravoslavları parçalandı - Kreml Ukraynadakı sonuncu dayaq nöqtəsini itirdi

Aleksandr Ramaşkanı məğlub edən Rail Rəcəbov kimir?
16.10.2018, 15:23

Aleksandr Ramaşkanı məğlub edən Rail Rəcəbov kimir?

Sürüşmə sahəsindəki evlərdə yeni çatlar yarandı
16.10.2018, 15:16

Sürüşmə sahəsindəki evlərdə yeni çatlar yarandı

Füzulidə top mərmisi tapılıb
16.10.2018, 15:15

Füzulidə top mərmisi tapılıb

Ərdoğan rahib Bronson və jurnalist Kaşıkçı haqda DANIŞDI
16.10.2018, 15:02

Ərdoğan rahib Bronson və jurnalist Kaşıkçı haqda DANIŞDI

Daşqın Gülməmmədov: “Salome Zurabişvilini Gürcüstan prezidenti seçəcəyik”
16.10.2018, 15:01

Daşqın Gülməmmədov: “Salome Zurabişvilini Gürcüstan prezidenti seçəcəyik”

Sədr yumurta qıtlığından DANIŞDI: “Toyuğa deyə bilmərik ki, günə 3 dənə yumurtla”
16.10.2018, 14:47

Sədr yumurta qıtlığından DANIŞDI: “Toyuğa deyə bilmərik ki, günə 3 dənə yumurtla”

Filosof Niyazi Mehdi: “Ateistlər də, xristianlar da gic-gic danışırlar” - MÜSAHİBƏ
16.10.2018, 14:44

Filosof Niyazi Mehdi: “Ateistlər də, xristianlar da gic-gic danışırlar” - MÜSAHİBƏ

İcazəsiz balıq ovlayan şəxs saxlanıldı
16.10.2018, 14:34

İcazəsiz balıq ovlayan şəxs saxlanıldı

Ermənistanda 3 yeni qubernator təyin olundu
16.10.2018, 14:26

Ermənistanda 3 yeni qubernator təyin olundu

Parlament uşaqlarla bağlı qanun layihəsini ikinci oxunuşda qəbul etdi
16.10.2018, 14:17

Parlament uşaqlarla bağlı qanun layihəsini ikinci oxunuşda qəbul etdi

Qərəzli mövqedən əl çəkin!
16.10.2018, 14:11

Qərəzli mövqedən əl çəkin!

“Yaxşı ki, Heydər Əliyevi hakimiyyətə gətirməyə nail olduq” – Südeyf İmamverdiyev
16.10.2018, 14:05

“Yaxşı ki, Heydər Əliyevi hakimiyyətə gətirməyə nail olduq” – Südeyf İmamverdiyev

Ermənistanda qalmaqallı səs yazısını aparanlar tutuldu
16.10.2018, 14:03

Ermənistanda qalmaqallı səs yazısını aparanlar tutuldu

Amaşovdan TƏKLİF: “Bu qanun layihəsinə dini xurafat anlayışı əlavə edilsin”
16.10.2018, 13:59

Amaşovdan TƏKLİF: “Bu qanun layihəsinə dini xurafat anlayışı əlavə edilsin”

Rusiyadan Azərbaycana balıq konservlərinin tədarükü dayandırıldı 
16.10.2018, 13:53

Rusiyadan Azərbaycana balıq konservlərinin tədarükü dayandırıldı 

ARXİV