Modern.az

Paşinyan Qarabağ danışıqlarında nəyi dəyişəcək?

Paşinyan Qarabağ danışıqlarında nəyi dəyişəcək?

Qarabağ

10 May 2018, 14:18

 

Ermənistanda “məxməri inqilab” öz məntiqi sonluğuna – Nikol Paşinyanın mayın 8-də baş nazir seçilməsi ilə yekunlaşdı. Dağlıq Qarabağ münaqişəsinin həlli, işsizlik, miqrasiya və oliqraxiyanın özbaşnalığına qarşı mübarizə aparacağı ilə bağlı populist vədlər verən Paşinyanın cəmiyyətinin ümidlərini doğrultmaq üçün real işə keçməli olacaq.

 

Bu situasiyada onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər çox önəmlidir. Daim Robert Koçaryan və Serj Sarkisyanı münaqişədə tutduqları mövqeyə görə tənqid edən yeni baş nazir hələ aprel döyüşləri zamanı Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondamra rejimin müstəqilliyinin tanınmasına tərəfdar olmuşdu.

Lakin baş nazir seçildikdən sonra Nikol Paşinyanın fikirləri daha yumşaq forma aldı. Ermənistan Milli və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Stepa Safaryan yeni baş nazirin Qarabağ məsələsində güzəştlərə hazır olduğunu düşünür.

 

“Nikol Paşinyanın və onun komandasının Dağlıq Qarabağla bağlı mövqeyi haqda danışmaq hələ tezdir. Çünki Paşinyanın əsas məqsədi növbədənkənar seçkilər keçirməkdir. Yeni Ermənistan hakimiyyətinin mövqeyi yalnız parlament və hökumət formalaşdırqdan sonra bəlli ola bilər”.

Məsələnin digər tərərfi isə bundan ibarətdir ki, Nikol Paşinyan danışıqlar prosesinə fərqli yanaşama, format dəyişikliyi də təqdim edə bilər.

 

Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Ruben Meqrabyan məhz bu fikirdədir.

“Danışıqlar prosesində Nikol Paşinyanın ciddi dəyişikliklər etməsinə inamasam da, Dağlıq Qarabağ rəhbərliyini də o bu prosesə cəlb etməyə çalışacaq. Bununla belə, onun yanaşması hələ ki, standartdır və əvvli hakimiyyətin yanaşmasından seçilmir”.

 

İstər erməni, istərsə də beynəlxalq ekspertlər Nikol Paşinyanın rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişin baş verməsini gözləməyin hələ tez olduğu qənaətindədirlər.  

 

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!