Modern.az

Əmanətlərin Sığortalanması Fonduna cinayət işi açıldı - “Bank işi”nə DTX da qarışdı  

Əmanətlərin Sığortalanması Fonduna cinayət işi açıldı - “Bank işi”nə DTX da qarışdı    

10 May 2018, 17:01

Hesablama Palatası Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətində ciddi maliyyə və hüquqpozmaları aşkar edib.

Modern.az-ın məlumatına görə, bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti barədə hesabatında qeyd olunub. Bildirilib ki, ləğv prosesində olan "Zaminbank", "Kredobank", Yunayted Kredit Bank", "Bank of Azerbaijan", "Gəncəbank", "Parabank", "Bank Technique", "Royalbank", "Dekabank", və "Atrabank" ASC-lərdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən (ləğvedici) həyata keçirilən əmanətçilərə kompensasiya ödənişləri  üzrə ciddi maliyyə və hüquqpozmaları aşkarlanıb.


Hesablama Palatası qanunvericiliyə uyğun olaraq hesabat ilində başa çatdırılmış nəzarət tədbirləri üzrə müvafiq materialları Baş Prokurorluğa göndərib.


Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə nəzarət tədbirləri üzrə cinayət işi açılıb və müvafiq tədbirlər görülməkdədir.


Bildirilib ki, Əmanətlərin Sığortalanması Fondunda aparılmış audit tədbiri üzrə ləğv prosesində olan QSC "Bank Standard" Kommersiya Bankının əmanətçilərinə kompensasiya ödənişləri ilə bağlı materiallar isə müvafiq qaydada Dövlət Təhlükəsizlik Xidmətinə göndərilib. Dövlət Təhlükəsizlik Xidmətindən Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə nəzarət tədbirinin nəticələri üzrə materiallar açılmış cinayət işi üzrə araşdırılmaqdadır.   

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir