Modern.az

Türkiyədə bütün vətəndaşlara elektron ünvanlar veriləcək

Türkiyədə bütün vətəndaşlara elektron ünvanlar veriləcək

1 Dekabr 2009, 15:57

+] şrift [-]

Türkiyə hökuməti ölkənin bütün vətəndaşlarının elektron ünvanlarla təmin olunması niyyəti barədə elan edib. Anapost adlı müvafiq layihə çərçivəsində ünvanlar vətəndaşın doğulduğu tarixdən sənədlərə əlavə olunacaq.
Türkiyənin 70 milyona yaxın əhalisi var. Vətəndaşların hər biri 10 qiqabaytadək fayl və məktub saxlamaq imkanlı elektron poçt qutusu alacaq. Layihənin proqram tərəfi artıq hazırdır və hazırda bu istiqamətdə test işləri aparılır.
Qeyd edək ki, bu proqram milli axtarış sisteminin işlənib hazırlanmasını nəzərdə tutan daha iri layihənin tərkib hissəsidir. Servisin 2010-cu ildə istifadəyə veriləcəyi planlaşdırılır. Tərtibatçıların fikrincə, digər axtarış sistemləri milli kommunikasiyalar üçün müəyyən təhlükə yarada bilər, onların yaratdığı milli sistemin istifadəsi isə bu cür təhlükəni aradan qaldıracaq.
Layihənin uğurlu icrası nəticəsində milli axtarış sistemi nəinki Türkiyə, həmçinin Yaxış Şərqin digər ölkələrində də populyarlıq qazana bilər.
 
 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı