Modern.az

Azərbaycandakı bu uşaqlara xüsusi dərman preparatları veriləcək

Azərbaycandakı bu uşaqlara xüsusi dərman preparatları veriləcək

10 May 2018, 21:24

Azərbaycanda irsi metabolik və hormonal pozuntulardan əziyyət çəkən uşaqlar dərman preparatları ilə təmin ediləcək.

 

Modern.az-ın  məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2018-ci il 10 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı"nın həyata keçirilməsi üzrə tədbirlər planında deyilir.

 

Tədbirlər planına əsasən, 2018-2020-ci illərdə Səhiyyə Nazirliyi geniş yayılmış irsi metabolik və hormonal pozuntulardan əziyyət çəkən uşaqları dərman preparatları ilə təmin edəcək.

 

Bundan başqa, İqtisadiyyat və Səhiyyə nazirlikləri geniş yayılmış irsi metabolik və hormonal pozuntulardan əziyyət çəkən uşaqlar üçün müvafiq pəhriz qidalarının istehsalı təşviq edəcəklər.

 

Həmçinin qeyd olunur ki, uğurlu beynəlxalq təcrübə nəzərə alınmaqla psixoloji-tibbi-pedaqoji sahədə fəaliyyət göstərən qurumların işi təkmilləşdirilməli, uşaqların erkən, habelə sonrakı yaş dövrlərində sosial-psixoloji qiymətləndirilməli, inkişaf xüsusiyyətləri aşkarlanmalı, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların müalicəsi və reabilitasiyası üzrə təlim-tədris proqramları işlənib hazırlanmalı və tətbiq olunmalıdır.

 

Sağlamlıq imkanları məhdud olan uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə kəmiyyət və keyfiyyət indikatorları da hazırlanacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir