Modern.az

Hakimi ölümlə hədələyən Arda Turana ağır cəza verildi

Hakimi ölümlə hədələyən Arda Turana ağır cəza verildi

Dünya

10 May 2018, 23:19

“Başakşəhər”in və Türkiyə milli komandasının futbolçusu Arda Turan cəzalandırılıb.

 

Modern.az  saytının məlumatına görə, ulduz oyunçu 16 oyun yaşıl meydanlardan kənarda qalacaq.

 

Müqavilə ilə “Barselona”ya məxsus olan, icarə əsasında İstanbul klubunda forma geyinən yarımmüdafiəçi Türkiyə Superliqasının 32-ci turunda “Sivasspor”la matçda baş hakimə hücum etdiyi üçün 10, yan xətt hakimini ölümlə hədələdiyi üçün 3 və həmçinin təhqir etdiyi üçün daha 3 oyun cəza alıb.

 

 

O, həmçinin 39 min lirə cərimə də ödəyəcək. (apasport.az)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır