23 may 2018, Çərşənbə axşamı
Ana Səhifə - QARABAĞ - Eks-xarici işlər naziri: “Atəşkəsin əldə olunmasına dair ortada heç bir rəsmi sənəd yoxdur”
Eks-xarici işlər naziri: “Atəşkəsin əldə olunmasına dair ortada heç bir rəsmi sənəd yoxdur”
11.05.2018, 12:01

Azərbaycanla Ermənistan arasında atəşkəsin elan olunmasını özündə ehtiva edən “Bişkek protokolu” (1994-cü il 12 may) adlı sənədin imzalanmasından 24 il ötür. Sənədin imzalanması ilə bağlı fərqli iddialar mövcuddur.
Bir sıra mənbələrə “Bişkek protokolu” adı ilə düşən razılaşma sənəd kimi göstərilsə də, o dövrün aktiv siyasət adamları heç də belə düşünmürlər. Onlar bildirirlər ki, həmin dövr üçün aktual olan “Bişkek protokolu”nın mətni hüquqi xarakter daşımayan öhdəlikdir və sadəcə sülhə çağırış məqsədi daşıyıb. Həmin öhdəlik sadəcə, cəbhə bölgəsində atəşkəsin mövcudluğuna hesablanıb.

Bəzi mənbələr həmin mətnin 20 il müddətinə hesablandığını iddia etsə də, bu da inkar olunur.


Modern.az saytı atəşkəsin əldə olunmasına dair tərəflər arasındakı razılaşmaya dair bu və ya digər suallarla keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarova müraciət edib. T.Zülfüqarov  deyib ki, məlum mətnlə bağlı hər hansı müddətdən söhbət gedə bilməz.


“Sadəcə, 1994-cü ildə atəşkəs razılaşması qüvvəyə minib. Atəşkəsin əldə olunmasından danışarkən tərəflər arasında həmişə 20 illik razılığa gəlindiyi söylənilir. Halbuki, elə bir müddət yoxdur. Sadəcə, bu, kiçik bir mətndir. Atəşkəs tərəflərin üzərinə götürdüyü öhdəlikdir. Tərəflər nə vaxt istəsə, bundan imtina edə bilər”.

Tofiq Zülfüqarov deyir ki, atəşkəsin əldə olunmasına dair heç bir protokoldan, sənəddən söhbət gedə bilməz.


“1994-cü ildə atəşkəsin əldə olunmasına dair ortada bir dənə də olsun rəsmi sənəd yoxdur. Sadəcə, öhdəlik tərtib edilərək, faksla rusiyalı vasitəçi Vladimir Kazimirova  təqdim olunub.  Həmin mətn Müdafiə Nazirliyi adından  göndərilib. Həmin proseslərdə iştirak etsəm də, o dövrü xatırlamaq istəmirəm. Bu, uzun məsələdir. Dediyim kimi, tərəflər öz öhdəliklərini vasitəçiyə göndəriblər. Vasitəçi hamıya bildirib ki, müharibədə  iştirak edən tərəflərin hamısı filan tarixdən atəşkəsin qüvvəyə minməsini tanıyır və qəbul edir. Amma ortada heç bir sənəd yoxdur ki, müxtəlif tərəflərin yəni, tanımadığımız Dağlıq Qarabağın hansısa imzası olsun”.

Politoloqun sözlərinə görə, atəşkəs dövründə müharibəni şüarlarla aparmaq çox asandır:

“Reallıqda isə ordu yaradılmalı, güclü silahlar olmalıdır. Bilirsiz, populist şüarları mən də səsləndirə bilərəm. “Gedək, vuruşaq!” və s. Real vəziyyət isə başqadır. Çox vaxt bəzi populist şüarları eşidəndə Yaxın Şərq yadıma düşür. İxtisasca şərqşünasam. Vaxtilə Misirdə də populist şüarlar səslənib. Nümayişlər, etirazlar olub. Qahirə Universitetində tələbələr nümayiş keçirib.  Ənvər Sadat (Misirin 3-cü prezidenti 1970-1981) gəlib ora və auditoriya qarşısında çıxış edərək soruşub: “Müharibənin başlanmasını istəyirsiz?! Çox yaxşı. İndi burda orduya kim yazılır?!”. Yalnız 5-10 nəfər adını orduya yazdırıb. Demək istəyirəm ki, şüarları söyləmək çox asandır. Müharibə çox mürəkkəb prosesdir. Biz o vaxt müharibəyə başlamalıyıq ki, itkilərimizin az olduğuna əmin olaq. Silahlarımız yüksək səviyyədədir, təlim keçən ordumuz var, xarici müdaxilələr bizim xeyrimizə olacaq və sairə”.


Siyasi ekspert tarizə “Bişkek protokolu” kimi düşən öhdəliyin əhəmiyyətindən də danışıb:

“1994-cü ilin 12 mayında tərtib olunan mətn bizə imkan verib ki, gücümüzü toparlaya bilək. Xatırlatma edim ki, o vaxtlar Azərbaycanın hərbi büdcəsi 100 milyondan aşağı idi. İkincisi, heç o vaxtlar neft sazişləri də bağlanmamışdı. Bu baxımdan Azərbaycan iqtisadi və digər tərəflərdə çox zəif idi. Ermənistanın yanında Rusiya vardı ki, o da düşmən dövlətə hərtərəfli yardım edirdi. Azərbaycanın isə o vaxtlar atəşkəsə getməkdən başqa yolu yox idi. Heç olmasa vaxt qazanıb hansısa işləri görməli idik. Ona görə də həmin vaxt atəşkəsin əldə olunması əhəmiyyətsiz deyildi. O vaxt atəşkəsə getməsəydik, itkilərimiz çox olacaqdı”.


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Şəhriyar Məmmədyarov Norveçdə superturnirdə iştirak edəcək
23.05.2018, 00:06

Şəhriyar Məmmədyarov Norveçdə superturnirdə iştirak edəcək

Rusiyada 2300 şəxs korrupsiya ittihamı ilə mühakimə olunub
23.05.2018, 00:03

Rusiyada 2300 şəxs korrupsiya ittihamı ilə mühakimə olunub

Universitetin tikilməsi üçün deputatlarla “döyüşən” ADR-in maarif naziri - AXC - 100
22.05.2018, 23:19

Universitetin tikilməsi üçün deputatlarla “döyüşən” ADR-in maarif naziri - AXC - 100

Nyu-York Fond Birjasına ilk dəfə qadın rəhbərlik edəcək
22.05.2018, 23:06

Nyu-York Fond Birjasına ilk dəfə qadın rəhbərlik edəcək

Tramp-In görüşü ertələnə bilər
22.05.2018, 22:48

Tramp-In görüşü ertələnə bilər

ABŞ-ın Venesueladakı  vəkili arzuolunmaz şəxs elan edilib
22.05.2018, 22:35

ABŞ-ın Venesueladakı  vəkili arzuolunmaz şəxs elan edilib

Pakistanda anormal istidən 65 nəfər ölüb
22.05.2018, 22:24

Pakistanda anormal istidən 65 nəfər ölüb

Ukrayna ABŞ-ın göndərdiyi “Javelin”i sınadı –foto
22.05.2018, 22:15

Ukrayna ABŞ-ın göndərdiyi “Javelin”i sınadı –foto

Cəlilabadda sərxoş piyadanı avtomobil vurub
22.05.2018, 22:05

Cəlilabadda sərxoş piyadanı avtomobil vurub

Beyons tarixi abidəni satın aldı – FOTO
22.05.2018, 21:58

Beyons tarixi abidəni satın aldı – FOTO

Vaksini olmayan ölümcül virus yayılıb
22.05.2018, 21:46

Vaksini olmayan ölümcül virus yayılıb

Artıq marixuana çəkənlər həbs olunmayacaq
22.05.2018, 21:30

Artıq marixuana çəkənlər həbs olunmayacaq

“İnamı doğrulduğuma görə xoşbəxtəm” – 700 bal toplayan şagird
22.05.2018, 21:20

“İnamı doğrulduğuma görə xoşbəxtəm” – 700 bal toplayan şagird

“BP” İrandan çıxır
22.05.2018, 21:10

“BP” İrandan çıxır

Parisdə iğtişaşlar – Foto
22.05.2018, 20:56

Parisdə iğtişaşlar – Foto

Ramazan ayının yeddinci gününün – DUASI VƏ TƏQVİMİ
22.05.2018, 20:40

Ramazan ayının yeddinci gününün – DUASI VƏ TƏQVİMİ

 Vladiqafqaz teatrı Bakıda qastrol səfərdə olub (FOTO)
22.05.2018, 20:30

Vladiqafqaz teatrı Bakıda qastrol səfərdə olub (FOTO)

 Əfqanıstan, İraq, Qətər və daha haralara yumurta satan Azərbaycan niyə toyuq əti ixrac etmir?
22.05.2018, 20:25

Əfqanıstan, İraq, Qətər və daha haralara yumurta satan Azərbaycan niyə toyuq əti ixrac etmir?

28 abituriyentin imtahan nəticəsi ləğv edilib
22.05.2018, 20:16

28 abituriyentin imtahan nəticəsi ləğv edilib

Deputat haqqında yazılanlara cavab VERDİ
22.05.2018, 20:13

Deputat haqqında yazılanlara cavab VERDİ

Nazirliyin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi yaradılır
22.05.2018, 19:04

Nazirliyin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi yaradılır

Avropalı proqram direktoru Mətbuat Şurasında olub
22.05.2018, 19:02

Avropalı proqram direktoru Mətbuat Şurasında olub

Bakıda əl qumbarası tapılıb
22.05.2018, 18:49

Bakıda əl qumbarası tapılıb

Prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərini təltif etdi - SİYAHI
22.05.2018, 18:39

Prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərini təltif etdi - SİYAHI

Cəlal Əliyevin 90 illik yubileyi keçiriləcək
22.05.2018, 18:34

Cəlal Əliyevin 90 illik yubileyi keçiriləcək

Goranboyda xalça istehsalı emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb
22.05.2018, 18:31

Goranboyda xalça istehsalı emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb

Ələtdə “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi” yaradılacaq
22.05.2018, 18:20

Ələtdə “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi” yaradılacaq

Kraliça II Elizabetdən İlham Əliyevə Respublika Günü TƏBRİKİ
22.05.2018, 18:13

Kraliça II Elizabetdən İlham Əliyevə Respublika Günü TƏBRİKİ

İranın birinci vitse-prezidenti Vaşinqtonu hədələdi: Tehranla hörmətlə davran!
22.05.2018, 18:03

İranın birinci vitse-prezidenti Vaşinqtonu hədələdi: Tehranla hörmətlə davran!

“Qorxurdum ki, 690 bal toplayım” – 700 bal toplayan abituriyent
22.05.2018, 17:49

“Qorxurdum ki, 690 bal toplayım” – 700 bal toplayan abituriyent

Kooperasiya Universitetində Elmi Şuranın iclası keçirilib
22.05.2018, 17:46

Kooperasiya Universitetində Elmi Şuranın iclası keçirilib

700 bal toplayan abituriyent: “2-ci kursdan xaricdə təhsil almaq istəyirəm”   
22.05.2018, 17:40

700 bal toplayan abituriyent: “2-ci kursdan xaricdə təhsil almaq istəyirəm”  

Rövşən Rzayev məcburi köçkünlərlə bağlı tapşırıq verdi - FOTO
22.05.2018, 17:29

Rövşən Rzayev məcburi köçkünlərlə bağlı tapşırıq verdi - FOTO

Bakıda 3 nəfəri öldürən partlayışa görə vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ  
22.05.2018, 17:22

Bakıda 3 nəfəri öldürən partlayışa görə vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ  

Pambıq sahələrində sovkalara qarşı mübarizə başlandı
22.05.2018, 17:09

Pambıq sahələrində sovkalara qarşı mübarizə başlandı

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (18.2%)
Meral Akşener (14.4%)
Rəcəb Tayyip Ərdoğan (61.5%)
Selahattin Demirtaş (1.92%)
Temel Karamollaoğlu (0%)
Doğu Perinçek (3.84%)