Modern.az

İctimai Teleradionun yeni rəhbəri kimdir? - DOSYE  

İctimai Teleradionun yeni rəhbəri kimdir? - DOSYE   

Media

11 May 2018, 17:06

İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının bugünkü iclasında telekanalın baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib.

Bu barədə Modern.az-a İTV-nin Yayım Şurasından məlumat verilib.
 

Bildirilib ki, C.Quliyev səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı Şuraya rəsmi müraciət edib və müzakirədən sonra müvafiq qərar qəbul olunub.

 

Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.


Balakişi Qasımov kimdir?

Modern.az-ın məlumatına görə, Balakişi Ələkbər oğlu Qasımov 20 oktyabr 1978-ci ildə Bakı şəhərində anadan olub.

Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə bakalavr dərəcəsini alıb. Eyni universitetin maliyyə ixtisası üzrə magistraturasını bitirib.

Onun əmək fəaliyyətinin əksər dövrü media-televiziya sahəsi ilə bağlı olub. İTV-nin baş direktoru seçilənə qədər Gametv.az prodüser mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

O, eyni zamanda, Azərbaycan Televiziyasında yayımlanan beynəlxalq lisenziyalı “Əlaçı” (“Brainist”), “61!” (“Jeopardy!”), “Breyn-rinq”, "Kim? Harda? Nə vaxt?" verilişlərinin baş prodüseri və rejissoru olub. Beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosasiyası təfərindən 2010-cu ildə ilin adamı seçilib.

2010-cu ilin yekunlarına əsasən, "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülüb.

Ailəlidir, 2 övladı var

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı